Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Voleybol yığmamızın baş meşqçisi Bülent Karslıoğlu: “Reqiblere qarşı layiqli oyun göstereceyik”

Voleybol yığmamızın baş meşqçisi Bülent Karslıoğlu: “Reqiblere qarşı layiqli oyun göstereceyik”

06/06/2015

17:38


06.06.2015 / 17:35 xeber –

“Komandanı formalaşdırmaq işinə 7 ay öncə start vermişik. Azərbaycan Voleybol Federasiyasının dəvəti əsasında yığmanın baş məşqçisi və kişilərdən ibarət komandanın texniki direktoru oldum”. Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, kişi voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bülənt Karslıoğlu deyib.

 

Türkiyəli mütəxəssis Avropa Oyunları ərəfəsində yeni formalaşan komandanın yarışa hazırlığı, təlim-məşq toplanışları və qrupumuzda yer alan rəqiblər barədə danışıb. Karslıoğlu bildirib ki, əsas məqsəd Azərbaycanda kişi voleybolunun təməlini qoymaqdır: “Hədəfimiz bir sistemi başlayıb, zamanla yeniləyib, gənc nəslin yetişdirilməsi və kişi voleybolunun ölkədəki inkişafına nail olmaqdır. Bəli, biz artıq buna start vermişik. Daimi çempionatı olan ölkə deyilik. Bu səbəbdən 7-8 komandadan oyunçu seçmək və ya dəyişdirmək şansımız da yoxdur. Əlimizdə olan voleybolçularla yola çıxdıq və onların inkişafına çalışdıq. Yeddi ay ərzində nə edə bilərdik? Öncə bunu müzakirə etdik. Bunun üçün güclü heyət qurduq. Həkim, fizioterapevt və 3 köməkçi məşqçi gətirdik. Gərgin məşqlərlə idmançılara istədiyimiz sistemi aşılamağa çalışdıq”.

 

Komandamızın baş məşqçisi ilk məşqlərə cəmi 6 voleybolçu ilə başladıqlarını vurğulayıb. Onun sözlərinə görə, ardınca qadınlardan ibarət klublarda köməkçi-məşqçi işləyən voleybolçuları milliyə dəvət edib: “İqtisadçı”da birgə işlədiyim Fərid Cəlalovu əməliyyat etdirdik və heyətə qatdıq. Həmçinin, “Rabitə” klubunda köməkçi-məşqçi işləmiş Pərviz Səmədovu da komandaya götürdük. Onunla birgə çalışmış Ziya Rəcəbovu məşqçilər korpusuna çağırdıq. Bundan başqa, ölkə xaricində çıxış edən 1-2 legionerimizi də erkən qaytardıq. Get-gedə insanlarda bu komandaya maraq artdı, bura gəlməyə can atdılar. Hətta karyerasını bitirənləri də geri çağırdıq. Məşqlər zamanı həm video, həm də statistik göstəricilərlə zamanı irəli çəkməyə çalışdıq. Yəni, 3 illik işi 7 ay ərzində gördük. Məsələn, əvvəllər mayda turnir olanda, apreldə toplaşıb bir ay məşq edir, 3 yoxlama görüşü keçirirdilər. Biz isə son 2 ayda 9 oyun keçirdik”.

 

Komandamız yeni formalaşmasına baxmayaraq, B. Karslıoğlunun rəhbərliyi altında ilk görüşlərini qələbə ilə başa vurub. Sloveniya və Avstriyaya kimi yığmalara qalib gələn voleybolçularımız ardınca da pis təsir bağışlamayıb. B. Karslıoğlu bildirib ki, yoxlama oyunlarının nəticəsinə əsasən komandaya yeni oyunçu cəlb edib və ya kənarlaşdırmayıb: “6 ay hazırlığa demək olar ki, ara verməmişik. Həftədə 11-12 məşq edib, 1 gün istirahətdə olmuşuq. Biz həqiqətən çox ciddi şəkildə hazırlaşırıq. Bilirik ki, əlimizdə olan heyət budur. Əsas məqsəd onların ən yaxşı formaya gətirmək idi. Yəni, komandamızda 14 oyunçu var və 15-ci yoxdur. Kimsə zədələndiyi vaxt onu dəyişmək və ya digər komandadan kimisə gətirə də bilmirik. Bu “oyunçumuz yoxdur” anlamına da gəlməməlidir. Biz onlarla bacaracağımıza inanırıq. Bunun göstəricisi də olaraq, Sloveniya ilə iki oyun keçirdik və ikisini də qazandıq. Sloveniya deyib keçməyək. Çünki bu komandanın 60-70 illik tarixi var. Bizim məğlub etdiyimiz yığma 3-4 nəfəri çıxmaq şərtilə, U-21-lərin Avropa çempionatında məğlub olmadan finala çıxdı. Rusları və almanları 3:0 hesabı ilə üstələdilər. Təbii ki, bizim bu komandanı məğlub etməyimiz o demək deyil ki, hər şey gözəldir. Ardınca Avstraliya ilə qarşılaşdıq və onları da üstələdik. Sonra Macarıstanda çox yüksək səviyyəli komandalarla qarşılaşdıq. Macarıstan çox güclüdür, ən qısa voleybolçusunun boyu 2 metrdir. Çempionatları var və oradan seçilmiş oyunçuları yığmada oynayır. Biri var 300 kişinin içindən 12 voleybolçu seçəsən, biri də var ki, 12 kişidən 12 voleybolçu seçmək. Statistikanı araşdırmaq şansımız olmadı. Orda ən yaxşı komandalarla oynadıq. Xorvatiya, Sloveniya və Slovakiya qarşıladıq. Bu yığmalar dünyada söz sahibidirlər. Onlarla oyunda 22-22-yə qədər gəlirik, amma sonra 1:3 hesabı ilə uduzuruq”.

 

Baş məşqçinin sözlərinə görə, son anda məğlubiyyətlərdə komandamızda orta yaş həddinin yuxarı olması deyil, təcrübəsizliyi rol oynayır: “Biz 6-7 ay çalışdığımız üçün oyunçularımızın vücudu artıq buna uyğunlaşır. Biz bununla bərabər, vitaminlərinə, sağlamlıqlarına fikir veririk. Federasiya milli komandaya bir məşq zalı hədiyyə etdi. Yatmaq üçün otaqlarımız var, yemək verilir, toplantı otaqlarımız var. Bir sözlə, hər şeyimiz var. Bu iş ilk növbədə, federasiyanın istəyi ilə başlandı və biz bunu bacardıq. Oyunlar keçdikdən sonra gördük ki, matç azlığından əziyyət çəkirik. Səhv buraxmağımızın səbəbi bu idi. Hesab 20:20 olanda oyunçu var ki, gülə-gülə oynayar. Tailandda qadın voleybolçular hesab 25:25 olanda da çəkinmədən mübarizə aparırlar. Çünki bunu yüz, üç yüz, min dəfə oynayıblar. Biz heç oynamamışıq. Buna görə də, panikaya düşürük. Bütün matçların statistikasını çıxarsaq, görərik ki, səhvlərimiz çox olur. Əgər bunu etməsək, hər komanda ilə oynaya biləcək gücdəyik”.

 

Komandamız bəzi mövqelərdə çətinlik də yaşayır. B. Karslıoğlu bildirib ki, lazım olduqda bir voleybolçunu digərinin yerində oynadırıq: “Bəzi mövqedə əlavə oyunçumuz yoxdur, bəzisində isə yardım edə biləcək voleybolçularımız var. Bu bizə problem yaradır. Biz də çıxış yolu kimi bəzi oyunçularımızı problem olan mövqedə də oynatmağa başladıq. İstədik görək ki, orda da oynaya bilirlərmi? Bizim hücumda oynayan Pərviz Səmədovu bəzən ortada oynatmaq məcburiyyətində qalırıq. Oradakı oyunçumuzu itirdik, yerində isə Pərvizi oynatmağa çalışırıq. Sevindirici haldır ki, heç kim “mən bu mövqeyinin oyunçusu deyiləm” demir. Hər kəs kömək etmək istəyir. Çünki əlimizdəki oyunçu heyəti budur, bizim oyunçu dəyişmək imkanımız yoxdur. Əlavə olaraq, yalnız 1-2 oyunçunun köməyindən istifadə edə bilirik. 14 nəfərin içində 3 liberomuz var. Ən önəmlisi odur ki, biz gördüyümüz işi Avropa Oyunlarına görə deyil, başlanğıc üçün etdik və bundan sonra aşağı yaş qrupu ilə əlaqədar keçid dönəmi lazımdı. İnşallah, 3-5 ilə qədər bu, bəhrəsini verməyə başlayacaq”.

 

Azərbaycanda qadın voleybolçulardan ibarət “İqtisadçı” və “Lokomotiv”də işləyən mütəxəssis kişi oyunçularla işləməkdə problem görmür. Əksinə, o bunun daha asan olduğu qənaətindədir: “Qadın voleybolu, həqiqətən də, çox çətindir. Kişi voleybol komandasının baş məşqçisinin qadın voleybol komandasına keçməsi imkansız bir şeydir. Bunun üçün ekstra bacarıqlı olmalıdır. Ancaq qadınlardan ibarət komandanın məşqçisi kişi komandasına keçəndə bu qədər çətinliklə üzləşmir. Çünki qadınlardan ibarət komandada kiçik şeyləri belə, çox çalışmaq lazımdır. Kişilərdə isə belə deyil, kişi qüvvəti ilə onları aradan qaldırır. Bir də qadın voleybolunda daim dialoq qurmalısan. Onlara başa salmaq, istədiyin sistemi oturtmağınız lazımdır. Mənim üçün problem olmadı”.

 

Azərbaycan millisi Avropa Oyunlarında A qrupunda Azərbaycan, Serbiya, Polşa, Fransa, Finlandiya və Türkiyə yığmaları ilə gücünü yoxlayacaq. Rəqibləri lazımınca analiz edən B. Karslıoğlu hər bir komandaya qarşı layiqli oyun nümayiş etdirəcəklərinə əminlik ifadə edib: “Biz çox güclü ümumi heyət qurmuşuq. Yaxın 3 ay ərzində bütün rəqiblərimizi, hətta əvvəlki oyunçularını da analiz etməyə başlamışıq. Hamısının videolarını alıb, statistikalarını çıxarıb, bir-bir dəyərləndiririk. Bəzi komandalarda oyunçu dəyişiklikləri ola bilir, yəni fərqli “12-lik”lə gələ bilərlər. Biz bunları nəzərə alaraq, ehtiyat heyətdəki oyunçuların da təhlilini aparırıq. Biz oyunçuları tanıyıb, meydana çıxacağıq. Mənim sistemim belədir: heç vaxt qarşımdakına görə plan qurmaram. Voleybolda rəqibinlə yanaşı, sənin də nə oynayacağın önəmlidir. Biz oynaya bilmədikdən sonra rəqibin necə oynamasının heç bir önəmi yoxdur. Bunun üçün öncə standart oyunumuzu oturtmalıyıq. 9 oyun keçirdik, gündən-günə daha da yaxşı komanda oluruq”.

 

B. Karslıoğlu təqvimin Azərbaycan üçün fərq etmədiyini bildirib. Onun sözlərinə görə, ilk qarşılaşmada ən aşağı reytinqli Finlandiya ilə oynamağımız belə ciddi fərq etmir: “Onların Avropa çempionatlarında uğurları var. Amma Bakıya gələn komandalar arasında reytinqi aşağı komandadır. Burda 12 komanda var. Hansı zəif ola bilər? Buna görə də, Rusiya favoritdirsə, bizim üçün Finlandiya da eyni dəyərdədir. Oynamasan, qazana bilməzsən. Onlardan daha çox güc sərf etməliyik. Yoxsa birə-bir baxdıqda hamısı favorit kimi görünür. Səhvsiz, aqressiv, inadcıl bir komanda yaratmalıyıq. Elə məqsədimiz də budur. Bütün çalışmamız bu yöndə idi ki, sona qədər oynayan komanda yaradaq. Məşqlərimizin son bölümündə tempi ən yüksək səviyyəyə çıxarıb, 20:20-dən sonra səhvsiz oynamağa çalışırıq”.

 

B. Karslıoğlu qrupumuzda favoritlərin adlarını da açıqlayıb. O bildirib ki, serblər və polşalılar güclü görünürlər: “Son vaxtlar Polşada voleybol bir nömrəli idman növüdür. 65 minlik stadionda yerə tarafleks sərib, rekord vurublar. Onlar bu sayda azarkeş izləyib. Yəni, voleybolla nəfəs alırlar. Bu sevdi məktəblərdən başlayır. Bütün məktəblilər idman sevgisi ilə böyüyürlər. Kiçik yaşda biri futbola, biri basketbola, digəri də həndbola yönəldilir və belədə idmanın içində olan nəsil yetişir. Son zamanlar Türkiyədə də aşağı yaş qrupundan oyunçu yetişir. Bizdə kişilərdən ibarət 5 voleybol milli komandası var. Biz də istədik ki, bunu Azərbaycanda başlayaq. Amma bu iş bir anda olmur. Zaman lazımdır. Başlanğıc bitirmənin yarısıdır. İstedadlı uşaqları tapıb, onları milliyə cəlb etməliyik. Məsələn, 16 yaşlı voleybolçu var, bizimlə birgə çalışır. Məncə, düzgün məşq və psixoloji hazırlıqla yaxşı oyunçular çıxara biləcəyik”.

 

Baş məşqçi Türkiyə ilə oyunumuza da toxunub: “Türkiyə çempionatı yüksək səviyyədədir, Avropanın ən güclülərindəndir. Keçən il Çempionlar Liqasının ikincisi olublar, bu il yenə Çempionlar Liqasında oynamış komandası var. Türkiyədə işlər artıq inanılmaz büdcələrlə edilir. Geniş heyətləri var, 4 milli komanda çıxara bilirlər. Federasiya yatırım edib. Hazırda Türkiyə yığması yüksəlişdədir. Həmin yüksəlişi bu turnirdə də göstərəcəyinə inanıram. Bura çox iddialı gələcəklər. Amma bizim də millimiz var. Favoritlər yox, oynayanlar qazanır. Voleybol belə bir idman növüdür. Biz “İqtisadçı”da, “Lokomotiv”də olduğumuz vaxt həmişə rəqiblərimizi favorit komanda hesab ediblər. Ancaq biz o favoritləri məğlub etməyi bacarmışıq. İnşallah, doğma azarkeşlərimiz önündə, ən azında öz uşaqlarımızla nə edə biləcəyimizi görmək istəyirik. Biz güvəndik, federasiya bizə güvəndi, hər şeyi etdilər, artıq söz idmançılardadır. Edə biləcəyimiz ən yaxşı proqramı həyata keçirdik. Son 1 ayda oyun tempini də artırdıq, istirahət də etdik. Hazırıq. Öz azarkeşimizin önündə Finlandiya ilə başlayıb, Türkiyə ilə oyunla bitirib, ilk “4-lüy”ə girməkdir”.

 

B. Karslıoğlu Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiyanın yer aldığı B qrupu barədə də danışıb. O, digər “altılıq”da çox güclü millilərin yer aldığını vurğulayıb: “Vallah, ora cəhənnəm kimidir. Çox çətin matçlar keçəcək. Amma hamısı yüksək səviyyəli komandadır. Almaniya yığması dünya liqasına qatılmaqdan imtina etdi. Bu, Avropa Oyunlarının nə qədər önəmli olduğunu göstərir. Almaniya bu turniri çox ciddi qəbul edir. Azarkeşləri arenalara səsləyirəm, bizi çox gözəl oyunlar gözləyir. Qadınlardan ibarət yığmamız da çox iddialıdır, inşallah, onlar da medal qazanacaqlar. Hamımız iddialıyıq. İşimizə konsentrasiya olmuşuq. Başda Faiq Qarayev olmaqla, hamı bir-birinə dəstək verir. Tam bir ailə kimiyik. Qadın və ya kişi komandamızın fərqi yoxdur. Biz onlara, onlar da bizə dua edirlər. Qadınlardan ibarət yığmamızın son matçını bütün milli komanda olaraq, nəfəs-nəfəsə seyr etdik. Avropa çempionatının pley-off mərhələsində Slovakiya ilə oyunda “Qızıl set”də qələbə qazandılar. Sanki futbol oyunu seyr edirdik, qol olan kimi, hamımız sevindik. Qazanılan nəticə ölkə üçündür. Bu, qadın və ya kişi komandası fərq etmir. Biz Azərbaycanı təmsil edirik və bayrağımızın olduğu yerdə ən yaxşı nəticəni qazanmaq lazımdır”.

 

Baş məşqçi Türkiyədə keçdikləri son təlim-məşq toplanışını da dəyərləndirib. Onun sözlərinə görə, yeganə çatışmazlıq oyun təcrübəsidir: “Çünki hər bir voleybolçu 60-70 beynəlxalq oyun keçirdikdən sonra ona təcrübəli deyə bilərik. Yığmamızda isə beləsi yoxdur. Haradasa 15-20 və ya 30 matç keçirənlərdir. Amma bizim qarşıda hələ vaxtımız var”. 

 

Çalışdırıcı komandada yer alan voleybolçularının çoxunun məşqçilik təcrübəsi olmasına da münasibət bildirib. Onun sözlərinə görə, hansısa klubda işləmək oyununa ciddi təsir etmir: “Belə bir deyim var: “Dərzi öz paltarında sökülən yeri təkə bilməz”. Yəni, bir şeyi öyrədə bilərsiz, amma özünüz bunu bacarmaya da bilərsiz. Bu, çox vacib bir şeydir. Həmin voleybolçuların da karyeralarında müəyyən fasilə yaranmışdı. Amma illər sonra yenidən komandaya cəlb etdik. 6 ayda çox dəyişiklik etmək də imkansızdır. Buna baxmayaraq, bacardıqları hər şeyi etməyə çalışırlar. Amma ən təcrübəli voleybolçumuzun belə oyun təcrübəsinin az olması səbəbindən bəzi sıxıntılar yaşayırıq. Bunu aradan qaldırmağa çalışırıq. 2 ay ərzində 9 görüş keçirdik. Avropa Oyunları başa çatdıqdan sonra təlim-məşq toplanışı təşkil edib, 9 qarşılaşmada da gücümüzü yoxlaya bilərik. Bu halda komandanı daha da gücləndirərik. Bunu bir məşqçi olaraq, hiss edirəm. Məsələn, ilk oyunda Sloveniyaya qalib gəldik, son matçımızda isə İsrailə uduzduq. Amma oyunlara nəzər saldıqda, səviyyəmizin çox yüksəldiyini görürük. İsrail çox güclü komandadır, illərdir bir yerdə oynayırlar, çempionatları və 6-7 legionerləri var. Biz onlara 2:3 hesabı ilə məğlub olduğumuz üçün üzülürük. Amma statistikaya nəzər saldıqda 57 səhvimiz var”.

 

B. Karslıoğlu bildirib ki, hazırlığın son mərhələsində statistikaya uyğun məhz səhvləri aradan qaldırmaq üzərində işləyirlər: “Kimin hansı çatışmazlığını gördüyümüz zaman xüsusi məşqlər təşkil edirik. Bununla onların özünəinamlarını qaytarırıq. Həmin voleybolçulara bu səhvləri etməməyi belə əzbərlədirik. Çalışmalarda nə qədər təkrara yol verirsənsə, o qədər də peşəkarlaşırsan. Biz də topla çox işləyib, həmin səhvləri aradan qaldırmağı planlaşdırırıq”.

 

Komandamızın baş məşqçisinin sözlərinə görə, Fərid Cəlalov istisna olmaqla, digər oyunçularda zədə problemi yoxdur: “Fərid diz qapağında çox ciddi bir əməliyyat keçirdi. Bunun ardınca onun oynamasına bir ara verdik. Sonra digər dizində də problem olduğunu gördük və yenidən əməliyyat masasına çıxdı. Hazırda ağrıları olsa da, oynamağa çalışır. Əvvəlki formasına düşməsi üçün zamana ehtiyacı var. Ancaq təcrübəsi bizim üçün böyük əhəmiyyət daşıyır. O, az səhv edən, bizə lazım olan oyunçudur. 1 m tullanmasa da, 70 sm tullanıb, amma topu haraya vurmağı, müdafiədə necə oynamağı bilir. Servisləri də əladır. Bu səbəbdən də biz onu qanının son damlasına kimi oynadacağıq. Ondan başqa, zədəlimiz yoxdur. Xırda zədələr olsa da, həkimimiz və texniki heyətimiz birgə çalışıb, tez bir zamanda bunu aradan qaldırırlar. İnşallah, Avropa Oyunlarına tam hazır heyətlə qatılarıq”.

 

B. Karslıoğu komandanın ailə çevrildiyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, voleybolçuların uzun müddət bir yerdə olmaları dostluq münasibətlərini də möhkəmlədib: “Komandanın düşərgəsində inanılmaz bir ruh yüksəkliyi hökm sürür. 2 aydır həm burada, həm ölkə xaricində təlim-məşq toplanışındayıq. Bir-biri ilə daha çox vaxt keçirdiklərindən hamısı yaxın dosta çevriliblər. Bunda Gənclər və İdman Nazirliyi, Azərbaycan Voleybol Federasiyasının da əməyi böyükdür. Onların komandamız üçün təşkil etdiyi hazırlıq sayəsində yumruq kimi birləşmişik və Avropa Oyunlarında da bunun bəhrəsini görəcəyik”.

 

Türkiyəli mütəxəssisin sözlərinə görə, Avropa Oyunlarının ilk dəfə keçirildiyi üçün hamıya maraqlıdır. O bildirib ki, ölkə xaricində olduqda bu yarışla bağlı dəfələrlə ona müraciət ediblər: “Xüsusilə Türkiyədə Avropa Oyunları barədə soruşurlar. Hətta Macarıstanda olarkən, slovakiyalılar da bu yarışla maraqlandılar. “Azərbaycanda bizi necə bir yarış, necə bir həyat və ya necə təşkilatçılıq gözləyir” deyirlər. Mən də “Yay Olimpiya Oyunlarında olmusuzmu?” sualını verirəm. Onların “Bəli” cavabında, “Ondan da gözəl bir təşkilatçılıq sizi gözləyir” deyirəm. Həqiqətən də çox əla bir təşkilatçılıq var. Bu təşkilatçılıq və ölkənin tanıdılması gözəldir. Amma mənim fikrimə gəldikdə, Azərbaycan hökuməti idmançılar, klublar və ölkə üçün bir gələcək qurur. Bu, çox mükəmməl bir hadisədir. Yəni, inşa olunan idman obyektləri hər zaman istifadə ediləcək. Orada gənc nəsil yetişəcək. Bu zaman isə məşqçilərin də üzərinə böyük iş düşəcək. Xüsusilə, kiçik yaşdan idmana gələnlər üçün təkcə bu növü deyil, həyatı, peşəkarlığı, bir sözlə hər şeyi öyrətmək lazımdır. Rio Olimpiadası öncəsi Avropa Oyunlarında komandalarımızın son gücləri də görünəcək. Bu yarış sayəsində gələcəkdə daha da böyük turnirləri qəbul etmək şansımız olacaq”.

 

B. Karslıoğlu Avropa Oyunları üçün formalaşan komandamızın 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında medallar uğrunda mübarizə aparacağına da inam ifadə edib: “Bəli, bu yarış da ölkəmizdə keçiriləcək. Biz artıq lazımı təməli atmışıq. İnşallah, həmin vaxt kimi heyətimizi gücləndirib, gəncləri komandaya cəlb edib, daha böyük heyət formalaşdırarıq. Onlarla birgə məşq edib, turnirlər keçirmək, sonra statistikaya baxıb, ən güclülərlə yarışa qatılmaq daha gözəl olacaq”.

 

Sonda azarkeşlərə səslənən B. Karslıoğlu onları “7-ci voleybolçu” kimi görmək istəyini də gizlətməyib: “Oyunlarda azarkeşlərə çox böyük iş düşəcək. Çünki biz ölkəmizdə oynayırıq. Məsələn, Türkiyədə tərəfdarlar futbolda 12-ci, voleybolda 7-ci oyunçudur. İnanın voleybolçu olduğum vaxt bəzən səfərdə oynadıqda, həmin azarkeşlərə görə meydandan məğlub ayrılardıq. Amma doğma divarlar arasında da öz tərəfdarlarımızla qalib gəlirdik. Avropa Oyunlarında da tamaşaçıların çox böyük köməyi olacaq. Amma idmançılara dəstəklə yanaşı, onların öz övladlarına bunu aşılaması üçün də əhəmiyyətlidir. Oyunlar zamanı hər idman növünə bir dəfə də olsa getmək lazımdır. Həyat idmanla çox gözəldir. Mustafa Kamal Atatürkün bir devizi var: “Mən idmançının zəki, çevik, eyni zamanda əxlaqlısını sevərəm”. Hamı idmanla nəfəs almalıdır. Məsələn, Serbiya kiçik bir ölkədir. Amma onların yetişdiyinə baxın. Voleybol, basketbol, tennis, futbol və hər bir idman növündə adından söz etdirirlər. Səbəb nədir? Çünki maraq çox yüksəkdir. Fikrimcə, biz, ya digər komandalarımız da yaxşı nəticələr göstərdikcə, azarkeşlər gələcəklər. Tərəfdarlar gəldikcə, bir-birinə anladacaqlar və beləcə kütləviləşmə daha da artacaq”.

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website