Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Zaur Darabzade: 'Bu gun “CinemaPlus” Azerbaycanin en boyuk eylence merkezidir' – MUSAHİBE

Zaur Darabzadə: 'Bu gün “CinemaPlus” Azərbaycanın ən böyük əyləncə mərkəzidir' - MÜSAHİBƏ

29/12/2017

11:00


29 Dekabr, 2017  11:00 xeber – “Report” “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadənin müsahibəsini təqdim edir.
– Keçmiş “28 Cinema” kinoteatrının, bugünkü “CinemaPlus” kinoteatrının 5 yaşı tamam oldu. Bu əslində artıq formalaşmış şirkət üçün uğur sayıla bilər. Demək siz 5 ildir düzgün istiqamətdəsiniz. Zəhmət olmasa, kinoteatr haqqında məlumat verərdiniz.
– Tam düzgün qeyd etdiniz ki, əgər hər hansı şirkət bazar iqtisadiyyatı və azad bazar rəqabəti dövründə 5 və daha çox il fəaliyyət göstərib, inkişaf edirsə, demək o düzgün istiqamətdədir. Keçmiş “28 Cinema” 5 il əvvəl açılmağı ilə artıq çox düzgün addım atmışdı. Çünki ölkəmiz sürətlə inkişaf edir, cəmiyyətimiz sürətlə dünyaya inteqrasiya edə bilir, gənclərin sayı artır, sosial mədəni həyat inkişaf etməkdədir. Bu isə artıq yeni teatr, kinoteatr və digər mədəniyyət ocaqlarına olan tələbatı artırırdı. “28 Cinema”da düzgün zamanda fəaliyyətə başladı və çox tez bir zamanda bazarın liderinə çevrildi.
Daha sonra biz “28 Cinema” adını dəyişərək “CinemaPlus” adlandırmaq qərarına gəldik. Səbəb isə çox sadə idi. Kinoteatr şəbəkəsini genişləndirmək istəyirdik. Ad isə buna imkan vermirdi. Çünki “28 Cinema” adı düşünülərkən, sırf yerləşdiyi lokasiyaya uyğun düşünülmüşdü. Beləliklə total rebrendinq edərək, həm adı, həm xidmət səviyyəsini, həm də ümumilikdə yanaşmamızı dəyişdik.
– Sual verməzdən öncə rebrendinqin çox uğurla həyata keçməyi ilə əlaqədar sizi təbrik edirəm. Ad, xidmət səviyyəsi və s məsələlərin dəyişməyini anladım, bəs yanaşmanın dəyişikliyi nədə öz əksini tapdı?
– Hətta deyərdim bir yanaşma yox, bir neçə özümüz üçün yeni hədəflər təyin edib, onlara çatdıq. Məsələn, elə götürək xidmət səviyyəsinin artırılmasını. Özünüz bilirsiniz ki, bu gün kinoteatr bazarı o qədərdə geniş deyil və iştirakçıların sayı azdır. Göstərdiyimiz filmlər, satdığımız qida və içki isə demək olar ki digər kinoteatrlar ilə müqayisədə eynidir. Hətta qiymətlərimiz belə eynidir. Bunu düşünərək, qərara gəldik ki, biz demək öz xidmət səviyyəmizi artıraraq, tamaşaçıların rəğbətini daha çox qazanmalıyıq. Ələxsus da rebrendinqdən sonra. Çünki çoxları “28 Cinema” adını unudub, “CinemaPlus” adını yadda saxlamaqda çətinlik çəkirdi. Ona görə biz bütün gücümüzü tamaşaçıya göstərilən xidmətin ən yüksək səviyyəyə çatması üçün topladıq. Bunu da tam 100%-a çatdırdığımızı demək istəməzdim, lakin işin 70% görülüb. Bu isə çox nəhəng bir işin həyata keçməsi deməkdir.
– Sadalaya bilərsinizmi “CinemaPlus”da bu iki il ərzində nə kimi işlər görülüb və gələcəkdə nələr gözlənilir?
– Görülən işləri məmnuniyyətlə sadalayacam, lakin görüləcək layihələri tam açıqlamaq istəməzdim. Amma bir neçəsi barədə məlumat verəcəm. Görülən işlərin arasında:

1.www.cinemaplus.az saytının tamamilə yenilənməsi. Xeyli sayda yeni funksiyaların əlavə olunması, bilet alma prosesinin tezləşdirilməsi və sadələşməsi
2.CinemaPlus-un mobil əlavəsinin tamamilə yenilənməsi. Funksiyaların arasında kinoya bileti əlavəni tərk etmədən alma imkanı, gələcəkdə nümayiş olunacaq filmləri “like” düyməsi ilə bəyənib və filmin nümayişə girməsinə 1 gün qalmış məlumatlandırılması
3.“CineClub” loyallıq sisteminin tamamilə yenilənməsi
4.Fiziki məhdud insanlar üçün xüsusi oturacaqların quraşdırılması. Bundan əlavə “CinemaPlus Azərbaycan” kinoteatrında fiziki məhdud insanlar üçün xüsusi lift xidmət göstərir. Bu da o deməkdir ki, kinoteatrın qapıları hər bir tamaşaçının üzünə açıqdır
5.“Cinemazadeh” şirkəti ilə birgə xarici filmlərin yerli dublyajla səsləndirilməsi
6.Azərbaycan istehsalı filmlərə böyük dəstək verilməsi
7.Yeni hədiyyə kartlarının tətbiqi. Yəni artıq insanların ad günlərinə hədiyyə olaraq xüsusi kartlar vermək mümkündür. Bu isə kino məhsulunun insanların həyatında daha vacib rol oynamasının göstəricisidir.
8.Yeni dəvətnamə sisteminin tətbiq edilməsi
9.Pəhriz saxlayanlar üçün xüsusi “Diet Popcorn” məhsulunun istehsalı və satışı

Saymaqla bitməyəcək..
Gələcəkdə isə onu deyə bilərəm ki, əsas məqsədimiz bilet alışı prosesini daha da təkminləşdirmək, yeni avadanlığın gətirilməsi, növbələrin azalmasıdır və əlbəttə ki, insanların zövqünə uyğun kino nümayiş etmək. Bircə belə bir ip ucu verə bilərəm ki, tezliklə kağız biletlərin dövriyyəsi azalacaq, sonra isə ümumiyyətlə yığışdırılacaq. CinemaPlus elektron bilet sisteminə keçəcək. Bu isə həm bilet alışı prosesini, həmdə ümumilikdə zala daxil olma prosesini xeyli asanlaşdıracaq.

– Bu gün “CinemaPlus” şəbəkəsinə neçə kinoteatr daxildir və daha neçə kinoteatr açmaq fikriniz var?
– Bu gün “CinemaPlus” (CP) şəbəkəsinə 6 kinoteatr (33 zal) daxildir. Bunlar: CP 28 Mall, CP Ganjlik Mall, CP Azərbaycan, CP Amburan Mall, Aygun Mall və CP Xəmsə (Gəncə şəhəri). Bildiyiniz kimi, CinemaPlus ilk olaraq 2016-cı ildə Azərbaycanın digər şəhərlərində kino mədəniyyətinin inkişafına öz dəstəyini verib və Gəncə şəhərində SSSR-i dövründən sonra ilk müasir CinemaPlus Xəmsə Mall kinoteatrını istifadəyə verib. Bu kinoteatr heç də Bakıda fəaliyyət göstərən kinoteatrlardan geri qalmır və bütün dünyada fəaliyyət göstərən kinoteatrlar ilə eyni zamanda premyeraları nümayiş etmək imkanı var.
Gələcəkdə isə biz daha iki kinoteatr istifadəyə verəcəyik. Biri yenə də Gəncə şəhərində yeni açılmış “Gəncə Mall”da, o biri isə Bakının mərkəzində yerləşən yeni açılacaq “Caspian Waterfront” əyləncə mərkəzində olacaq. Orada Azərbaycanda bu günə kimi tətbiq olunmayan və dünya kinoteatr bazarında çox az kinoteatrların malik olduğu yeniliklər olacaq.
– Zaur bəy, sizcə “CinemaPlus” brendi bu gün Azərbaycanda artıq daha öncə sözünü demiş və milyonların rəğbətini qazanmış brendlər arasında bir sırada olması nə dərəcədə realdır?
– Siz haradan bilirsiniz ki, CinemaPlus da milyonların rəğbətini qazanmayıb..? (gülür) Mən tam əminliklə sizə deyə bilərəm ki, 2016-cı ildə “CinemaPlus” şəbəkəsində 1 milyondan artıq tamaşaçı kino izləyib. Məgər bu kifayət deyil mi ki, “CinemaPlus” bu gün Azərbaycanın ən böyük əyləncə məkanı sayılsın və iri şirkətlər arasında olsun? Hətta mən deyərdim iri şirkətlər özləri “CinemaPlus” ilə əməkdaşlıq etmək istəyir və bu bizim üçün bir uğurdur. Azərbaycanda fəaliyyət göstərən əksər iri şirkətlər, holdinqlər, tele radio sahəsindən, telekomunikasiya sahələrindən tutmuş, nazirliklərə kimi “CinemaPlus” ilə işləməkdən məmnundur. Bu gün böyük şirkətlərin, dövlət müəssələrinin İnsan Resursları Departament müdirləri öz həmkarlarını motivasiya etmək üçün, ad günlərini təbrik etmək üçün hədiyyə olaraq məhz “CinemaPlus”a dəvətnamə, hədiyyə kartı sifariş edir, marketinq departamentləri korporativ keçirtmək üçün restoranlara yox, “CinemaPlus”a müraciət edir. Çünki biz həm maarifləndiririk, həm istirahət etməyə imkan yaradırıq, həmdə insanları standart istirahətdən daha emosional istirahətə yönəldirik. Bu gün “CinemaPlus” Azərbaycanın ən böyük əyləncə mərkəzidir!
– Hansı yaddaqalan layihələri bizimlə bölüşə bilərsiniz?
– Layihələr əslində həddən artıq çoxdur, çox istərdim hamısını sizinlə bölüşüm, lakin vaxtımız az olduğundan ən yadda qalanları haqqında məlumat verəcəm.
İlk öncə Leyla Əliyevanın iştirakı və Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mütəmadi olaraq maraqlı cizgi filmləri nümayiş edirik, kino vaxtı uşaqlar dadlı pop korn və sərin içkilərdən sərbəst şəkildə istifadə edir.
İDEA ilə birlikdə iki kinoteatrın – “CinemaPlus Azərbaycan” və “CinemaPlus Amburan Mall” qarşısında velosiped həvəskarları üçün xüsusi dayanacaqlar quraşdırdıq.
Bundan əlavə Azərbaycan kino industriyasında ən böyük büdcəli kino “Əli və Nino” filmi yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olundu və demək olar ki, 100 mindən çox insan bu filmi izləmək imkanı qazandı.
İlk dəfə olaraq Azərbaycanın ulduzları ilə xarici filmləri peşəkar şəkildə dublyaj edərək yerli tamaşaçıya təqdim etdik. Bu layihə bizim əsas tərəfdaşımız “Cinemazadeh” şirkətinin köməyi ilə baş tutdu.
Azərbaycanda səs salmış bütün iri təqdimatların, layihələrin hər zaman informasiya dəstəkçisi olmuşuq. Onların arasında “Maşın Şou”, “Jara” musiqi festivalı, bir çox məşhur dünya ulduzlarının konsertləri, marketinq forumları və s.
Son yadda qalan layihəmiz yenədə “Cinemazadeh” və “Cinema Distribution” şirkətləri ilə birgə çəkdiyimiz “Kəklikotu” filmi və onun inanılmaz Qala gecəsi oldu. Qala gecəsində 1000-dən çox insan iştirak etdi. Bütün KİV nümayəndələri, məşhurlar, mədəniyyət və incəsənət xadimləri bu gecədə iştirak etdi. Filmin özünə qaldıqda isə “Kəklikotu” filmi ilk 4 günündə Azərbaycanda bu günə kimi heç bir yerli filmin göstərə bilməyəcəyi rekord nəticə göstərib.
– Qiymətlər ilə bağlı hansı fikir bildirə bilərsiniz? Dəyişikliklər var mı? Yaxud gözlənilir mi?
– Dünyada olan qlobal iqtisadi böhrana baxmayaraq, biz devalvasiyadan sonra qiymətləri qaldırmadıq. Yəqin ki, xəbəriniz var, kinoteatr bütün dünyada, eləcədə Azərbaycanda ən ucuz istirahət növü sayılır. Siz 10-11 manata həm 2 saat ərzində hər şeydən uzaqlaşaraq istirahət edə bilərsiniz, həmdə dadlı pop korn və sərin içki içə bilərsiniz. Lakin bu ucuz istirahətin arxasında çox çətin bir proseslər yer alıb. Belə ki, kino məhsulundan tutmuş, pop korn toxumuna kimi kinoteatr tərəfindən idxal olunur. Onu da qeyd etmək istərdim ki CinemaPlus-da satılan pop corn ABŞ-dan idxal olunur və xüsusi sort qarğıdalı, resepti ilə hazırlanır. Təbii ki, idxal olunan mallarda xarici valyuta şəklində həyata keçirilir. İndi özünüz düşünün, dollar 0,78 azn olanda da biletin qiyməti maksimal 7 manat, pop korn isə 2 manat idi, indi isə dollar 1,70-dir, lakin qiymətlər hələ də dəyişməyib. Bu da açıq aydın kinoteatrın gəlirlərinin azalmasının göstəricisidir. Ona görə də “CinemaPlus” kinoteatrlar şəbəkəsi artıq yerli istehsalı olan filmlərə qiymət artımı edib. Səbəb isə yerli film istehsalçılarına dəstək olmaqdır. Yeni ildən sonra isə böyük ehtimal xarici filmlərədə biletin qiymətlərində cüzi dəyişiklik baş verəcək. Lakin heç də narahat olmaq lazım deyil. Hətta qiymət artırımı baş verdikdə belə, kinoteatr ən ucuz istirahət məkanı kimi öz yerini saxlayacaq. Onu da qeyd edim ki, yerli filmlərə biletlərin qiyməti artsa da, tamaşaçı dinamikasına heç də mənfi təsir göstərməyib, əksinə tamaşaçı sayı gündən günə artır.

– Azərbaycanda kinematoqrafiya sahəsinin dirçəlməsi və inkişafında nə kimi addımlar atılır, nə işlər görülür?
– Son zamanlar özünüzdə yəqin ki, görürsünüz yerli film istehsalı sektorunda xeyli inkişaf və irəliləyiş var. Demək olar ki, hər 1-2 aydan bir yeni film çıxır. Yeni aktyorlar, rejissorlar tanıyırıq və bu da çox sevindirici haldır. Dövlət özü də yeni filmlərin çəkilişlərinə, yeni avadanlıqların alınmasına dəstək durur. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsinə uyğun olaraq investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələrinin siyahısına kinematoqrafiya fəaliyyətinin (kinofilmlərin yaradılması, nümayişi, yayımı, istifadəsi, təbliği, mühafizəsi) daxil edilib.
Həmçinin biz müəlif hüquqlarını pozan (pirat) kontentlərə qarşı ciddi mübarizə aparırıq. Bu cür hallar kinoteatrın fəaliyyətinə çox neqativ təsir göstərir. Yerli və xarici filmlərin internet resurslara düşməməsi üçün diqqətlə izləyirik.
– Sonda daha bir sual verib, bu maraqlı söhbətimizi sizinlə yekunlaşdırmaq istərdim. “CinemaPlus” 2 il ərzində bu qədər uğura imza atıbsa, gələcəkdə nə kimi uğurlara imza atmaq fikrindədir? Məqsədiniz nədir?

– Biz “CinemaPlus” brendini yaradanda qarşımıza əslində çox məqsədlər qoymuşduq, lakin biri ən əsas idi: “CinemaPlus” hər bir insanın həyatında kiçikdə olsa hansısa yer tutmalıdır. Yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq “CinemaPlus” hər bir insanın həyatında kiçikdə olsa bir rol oynamalıdır. Və o demək deyil ki, yalnız film nümayiş etməklə,əsla… Hər bir göstərdiyi xidmətlə. Və inanın biz bunu edə bildik. Bu son iki il ərzində “CinemaPlus” həm dünyanın ən maraqlı futbol qarşılaşmalarının nümayişinə başladı, həm Azərbaycanda keçirilən ən iri miqyaslı forumlarını ərazi, səs və digər xidmətlər ilə təmin etdi, həm Azərbaycanda fəaliyyət göstərən yüzlərlə iri şirkətlərini minlərlə xüsusi dəvətnamələr, hədiyyə kartları ilə təmin etdi. Bu isə artıq “CinemaPlus”un sadəcə kino nümayişi üçün meydança yox, hər bir insanın burada öz sevinc və istirahət payını tapa biləcəyi məkana çevrilməsinin ən birinci göstəricisidir.
Gələcək məqsədimiz isə dəyişməz olaraq qalır: Tamaşaçının zövqünü daim inkişaf etdirmək, keyfiyyətli və eyni zamanda əlçatan istirahət üçün maksimum şərait yaratmaq və insanların həyatında kiçik payımızı daha da artırmaqdır. Sürətlə inkişaf edən Azərbaycanın mədəni həyatında kiçik də olsa rolumuzun olması bizim üçün ən böyük qürur mənbəyidir! Bu yolda inamla addımlamağa davam edəcəyik!

mənbə :
Report.az




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.











MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android
Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website