10 Fevral, 2018 12:10 xeber – Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində indiyədək 1141 terrorçu məhv edilib.
“Report” TRT-yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Əməliyyatın 22-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 79 terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.