Azerbaycan Respublikasi Elmi Tedqiqatlarin Elaqelendirilmesi Surasi yaradilib

[r32]

20 Fevral, 2018  23:07 xeber – Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb.
“Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Şuranın sədri təyin edilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev onun müavini təyin olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Dilqəm Tağıyev, Milli Aviasiya Akademiyasının rektoru, akademik, Arif Paşayev, Milli Elmlər Akademiyasının akademik-katibi, akademik Rasim Əliquliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb elmləri Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Şuranın üzvləri rəyin ediliblər.  

mənbə :
Report.az