Seki meselerinde bas veren yangin sondurulub

[r32]

31 Dekabr, 2017  11:03 xeber – Dekabrın 29-da Şəki rayonunun yaylaq ərazisində baş verən yanğın küləkli hava şəraiti ilə əlaqədar Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kiş meşəbəyliyinin 3 saylı dolayına keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova “Report”a bildirib ki, yanğın dünən nazirliyin əməkdaşlarının ciddi səyləri nəticəsində söndürülüb. Naməlum səbəbdən baş verən yanğın 1,2 hektar ərazini əhatə edib, nəticədə quru ot örtüyü və xəzəl yanıb. Ağaclara ziyan dəyməyib. Hazırda yanğının baş vermə səbəbləri araşıdırılır. 

mənbə :
Report.az