Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Azerbaycan yığmasını şef-de missionu: “Avropa Oyunlarına 291 idmançı ile qatılacağıq”

Azerbaycan yığmasını şef-de missionu: “Avropa Oyunlarına 291 idmançı ile qatılacağıq”

05/06/2015

12:36


05.06.2015 / 12:31 xeber –

“Komandalarımız Avropa Oyunları ilə bağlı hazırlığa 2013-cü ilin sonundan start verib. Hər bir federasiya özünün tərtib etdiyi plana əsasən təlim-məşq toplanışına başlayıb və bu günə kimi də proses davam edir”. Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva deyib.

 

Komandamızın şef-de-missionu iyunun 12-də start götürəcək Avropa Oyunları ilə bağlı son məlumatları verib. Yığmalarımızın qitədə ilk dəfə təşkil olunacaq yarışa hazırlığını yüksək qiymətləndirən Könül Nurullayeva bildirib ki, hər bir komandamız Atletlər kəndinə köçəcəyi günə kimi məşqlərini davam etdirəcək: “İyunun 8-dən ilk heyətimiz Atletlər kəndində məskunlaşacaq. Həmin günə qədər hər bir federasiya hazırlığını davam etdirəcək. Atletlər kəndinə köçdükdən sonra isə idmançılarımız digər komandalar kimi “Bakı-2015”in Təşkilat Komitəsi tərəfindən tərtib olunmuş məşq proseslərinə qatılacaq”.

 

K. Nurullayevanın sözlərinə görə, Azərbaycan idman tarixinin ən böyük nümayəndə heyətinə məhz Avropa Oyunlarında nail olacaq: “Avropa Oyunlarına 291 idmançı ilə qatılacağıq. Bu son təsdiq olunmuş rəqəmdir. Rəsmi – köməkçi heyətə gəldikdə, bu, 150 nəfərdən ibarət olacaq. Bura məşqçilər, fizioterapevtlər, həkimlər, o cümlədə inzibatçı heyət daxildir. Komandamız tərkibinə görə tarixində ilk dəfə bu sayda idmançı və nümayəndə heyəti ilə təmsil olunur. 20 növün hər birində yığmamız mübarizə aparacaq və biz ev sahibi olaraq bundan yararlanmışıq. Ümid edirəm ki, nəticələrimiz də kəmiyyət göstəriciləri kimi yüksək olacaq”.

 

Nümayəndə heyətimizin rəhbəri əsas ümid bağladıqları idman növlərini də açıqlayıb. K. Nurullayevanın sözlərinə görə, Azərbaycanın öz ənənəvi növləri var ki, artıq bu növlərdə sözünü deyib: “Güləş bizim ənənəvi idman növümüzdür. Bu idman növünə ümidimiz daha çoxdur. Cüdo, boks, gimnastikanı da xüsusi qeyd edərdim. Həmçinin, bir sıra idman növlərindən də uğurlu nəticələr gözləyirik. Atletikadan medal gözləntilərimiz də var. Elə idman növləri var ki, cəmiyyətimiz üçün yenidir. Məsələn, triatlon yığmamız Avropa Oyunlarında iştirak etmək məqsədilə proses zamanı yaradıldı. Bu çox müsbət bir göstəricidir. Biz bu kimi növlərdən daha çox iştirak gözləyirik. Amma medal gözləntilərimiz də var. Bütün nümayəndə heyətləri, bütün dövlətlər kimi bizim də ümidlərimiz böyükdür”.

 

Komandamızın şef-de-missionu medal sayı ilə bağlı proqnoz verməsə də, yığmamızın ilk sıralarda olacağına inam ifadə edib: “Medalların sayı ilə bağlı proqnoz vermək çətindir. Çünki bəzən hansısa idmançıdan qızıl medal gözlənildiyi halda, heç “beşliyə” də düşə bilmir. Amma güclü komandamız var. Bizim proqnozumuza görə, yarışa qatılacaq 50 ölkə arasında Azərbaycan millisi ilk pillələrdə yer almalıdır. Bunun üçün hər bir imkanımız da var”.

 

Azərbaycan yığması Avropa Oyunlarında ən azı “onluqda” olmağı hədəfləyib. K. Nurullayeva London Olimpiadasında Avropa ölkələri arasında 15-ci olan yığmamızın doğma divarlar arasında daha inamlı çıxış edəcəyini vurğulayıb.

 

O, xanım olaraq komandamızın heyətində yer alacaq xanımlara böyük ümid bağladığını da gizlətməyib. Lakin komandamızın rəhbəri ad açıqlamaqdan yayınıb: “Bunu demək mənə bir qədər çətin olardı. Bütün idmançılara eyni gözlə baxmaq istəyirəm. Ümumiyyətlə, komandada həm idmançı, həm də nümayəndə heyəti fərq etmir. Hamısına eyni yanaşmağa çalışırıq. Əlbəttə ki, mənim də favoritlərim var. Gimnastlarımıza, güləşçilərimizə, cüdoçularımıza böyük ümidlərimiz var. Bütün idmançılarımızı dəstəklədiyimdən hansınısa fərqləndirməyim düz olmaz. Amma şanslı xanımlarımız var”.

 

K. Nurullayeva daim azarkeşlik etdiyi Kanada yığmasını Avropa Oyunlarında görməyəcəyi üçün təəssüfünü gizlətməyib: “Olimpiya Oyunları səviyyəsində götürsək, favoritim Kanada yığmasıdır. Daima onlara azarkeşlik edirəm. Amma Avropa ölkələrinə toxunsaq, nümayəndə heyətinə görə Azərbaycan Rusiyadan sonra ikinci yerdədir. Rusiya kifayət qədər güclü bir komandadır, Bakıya çox güclü bir tərkiblə gəlirlər. Bu səbəbdən imkanları böyükdür. Almaniya, Fransa, İtaliya və İspaniya da bir çox yarışların medal sıralamasında öz sözlərini deyiblər, həmişə ilk “onluğa” can atırlar. Əminəm ki, Avropa Oyunlarında da özlərini yaxşı tərəfdən göstərə biləcəklər”.

 

Komandamızın nümayəndə heyətinin rəhbəri Avropa Oyunlarında yığmamızın idman və parad formalarının hazır olduğunu da deyib. Onun sözlərinə görə, London Olimpiadasında olduğu kimi bu dəfə millimiz məşhur İtaliya şirkəti – “Ermanno Scervino”nun hazırladığı geyimlərlə azarkeşləri önünə çıxacaq. K. Nurullayeva həm idman, həm də parad formalarında milli çalarların nəzərə alındığını bildirib: “Nümayəndə heyətinin idman forması bir neçə gün öncə təqdim edilib. Parad forması da yaxın günlərdə veriləcək. Çalışmışıq ki, fərqlənək. Formamızın da bəyəniləcəyinə ümid edirəm. Milli çalarlar nəzərə alınıb, tonlar da bizim tonlara yaxındır. Maraqlı bir dizayn alınıb, həm sadə, həm də gözəldir. Bu haqda geniş məlumat vermək istəməzdim. Çünki bunun xüsusi təqdimatı nəzərdə tutulub”.

 

Şef-de-mission yığmamızın açılış mərasimi zamanı paradda neçənci keçəcəyinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Olimpiya Oyunlarında ilk yarışın sahibi Yunanıstan birinci keçirsə, Avropa Oyunlarında Azərbaycan qaydalara əsasən Milli Stadiona sonuncu daxil olacaq: “Bütün mötəbər turnirlərdə ev sahibi paraddan sonuncu keçib. Biz də bu səbəbdən bütün qonaqlardan sonra arenaya daxil olacağıq. Ümid edirəm ki, 68 min nəfərlik stadionda azarkeşlərimiz bizi lazımı şəkildə qarşılayacaqlar”.

 

K. Nurullayeva Atletlər kəndində salamlama və dövlətlərin bayraqlarının qaldırılması mərasiminə də aydınlıq gətirib. Əgər Olimpiya Oyunlarında gün, saat və dəqiqə ilə belə mərasimlər təşkil olunursa, Avropa Oyunlarında bu tədbirlər cəm şəkildə həyata keçiriləcək: “İlkin nümayəndə heyətimiz iyunun 8-də Atletlər kəndinə köçsə də, rəsmi salamlama iyunun 11-də saat 18:00-a təsadüf edəcək. Həmin vaxt komandamızla yanaşı, digər yığmalar da paralel iştirak edəcəklər. Əksər idmançılar və ölkələr üçün qarşılanma vaxtı eyni saata nəzərdə tutulub. Həmin gün nümayəndə heyətimiz burada tam tərkiblə iştirak edəcək. Mərasimdə Avropa Olimpiya Komitəsinin rəhbərliyi və ölkəmizə gələcək rəsmi qonaqların da qatılması nəzərdə tutulub. Salamlamada və bayraqların qaldırılmasında kəndin meri də olacaq. Onun adı isə yaxın günlərdə rəsmi açıqlanacaq”.

 

Milli Olimpiya Komitəsinin, eyni zamanda Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin rəisi funksiyasını yerinə yetirən K. Nurullayeva atletlərimizin də yarışda iştirakına toxunub. O bildirib ki, “Bakı-2015”ə III divizionun komandaları qatılacağından əsas məqsəd uğurlu çıxışla bir pillə yuxarı qalxmaqdır: “Bu növdə yığmamız 35 nəfərlə təmsil olunacaq. İdman növlərinin şahı adlandırılan atletikada 40 növdə çıxış edəcəyik. Bu, Azərbaycan tarixində bir ilkdir. Çünki atletlərimiz 47 növdən 40-da mübarizə aparacaq. Əsas məqsədimiz buradan II liqaya vəsiqə qazanmaqdır. Bu imkan da var. Ümid edirəm ki, atletlərimiz yaxşı nəticə göstərəcək və ilk dəfə olaraq, II divizionda iştirak etmək hüququ qazanacağıq”.

 

K. Nurullayeva KİV nümayəndələrinin komandamızla görüşündə problem olmayacağını da diqqətə çatdırıb. O bildirib ki, idmançılarla mətbuat işçilərinin görüşü həm Təşkilat Komitəsi, həm də Milli Olimpiya Komitəsi tərəfindən nəzərə alınıb: “Media kəndi artıq aktiv fəaliyyət göstərir, Atletlər kəndinin rəsmi açılışı iyunun 8-də olacaq. Təbii ki, mətbuat nümayəndələrini idmançılar və onun ətrafında baş verən proseslər maraqlandırır. Bu səbəbdən Avropa Oyunları bitənə kimi mətbu orqanlar üçün kəndə gəliş-gediş günləri, müvafiq saatlar nəzərdə tutulub. Bütün bunlar yaxın günlərdə açıqlanacaq. Təşkilat Komitəsi tərəfindən yaradılacaq bu şərait bütün idmançılara şamil olunacaq. Bizim komandamıza gəldikdə, Milli Olimpiya Komitəsi (MOK) mükafat qazanacaq idmançılarımızla təmas qurmaq məqsədilə MOK-u “yığmamızın evi”nə çevirəcək. Hər gün medal qazanan idmançılar ertəsi gün burada olacaq və müəyyən saatlarda jurnalistlərlə görüşəcək. Tədbirdə mükafatçılarla yanaşı, onların ailə üzvləri və yaxınları ilə də görüşmək imkanı qazanacaqsınız. Bu, iyunun 14-dən 29-na kimi davam edəcək. Çünki ilk medal iyunun 13-də gözlədiyimizdən ertəsi gün bu prosesə start veriləcək. Tam olaraq, yayım və ünsiyyət imkanınız olacaq”. 

 

Avropa Olimpiya Komitəsi (AOK) nəzdində “İdmanda Qadın və Bərabərlik” Komissiyasının da üzvü olan K. Nurullayeva yarışın Bakıda keçirilməsi üçün ilk gündən danışıqlarda iştirak edib. 2012-ci ilin dekabrında Oyunların Azərbaycana verilməsini böyük uğur sayan komandamızın rəhbəri yarışın konsepsiyasında iştirakdan da danışıb: “Mənim və ümumiyyətlə MOK-un Avropa Oyunları konsepsiyasının qəbulu ilə bağlı prosesə qatılmağımız çox-çox illər qabaq baş verib. Biz tam olaraq, bu konsepsiyanın yaradılması, onun təsdiqində də yaxından iştirak etmişik. Bu səbəbdən Avropa Oyunları mənə çox doğmadır və bu yarışlara öz övladımız kimi yanaşırıq. 2012-ci ilin dekabrında ev sahibliyi hüququ verildikdən sonra Avropa Olimpiya Komitəsi bizə çox böyük ümid bəsləyirdi. Ölkəmiz də onların ümidlərini doğrultmaqla yanaşı, gözlənilməz pozitiv məqamlarla da fərqləndi”.

 

K. Nurullayeva bildirib ki, ilk Avropa Oyunları ilə bağlı qərar verilərkən tərəddüd edən milli olimpiya komitələri ölkəmizin gördüyü işlərdən sonra təəccüblərini gizlədə bilmirlər: “Həmin vaxtla bu gün arasında onların fikirləri 100 faiz dəyişib. Ev sahibliyinə namizədlik vaxtı bizə 38 ölkə səs vermişdi. 2 ölkə neytral olduğu halda, digərləri bunu dəstəkləməmişdi. Düzdür, bu özü böyük göstəricidir. 49 ölkədən 38-nin bizi dəstəkləməsi az deyil. Həmin vaxt tək Azərbaycanın ev sahibliyinə səs vermirdi. Ümumiyyətlə ilk konsepsiya məsələsi də müzakirə olunurdu. Bu, müəyyən qədər Azərbaycanla da əlaqələndirildiyindən, bəzi ölkələr bunu qəbul edə bilmirdi. Həmin vaxtdan ötən 2 il müddətində, Kosovo da AOK-a daxil olduqdan sonra 50 ölkənin milli olimpiya komitələrinin nümayəndələri Azərbaycana səfərlər edib. Həmin insanlarla dəfələrlə görüşlər də təşkil olunub. Onlar hər gəldikdə “növbəti səfərimiz nə vaxt olacaq?” deyə soruşurdular. Hamı artıq yarışı səbirsizliklə gözləyir. Tam əminliklə deyə bilərəm ki, bu gün narazılığı olan elə bir komitə yoxdur. Hamı təşkilatı işlərdən çox razıdır. Təşkilat Komitəsi vaxtında, lazımı şəkildə işləri təhvil verir, əlaqələr yaradır. Yəni, onların ehtiyaclarını dolğun şəkildə ödəyə bilir. Eyni zamanda, bizim burada gördüyümüz hazırlıqlar da Olimpiya standartları səviyyəsindədir. Bundan narazılıq etmək haqsızlıq olardı”.

 

K. Nurullayeva II Avropa Oyunlarına ev sahibliyi edəcək Hollandiyanın yarışların təşkili üçün Azərbaycan qədər çalışmayacağını da deyib. O, 2019-cu ildə baş tutacaq yarışa yeni idman növünün daxil edilib və ya çıxarılmasına da münasibət bildirib: “Azərbaycan ilk olduğu üçün üzərimizə çox böyük yük düşdü. Çünki Oyunların sənədini, formatını Azərbaycanla AOK birgə yazmalı oldu. Belə deyək, hər şeyə sıfırdan başlanıldı. Amma Olimpiya Oyunlarından fərqli olaraq, kontinental idman yarışlarında nisbətən qaydalar daha yüngüldür. Olimpiadada hansısa idman növünün çıxarılması və ya salınması çox çətin məsələdir. Bunun üçün illərlə müzakirələr gedə, amma yekunda hansısa dəyişiklik olmaya da bilər. Avropa Oyunlarında isə nisbətən asandır. Burada ev sahibinin maraqları da nəzərə alınır. II Avropa Oyunlarında idman növləri də Hollandiya ilə AOK arasında razılıqdan asılı olacaq. Burada idman növlərinin sayının artacağını düşünmürəm. Amma müəyyən dəyişikliklər baş verə bilər. Siyahıda bizim dəyişikliyə gəlincə, biz ilk idik. Həmin vaxt federasiyalarla görüş keçirilirdi. Onların razılığı, eyni zamanda bizim yerli vəziyyət nəzərə alınmalı idi. Bunlar olmadığı üçün əsaslanacağımız standart yox idi. Amma bu gün hazır bir paket var. Bütün federasiyalarla danışıq aparılıb, razılaşdırılıb və bundan sonrakı oyunlar üçün də onların razılığı alınıb. Amma ev sahibi ölkənin müəyyən maraq toqquşması ola bilər. Həmin vaxt hansısa idman növünün salınıb və ya çıxarılmasına baxılacaq”.

 

Nümayəndə heyətinin rəhbəri yarışdan öncə deyil, sonda sürprizlə azarkeşlərin görüşünə gəlmək istədiklərini vurğulayıb. O bildirib ki, medallarımızın, xüsusi ilə də qızıl mükafatlarımızın çoxluğu ilə diqqət mərkəzinə düşmək arzusundadırlar: “Əminəm ki, Azərbaycanın bundan böyük istəyi və gözləntisi ola bilməz. Biz mütəmadi olaraq, mətbuatı yeni məlumatlarla tanış edəcəyik. İnşallah, iyunun 14-də MOK-da ilk medallarımızın sayının çoxluğu, xüsusilə qızıl medalların sayı ilə görüşünüzə gəlmək istəyirik. Bundan böyük sürpriz ola bilməz”.

 

Bakının “Olimpiada-2016” və “Olimpiada-2020”yə namizədliyi zamanı Təşkilat Komitəsinin icraçı-direktoru olan Könül Nurullayeva Avropa Oyunlarının Azərbaycana böyük faydasının dəyəcəyini xatırladıb. Onun sözlərinə görə, bu yarışla artıq böyük təcrübə qazanacağıq: “Bəli, Yay Olimpiya Oyunlarını üçün 2 dəfə namizədliyimizi irəli sürmüşük. Təəssüf ki, hər 2 halda namizədliyimiz uğursuzluğa düçar olub. Amma ondan çox pozitiv nəticə çıxarmağı bacardıq. İkinci dəfə – 2020-ci ildə keçiriləcək yarışlara namizədliyimizi irəli sürdükdə, Beynəlxalq Olimpiya Komitəsindən bizə imtina vərəqəsi verildikdə irad kimi Azərbaycanın multi-idman yarışlarını keçirmək təcrübəsinin olmaması göstərilmişdi. Haradasa bunu doğru səbəb kimi görürəm. Baxmayaraq ki, əsas deyildi, amma bir faktor idi. Hazırda biz Avropa Oyunları kimi bir yarışa elə səviyyədə ev sahibliyi edəcəyik ki, bu, ən yaxşılardan olacaq. Beynəlxalq idman ictimaiyyətindən Azərbaycana gələn qonaqlar da bunun canlı şahidi olduqdan sonra “Olimpiada-2024” və bundan sonra hər hansı bir Oyunlara namizədliyimizin irəli sürülməsi, eyni zamanda, ən azı ikinci pilləyə qəbul olunması şansımızı yüksəldəcək”.

 

Komandamızın şef-de-missionu deyib ki, 2017-ci ildə ev sahibliyi edəcəyimiz İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə futbol üzrə Avropa çempionatı təcrübəmizi daha da artıracaq: “Artıq Avropa Oyunları bir göstəricidir. Bu, artıq reallıqdır, faktdır. “Olimpiada-2024” üçün namizədliyin qeydə alınması prosesi yanvardan başlayıb, sentyabrda başa çatacaq. İnşallah, ümid edirəm ki, Avropa Oyunlarını uğurla başa vuracağıq. Bundan sonra qərar verəcəyik ki, növbəti addımımız nə olacaq. Yenidən namizədliyimizi irəli sürə və ya sürməyə də bilərik. Bu proses növbəti illərdə də təkrarlana bilər. Amma Olimpiya Oyunlarını keçirmək qarşımıza qoyduğunuz real bir məqsəddir. Bu yarışı dəfələrlə keçirmiş ölkələr belə Olimpiadaya ev sahibliyi etmək üçün daima namizədliklərini irəli sürürlər. Bu şəhərlərə Madrid, Tokio, İstanbul və digərləri daxildir. İstanbul hətta 5 dəfə namizədliyini irəli sürüb. İmkanlarımızı nəzərə alsaq, niyə ki, biz namizədliyimizi verməyək? Yəni, bu real amildir”.

 

K. Nurullayeva Olimpiya Oyunları zamanı Avropa Oyunlarında yeni yaradılan komandalarımızın da ölkəmizə böyük uğur gətirəcəyini deyib. Onun sözlərinə görə, yığmamız ev sahibliyi edəcəyimiz yarışdan düzgün yararlana bilsə, “Rio-2016”da daha geniş tərkibdə və iştirak edəcəyik: “Avropa Oyunları Rio Olimpiadasında 12 növdə lisenziya qazanmaq şansı verir. Bu o deməkdir ki, idmançılarımızın bundan lazımınca yaralanmaq vacibdir. Əgər belə olarsa, Braziliyada daha çox növdə qüvvəmizi sınamaq imkanı qazanacağıq. Bu səbəbdən idmançılarımıza böyük ümidlər bəsləyirik və əminəm ki, onlar bu prosesə böyük məsuliyyətlə yanaşacaqlar”.

 

Avropa Oyunlarına 291 idmançı ilə qatılan Azərbaycan yığması Rio-de-Janeyroda yeni rekord da müəyyənləşdirə bilər. K. Nurullayeva bildirib ki, əgər “London-2012”də 53 idmançı ilə təmsil olunmuşuqsa, bu dəfə say daha çox ola bilər: “Avropa Oyunları tam yekunlaşan kimi artıq gözümüzün qarşısında Rio Olimpiadası ilə bağlı bir mənzərə formalaşacaq. Yəni, lisenziyalarımızın, idmançılarımızın sayı, komandalarımızın tərkibi, fərqli növlər barədə məlumatlara malik olacağıq. Amma ənənəvi idman növlərimiz var ki, bunlarda lisenziya qazanacağıq və Rioda təmsil olunacağıq”. 

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles