24.11.2008 / 13:31 xeber –
Ötən gün Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 19:01 radələrində Azadlıq prospektində 1977-ci il təvəllüdlü Məmmədəli Yəhya oğlu Quliyev idarə etdiyi “Mercedes” markalı 10-VF-385 dövlət nömrə nişanlı maşınla şəxsiyyəti məlum olmayan, təxminən 65-70 yaşlarında olan naməlum kişini vurub.
Piyada xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Şəhriyar ƏLİZADƏ
Mənbə : Lent.az
Şərh yaz.