Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Dodaqlarını uzadıb hediyye istedi” – REPORTAJ

“Dodaqlarını uzadıb hediyye istedi” – REPORTAJ

05/06/2015

12:02


05.06.2015 / 12:00 xeber –

“Yemini verirlər, manikür edib solariyə salırlar ki, dincəlsin”

Azərbaycanda atçılıq tarixi daha qədimdir. Bu tarix hələ eramızdan əvvəl V minilliyin sonu, IV minilliyin birinci yarısına qədər gedib çıxır. İndiki Cəlilabad rayonunun ərazisində eneolit dövrünün son mərhələlərinə aid Əliköməktəpə abidəsində tapılan heyvan sümüklərinin 8 faizini at sümükləri təşkil edib. Ən maraqlısı isə budur ki, həmin abidədə tapılmış at sümüklərinin xeyli hissəsinin əhliləşdirilmiş atlara məxsus olmasıdır.

 

Dünyada mövcud olan 260 at cinsinin ikisi – Qarabağ  və Dilbaz cinsləri bizə məxsusdur. Ən geniş yayılmış ərəb atlarının, təmizqanlı ingilis minik atlarının cins kimi formalaşmasında Azərbaycan atlarının da müəyyən rolu olub desək, yanılmarıq. Bir çox mənbələrdə hələ ərəb at cinsinin formalaşmadığı zamanlarda, Azərbaycana xilafətinin hücumları zamanı buradan 60 mindən artıq qızılı rəngli atın Ərəbistana aparılması qeyd olunur. Çünki tarixi mənbələrdə ən qədim dövrlərdən Azərbaycandan İrana, Ərəbistana,  Rusiyaya, Avropaya çoxlu miqdarda atlar aparıldığı yazılır. Bu fakt ərəb atlarının qızılı kürən rənglərinin müəyyən dərəcədə Qarabağ atından götürməsi haqqında fikir irəli sürülməsinə əsas verir.

 

 

Qarabağ atçılığının “qızıl əsri” XVIII-XIX əsrlər hesab edilir. Cinsin ən tipik nümunələri Qarabağ xanları Pənah xanın, Mehdiqulu xanın, İbrahim xanın, Cəfərqulu – Cavanşir xanın, Xurşud Banu Natəvanın (Usmiyevlərin) zavodlarında yetişdirilib. Usmiyevlərə məxsus Əlyetməz adlı ayğırın 1867-ci ildə Ümumrusiya at sərgisində yüksək mükafatlar alıb, elə həmin ildə Parisdə keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atını gümüş medala layiq görülüb. Maraqlı bir tarixi fakt kimi, onu deyə bilərik ki, Parisdə keçirilən sərgidən sonra “Xan”ın rənginin cazibədarlığından valeh olan fransız qadınları öz saçlarını və şenyonlarını həmin atın rənginə oxşadaraq açıq qızılı-kürən rəngdə boyadıblar. Mübaliğəsiz demək olar ki, əgər şərq atlarından Ərəb atı dünya atçılığına “qu-quşu” boynunu, Axaltəkə atları “maral boynunu” bəxş etmişdirsə, Qarabağ atları təkrarolunmaz alovlu qızılı-kürən rəng bəxş edib.

 

***

Bakı Dövlət Cıdır Meydanı 1923-cü ildə, Ağstafa atçılıq zavodu 1946-cı ildə, Ağdam atçılıq zavodu 1949-cu ildə yaradılıb. Sovet dövründə Azərbaycan atçılıq  özünəməxsus inkişaf yolu keçib. Müxtəlif  statuslu və miqyaslı Dövlət At Tövlələrinin (QZK), damazlıq ocaqlarının yaradılması atçılığın inkişafına təkan verir. 1970 -80-ci illərdə bütün təsərrüfat sahələrinə olduğu kimi, atçılıq sahəsinə də diqqət artırılır, təsərrüfatların maddi-texniki bazası möhkəmləndirilib, atçılarımız ümumittifaq miqyasında böyük uğurlar qazanılır. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, Nazirlər Kabinetinin 24 aprel 1999-cu il tarixli 74 saylı qərarı ilə  Ağdam və Ağstafa at zavodları, Bakı Dövlət Cıdır Meydanı, habelə Şəki rayonundakı “Daşüz” damazlıq müəssisəsinin at ferması dövlət mülkiyyətində saxlanılır.

 

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (AFAR) məlumata görə, hazırda bütün təsərrüfat kateqoriyaları üzrə 75 mindən artıq at yetişdirilir. Hər il AFAR-ın təşkilatçılığı ilə ippodromlarda 60 başa qədər müxtəlif mülkiyyət formasından olan atçılıq subyektlərinə mənsub cins atlar sınaqdan keçirilir. Ölkədə xüsusi mülkiyyətə əsaslanan 30-a qədər hüquqi və fiziki şəxslərdə 800 başdan artıq yüksək sinifli cins atlar yetişdirilir. Özəl qurumlardan Binə Atçılıq Mərkəzində, “Sərhədçı” Atçılıq Klubunda və Günay Atçılıq Təsərrüfatında ən müasir tələblərə cavab verən atçılıq kompleksləri yaradılıb. Binə və “Sərhədçi” Atçılıq Mərkəzlərində yaradılmış müasir qapalı və açıq manejlərdə mütəmadi olaraq beynəlxalq konkur yarışları keçirilir.

 

***

 

Azərbaycan Respublikası Atçılıq İdman Federasiyası (ARAİF) 1996-cı ilin oktyabrın 26-da  yaradılıb. 2009-cu ildə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev federasiyaya prezident seçilib. Yeni nizamnaməyə əsasən, federasiyanın adı dəyişdirilərək Azərbaycan Respublikası Atçılıq federasiyası adlandırılıb. 1997-ci ildə FEİ-yə (Beynəlxalq Atçılıq Federasiyası), 2010-cü ildən İFHA-ya (Cıdır Yarışları Təşkil Edən Qurumların Beynəlxalq Federasiyası), 2013-cü ilindən isə Beynəlxalq POLO Federasiyasına (FIP) üzv seçilib. 

 

Hazırda respublikamızda Binə Atçılıq Mərkəzi, Polad Polo Klubu, Elit Atçılıq və Polo Klubu, Sərhədçi Atçılıq İdman Klubu (AİK), Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi, Murad, Günay,  Omar, Arzu, Gilan və Kövsər Atçılıq İdman Klubları fəaliyyət göstərir. Klublarını hamısı Bakının müxtəlif rayon və qəsəbələrində yerləşir.

 

***

 

Atlar və atçılıqla bağlı şifahi məlumatı əldə etdikdən sonra onları görmək, canlı ünsiyyətdə olmaq üçün Elit Atçılıq və Polo Klubuna yollanırıq. Klub ərazisi böyük olduğundan hələ ki, bizə bələdçiliyi Çingiz edir. Girişdə kassa var. Ödəniş etdikdən sonra burada saxlanılan kirayə atlardan da istifadə edə bilərsiniz. Böyük atların yarım saatı 20 manat, uşaqlar üçün ponilərin yarım saatı 15 manatdır.

 

Klubda ümumilikdə 25 at, 8 poni var. Atlardan 7-i idman atıdır. Havalar isti olduğundan tövlələrin pəncərəsi açıqdır. Hər tövlənin qarşısından keçəndə atlar kişnəyir, sanki adamı salamlayırlar. Ponilərin isə boyu balaca olduğundan nə başları görünür, nə də səsləri gəlir. Açıq manejdə isə gözəl xanım qəhvəyi yaraşıqlı atın belində gəzir.

 

Klubun ərazisini gəzirdik ki, idmançımız da gəldi. Rəşad Səmədov atçılıq idmanının konkur növüylə məşğuldur.

 

Necə deyərlər, uşaqlıqdan atlara sevgisi olub. Bu sevgini ona atası Oruc dayı ötürüb. Oruc Səmədov özü də atçılıq idmanıyla məşğul olub. Oğlu Rəşadı da buna həvəsləndirib.  Deyir, ilk dəfə ata hələ iki həftəlik – bələkdəykən minib. Minib deyəndə, şəkil çəkdirmək üçün qoyublar. Evdəkilərdən eşidib. Elə uşaqlıq şəkilləri arasında atla şəkli daha çoxmuş.

 

– Atam bu gün də atlarla işləyir. Məşqçidi. Atçılığa gəlməyimdə atamın rolu böyükdür.

 

Özünü qanandan at belində olub. Artıq 5-6 yaşı olanda sərbəst at minirmiş. Peşəkar idmana isə 12-13 yaşında gəlib. İlk uğurunu qazananda 15 yaşı varmış. Gənclər arasında respublika çempionu olub.

 

– Atamın yanına gəlib-gedəndə idmançıları görürdüm. 97-98-ci illərdə artıq qərar verdim ki, idmançı olacağam.

 

Beləcə, Rəşadın ciddi məşqləri başlayır. Səhər məktəbə gedir, günortadan sonra federasiyada atasıyla məşqlərə qatılır. 2000-ci ildəki ilk qələbəsindən sonra isə atası daxil, digər məşqçilərin də ona ümid və inamı artır. Daha ciddi məşqlər keçir və ard-arda bir neçə qalibiyyət əldə edir. 20-ə yaxın qələbəsi var. 2010-cu ilin nəticəsinə görə, Dünya Çempionatının etap mərhələsində Qafqaz üzrə ən yüksək xal toplayıb.

 

15 illik peşəkar konkur təcrübəsi olan Rəşad 3 ilə yaxındır ki, həvəskarlara at minmək öyrədir. At həvəskarlarına tək başına ata minməyi də məsləhət görmür. Mütləq bu barədə peşəkardan öyrənilməlidir. Yoxsa, ağır zədələr ala bilərsiniz.

 

 

 

 

Rəşad söhbət edə-edə atı minməyə hazırlaşır. Bir tərəfdə də Rəşadın atını hazırlayırlar. Hansı ki, indi minəcək. Ön iki ayağına qoruyucu “naqafka” taxılır.

 

Ağ, hündür, yaraşıqlı bir “qızdı” Çerova. Cəmi 9 yaşı, uzun yalı və quyruğu var. Normalda atlar 45 gündən bir nallansa da, klubun atlarının nalı ayda bir dəfə dəyişdirilir. Bu işlə nalbənd Tofiq Qasımov məşğul olur. Atların köhnə nalı çıxarıldıqdan sonra uzanan dırnaq kəsilir, hamarlanır və təzə nal vurulur. Dırnaqları quruluqdan qorumaq üçün laklanır. Əməlli başlı pedikür, manikür olunur.

 

Çerova alman atıdır. Ümumiyyətlə, konkur idman növü üçün alman atları daha münasibdir. Onlarla ən hündür maneələri dəf etmək olur. Daha dünən nallandığından bu gün maneədən atlana bilməyəcək. Dırnaqlarına ziyan ola bilər.

 

 

Budur, ağ atlı oğlan hazırdır. Ağ atın belində açıq manejdə bir neçə dövrə vurur. Çox yormamaq üçün çapmır. Onsuz da Çerova bugünkü məşqlərini edib.

 

 

 

Deməli, hər bir idman atına ayrı-ayrılıqda qulluq edilir. Atlar sübh tezdən -7-nin yarısında yemlənirlər. Səhər yeməyində idman atları adətən yulaf, yerli yemlərlə yanaşı xaricdən gətirilmə spesifik yemlər verilir. Bu yemlərin tərkibində vitaminlər var. Yeməkdən sonra azı 1 saat at dincəlir. Yediyi canına sinsin deyə. 9:30-da artıq məşqlər başlayır. Məşq bir saat çəkir. Nəfəsi özünə gələndən sonra at çimizdirilir. Qışda bunun üçün xüsusi qapalı hamam var. Tərləmiş atı buz kimi suyla çimdirmək olmaz. Xəstələnə bilər. İlıq suyla xüsusi yuyucu vasitələrlə çimizdirilir. Quyruğunu yumşaq, yalını ipək kimi etmək üçün. Sonra xüsusi otaqda solari qəbul edir. Hə, solari. Burada at həm qurulanır, həm də işıq altında masaj olunur. Havalar isinəndən sonra isə həyətdəki açıq hamamda çimizdirirlər. Gələcəkdə atların üzməsi üçün böyük hovuzun tikilməsi də nəzərdə tutulur. Atlar üzməyi çox sevir. Həm də əzələləri bərkiyir. Çiməndən sonra atın dırnaqları laklanır. Yumşaq qalması üçün.

– Saat 1-də günorta yemini yeyir. Yenə 1 saatlıq fasilədən sonra gəzdirilir. Bəzən isə açıq manejdə sərbəst gəzməsi üçün buraxılır. Saat 3-də atların masaj vaxtıdır. Masajdan sonra axşam yeminə qədər istirahət edir.

 

Bu arada idmançı kimi atın çəkisi də nəzarətdə saxlanılır. Əgər idmançı üçün 70-75 kilo normal çəki hesab edilirsə, idman atları üçün bu çəki 500 -550 kilo civarındadır. Əlbəttə ki, burada atın boyu da önəmlidir. Boya görə çəki də arta bilər.

 

Rəşadın məşqlərini adətən xaricdən dəvətdən olunmuş peşəkar məşqçilərlə edir. Bəzən məşqçi Bakıya gəlir, bəzən isə Rəşad xaricdə gedir. Adətən məşqlər 2-3 ay çəkir. Bu ilin iyun ayına qədər artıq o 2 dəfə xaricdə məşq edib. Avqust ayında Bakıda keçiriləcək Dünya çempionatının etap mərhələsinə hazırlaşır. Bunun üçün o, Almaniyada növbəti məşqini keçəcək.

 

Əvvəlki qaydalara görə, atçılıq idmanın konkur növüylə professional şəkildə məşğul olmaq üçün 10-12 yaşdan yuxarı tələb qoyulmuşdursa, bu gün elə bir hədd yoxdur. Hətta 6-7 yaşda uşaqlar da atçılıqla məşğul ola bilər. Bunun üçün klubda ponilər var.

 

***

…Ata yaxınlaşmaqda tərəddüd edirəm. Rəşad ürək-dirək verir ki, qorxmayım. Özü demişkən, at sevilməyəcək heyvan deyil. Əgər ondan qorxsaq, bu qorxunu hiss edəcək. Əgər sevgiylə yanaşsaq, o da bizə öz sevgisini göstərəcək. Doğrudan da elə oldu. Əvvəl burnunu sığallamaqla başladım, sonra boynunu ovuşdurdum. Bir qədər sonra at dodaqlarını mənə uzatdı. Sən demə, hədiyyə istəyir. Bura gələnlər adətən ona alma, ya kök gətirirlər. Dodaqlarını uzadıb məndən də hədiyyəsini istədi. Bundan başqa şəkəri də çox sevirmiş atlar, itlər kimi. Lakin atlara da itlər kimi həddən artıq şəkər vermək olmaz. Ziyandı.

 

Rəşadın atına minmək istədiyimi deyəndə köməkçisi Vüsal təəccübünü saxlaya bilmir

 

– Ola bilməz! Rəşad indiyə qədər kimsəyə icazə verməyib Çerovanı minməyə. İzn verməyəcək.

 

Amma Rəşad mənə istisna edir və beləliklə, mən Çerovaya Bakıya gələndən bəri Rəşad və Vüsaldan sonra onu minən üçüncü şəxs oluram. Əvvəl narazılıq etsə də, sahibi yanında görüb yaxınlıq verir…

 

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles