Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Korrupsiyanın kökünü kəsəcəyik, heç kimə güzəşt olmayacaq” – Mikayıl Cabbarov hədəflərini açıqladı

“Korrupsiyanın kökünü kəsəcəyik, heç kimə güzəşt olmayacaq” – Mikayıl Cabbarov hədəflərini açıqladı

14/02/2018

13:29




“Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib,bu ödəmələrin həcmi ilbəil artırılıb
Bu gün Vergilər Nazirliyi Bakıda “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, ictimayyə nümayəndələrinin, deputatların və digərlərinin iştirakı ilə konfrans keçirir. Konfrans Mikayıl Cabbarovun nazir təyin edilməsindən və Vergilər Nazirliyində aparılmış kütləvi kadr dəyişiklərindən sonra yeni vergi siyasətinin müəyyənləşdirilməsi, vergiyığma sahəsində şəffaflığın artırılması yolları barədə müzakirələr aparmaq məqsədi daşıyıb.

Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmətlərin sayını artıracaq
Vergilər naziri Mikayıl Cabbarov “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda çıxışı zamanı bildirib ki, 2018-ci ildə Vergilər Nazirliyi öz hədəfini iki istiqamətdə görür. “APA-Economics” xəbər verir ki,nazir deyib: “İlk növbədə Vergilər Nazirliyi “Dövlət büdcəsi haqqında” qanunla nəzərdə tutulan öhdəliklərin tam icrasını təmin etməyə çalışacaq.
İkincisi isə nazirlik üçün əsas məqsəd 2018-ci ildə bütün vergi ödəyiciləri ilə sağlam təməldə və qanunun aliliyinə əsaslanan münasibətlərin qurulmasını təmin etməkdir. Bunun üçün Vergilər Nazirliyi vergi ödəyicisinə xidmət anlayışını daha da genişləndirəcək. Burada mövcud olan xidmətlərə bir sıra əlavələr olacaq. Bu xidmətlərin əsas məqsədi sahibkarlara öz fəaliyyətində zəruri olan uyğunlaşdırmaları həyata keçirmək üçün ehtiyac olduğu təqdirdə bu işlərdə onlara dəstək olmaqdır. Düşünürəm ki, bu, əsasən kiçik və orta biznes üçün xüsusilə vacibdir. Çünki, böyük şirkətlərin, dövlət şirkətlərinin kifayət qədər resursları mövcuddur. Onlar bu işləri peşəkar şəkildə özləri həyata keçirir. Lakin lazım olduğu halda kiçik vergi ödəyicilərinə bu dəstək göstəriləcək. Biz bu işdə əlaqəli olan təşkilatlarımızla yaxından çalışmağı planlaşdırırıq”.
“Azərbaycanda stimullaşdırıcı vergi siyasətinə keçiləcək
Mikayıl Cabbarovun sözlərinə görə, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək: “Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq.
Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni, ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərək Vergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq. Burada pul, iqtisadi, monetar siyasət, iqtisadi mübahisələrə ədalətli baxılması və digər əhəmiyyətli təsir göstərən amillər nəzərə alınır”.

“Vergilər Nazirliyi yoxlamaların sayını azaldacaq”
Mikayıl Cabbarov bildirib ki, vergi yoxlamalarının kəmiyyətinin deyil, keyfiyyətini artırmalıyıq: “Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir”.

“Vergi ödəyicilərindən artıq ödəmələr tələb edilib”
Mikayıl Cabbarov Vergilər Nazirliyinin fəaliyyətində müsbət və mənfi məqamları açıqlayıb. O, Vergilər Nazirliyinin mövcud fəaliyyətinin qiymətləndirilməsi və gələcək strategiyası haqqında danışarkən deyib ki, qurum öz inkişafında böyük yol keçib: “Bu yolun həm müsbət, həm də mənfi səhifələri olub. Müsbət səhifələr kimi qeyd etmək olar ki, vergi orqanlarının fəaliyyəti tam avtomatlaşdırılıb, vergi öhdəliklərinin bütün tarixcəsini özündə əks etdirən vahid informasiya sistemi yaradılıb, vergi ödəyicilərinə göstərilən xidmətlər mütərəqqi prinsiplər əsasında qurularaq əksəriyyəti elektronlaşdırılıb. “Çağrı Mərkəzi”, “Bir pəncərə” sisteminin əsası bu nazirlikdə qoyulub”.

Nazir Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamlara da aydınlıq gətirib:“Mənfi səhifələrə gəldikdə bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla – dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir”.
“Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik”
Mikayıl Cabbarovun sözlərinə görə, qarşıda duran hədəf və məqsədlərin həyata keçirilməsində aparıcı qüvvə məhz analitik düşüncəyə, müvafiq bilik və bacarıqlara sahib olan insan resurslarıdır: “Vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolunun artırılması şübhəsiz ki, Vergilər Nazirliyinin insan resurslarına, kadrların peşəkarlığına tələbləri artırır”. .

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsi, barəsində şikayətlər daxil olan vergi məmurları haqqında ölçülərin götürülməsi, peşəkarların irəli çəkilməsi ilə bağlı artıq müvafiq addımlara başlanılıb.
“Vergi sistemində kifayət qədər peşəkar kadrlar mövcuddur və orta menecment sistemi yeni baxışlara malik menecer qrupları ilə komplektləşdiriləcək. Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”, deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: “Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apellyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq”.

“Vergi işçiləri vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görməlidir”
Vergilər naziri Mikayıl Cabbarov deyib Kİ, Vicdanlı vergi ödəyicisi ilə qeyri-vicdanlı davranan ödəyici arasında fərq qoyulmalıdır. Onun sözlərinə görə, vicdanlı vergi ödəyicisinin səhv etməyə haqqı var: “Vergi orqanının vəzifəsi bu səhvin baş vermə anını gözləmək deyil, onun bütün vasitələrlə qarşısını almaqdır. Belə yanaşma “vergi ödəyicisinə göstərilən xidmətlər” anlayışına yenidən baxılmasını və genişləndirilməsini tələb edir. O biznesin təsis edilməsi və aparılmasına dəstək göstərilməsini də əhatə etməlidir. Vergilər Nazirliyi düzgün vergi planlaşdırılması ilə vergidən yayınmanı fərqləndirə bilir. Birinci müsbət qarşılanırsa, ikincisini cinayət sayırıq və onun cəzasının qaçılmaz olduğunu təmin etmək üçün əlimizdən gələni edəcəyik”.
Nazir qeyd edib ki, bu gün Vergilər Nazirliyi vergi ödəyicilərinə vergi toplanmasından könüllü vergi ödənilməsinə keçidi təklif edir. “Bu vergi orqanı ilə vergi ödəyicisi arasında sağlam münasibətlərinin olduğunu əks etdirməklə bir sıra istiqamətlərdə də öz pozitiv effektini verəcək və cəmiyyətdə sahibkarın rolunun və nüfuzunun artırılmasına xidmət edəcək. Biz vergi uçotunun bərpası ilə məşğul olacağıq. İzahat işi aparacağıq ki, qanuna riayət etməklə yaşamaq daha sərfəli və şərəflidir, nəinki qanunu pozmaqla yaşamaq. Vergi işçilərinin yeni nəslini öyrədib tərbiyə edəcəyik ki, onlar vergi ödəyicisinə baxanda qurban deyil, vətəndaş və partnyor görsünlər. Hansının ki, vəzifələri ilə yanaşı hüquqları da var. Hansı ki, qəbul etdiyi qərarlara görə məsuliyyət daşımalıdır”, – deyə M.Cabbarov vurğulayıb.

“Xarici şirkətlərin vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur”
Nazir qeyd edib ki, prezident İlham Əliyevin apardığı siyasət Cənubi Qafqaz regionunda Azərbaycanın liderliyini təmin edir: “Lakin biz nəzərə almalıyıq ki, regionun digər dövlətləri xarici və Azərbaycan investorlarının sərmayələrinin cəlb edilməsi uğrunda rəqabət aparırlar, xüsusilə bu qeyri-neft sektoruna aiddir. Sahibkardan qanuna riayət olunmasını tələb etmək üçün Vergilər Nazirliyinin onunla münasibətdə fəaliyyəti sui-istifadə hallarının istisna edilməsi prinsipi üzərində qurulmalıdır. Təbii ki, qanuna riayət etməyən və yaxud maraqlarına uyğun gələndə qanunu yada salan vergi ödəyicisi bizdən heç bir güzəşt gözləməməlidir. Tanınmış yerli və xarici şirkətlərin də qanunvericilikdə olan boşluqlardan və ya vergi orqanlarda informasiyanın olmamasından istifadə edərək, vergidən yayınma hallarına yol verdikləri bizə məlumdur. Bu şirkətlər vergi yayınma yollarını yaxşı bilən təcrübəli vergi məsləhətçilərini də işə götürə bilər və maraqlarını müdafiə edə bilən bahalı və bacarıqlı hüquqşünasları da işə cəlb edə bilərlər. Bugün yalnız onu deyə bilərəm ki biz bu hallar barədə məlumatlıyıq, biz tez öyrənirik və belə davranış davam edəcəyi təqdirdə bir gün vergi müfəttişinin sizin qapını döyməsinə hazır olun.

Əgər Siz hesab edirsiniz ki mən mübaliğə edirəm, yadınıza salın nə qədər şirkət tanıyırsınız ki, göstərdiyi xidmətin ödənişini xaricdə alır, nə qədər işçi tanıyırsınız ki, aldıqları əməkhaqqı rəsmiyyətə salınmayıb, getdiyiniz neçə supermarket və ictimai iaşə obyekti var ki, müştərilərinə fiskal kassa çekini vermir. Dövlətin, vətəndaşın və sahibkarın maraqları bir-birinə uyğun gəlməlidir. Qanunu eyni cür və bütün vergi ödəyicilərinə tətbiq etmədən qanunçuluğa əməl edilməsini və iqtisadiyyatının inkişafını təmin etmək mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bazarın ayrı-ayrı iştirakçılarına seçmə yolu ilə verilən hətta ən kiçik güzəştlər bütün iqtisadiyyatın rəqabətliliyinə təsir göstərir və işğuzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Məhz buna görə bazar iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsi təkcə vergilər naziri və vergi işçiləri üçün deyil, hər bir vətəndaş üçün vacib olmalıdır. Məhz buna görə hər bir xərclədiyimiz manat leqal iqtisadiyyatda dövriyyə etməlidir”.

“Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi…”
Konfransda çıxış edənlərdən biri, deputat Ziyad Səmədzadə deyib ki, o dünyada iki şeyə çarə olmadığına bir daha əmin olub: vergiyə və ölümə.
Deputatın sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: “Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.
Ziyad Səmədzadə deyib ki, hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8%, vergi daxilolmalarında isə bu 4-5%-dir. O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: “Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18%, digər yerdə isə 2%-dir”.
Milli Məclisin komitə sədri Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltmasını müsbət qarşıladıqlarını da deyib: “Uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq. Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın”.

“ƏDV differensiallaşdırılsın, sadələşdirilmiş vergi ödəyicisi hüququ üçün dövriyyə həddi artırılsın”
Deputat Vahid Əhmədov isə bildirib ki, yeni vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. O, yeni Vergi Məcəlləsinin qəbul edilməsinə çağırıb: “ Vergi Məcəlləsi 2000-ci ildə qəbul edilib, bunun üzərindən 17 il keçir, dünya dəyişir. Təklif edirəm ki, Vergilər Nazirliyi yeni məcəllə hazırlayıb parlamentə təqdim etsin. Əhalinin Bakıya axınının qarşısını almaq üçün gərək yerli vergilər daha çox yerli qurumlara ödənilsin. Sadələşdirilmiş verginin miqdarı 200 min manatdır, amma artıq manat devalvasiya uğrayıb. Bu məbləğə yenidən baxış keçirilməlidir. Əlavə dəyər vergisi niyə bütün məhsullar üçün 18 faizdir? Avropada elə məhsul var 5, elə məhsul var əlavə dəyər vergisi 30 faizdir. Bu rəqəm də differensiallaşdırılmalıdır”.

“Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki…”

Vahid Əhmədov xatırladıb ki, yoxlamalar prezident tərəfindən dayandırılsa da, Vergilər Nazirliyinə yoxlama icazəsi verilib. Və yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.

Millət vəkili bildirib ki, Hesablama Palatasının rəyində bununla bağlı nöqsanlar olduğu da göstərilib. “Vergi yoxlamaları ilə bağlı da Vergi Məcəlləsinə dəyişiklik edilməlidir. Vergi Məcəlləsinə edilən dəyişikliklə vergi yoxlamaları zamanı vergi ödəyicisinin işgüzar nüfuzuna xələl gəlməməsinə xüsusi diqqət yetirməlidir. Bundan başqa, elektron qaimə fakturası məsələsində də ciddi problemlər var. Son vaxtlar vergilər nazirinin tələbləri ilə sənədləşməyə çox ciddi diqqət yetirilir. Hesab edirəm ki, sənəd məsələsini birdəfəlik ləğv etmək qeyri-mümkündür. Lakin sənəddən başlamış istehlakçıya qədər bütün məsələlər şəffaf olmalıdır. Xahiş edirəm ki, nazirlik sənədləşmə işində ehtiyatlı olsun ki, sahibkarlar da əziyyət çəkməsin. Eyni zamanda, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətə uyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm”-deputat bildirib.




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.










MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android

Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website