Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma…” – Qatilin etirafları

“Ziya Bünyadovun əvəzinə bir müxalifət liderini öldürəcəkdik, amma…” – Qatilin etirafları

22/02/2018

12:22




Ömürlük məhbus Nizami Nağıyev: “İndi belə düşünürəm ki, Heydər Əliyevdən küskün olublar, ona inamsızlıq yaratmaq istəyiblər”
1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib. Akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında görüşüb müsahibə almışıq.

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

III HİSSƏ

“Qalib 7-ci şöbənin əməkdaşı idi”
– Həmin vaxt artıq imkanlarınız da böyümüşdü?

– O vaxt artıq özümə “06″ almışdım, həyətimdəki tövlədə Qala cinsindən olan 100 baş qoyun vardı, parnikdə xiyar-pomidor əkirdim. Yəni özümün iş-gücüm də vardı. Adam tutmuşdum qoyunları otlağa aparırdı. Mənim problemim yox idi. Bu tərəfdən də ticarətdən də pul gəlirdi. Məndən başqa Tariyeldə də ”06″, Cavanşirdə “09″ vardı.

– İş materiallarında var ki, izləmə zamanı qara rəngli “Qaz-24″-dən istifadə edilib. Həmin maşın kimin idi?

– Qalib həmin maşını haradan gətirmişdi, bilmirəm.

– Qalib Babayev sizə nə vaxt qoşulmuşdu?

– Biz Həccdən qayıdandan sonra Qalibi Cavanşir gətirib bizə qoşmuşdu.

– Qətlin üstü açılandan sonra xəbər vardı ki, Qalib hüquq-mühafizə orqanlarının işçisi olub. Bu doğru xəbər idi?

– Qalib 7-ci şöbənin əməkdaşı idi. Bunu mən Xətaidə işləyəndə bilmişdim. Tutulandan sonra istintaqda bildim ki, onu polisə Tariyel KQB-də işləyən bir mayorun əli ilə düzəldib. Bu işlər çox məxfi aparılırdı. Mənim onlardan, onların məndən xəbərləri olmurdu.

– Dəstədə neçə nəfər idiz?

– 5 nəfər idik. Tariyel, Cavanşir, Qalib, Mahir və mən. Hər şey çox məxfi idi. Planlar vardı ki, gələcəkdə dəstəni böyüdək. Hərəmizin xətti ilə 2-3 nəfər cəlb edəcəkdik. Tutulandan sonra məhkəmədə bildim ki, Cavanşir Lənkərandan Xanları, Maarif Əliyevi cəlb eləyib. Tariyel bizim hamımızı kənar saxlayırdı. Ağlımıza belə gəlməzdi ki, biz kimisə öldürəcəyik.

– O günlərdə nə düşünürdüz?

– Fikirləşirdik ki, bizi vəzifələrə getmək üçün hazırlayırlar, böyüyüb vəzifələrdə oturacağıq. Həmin vaxt artıq bilirdim ki, Qalib polisdədir. O, forma geyinmirdi. Mülki geyimdə gəzirdi. İşə çıxanda ona vəsiqəni verirdilər. İşdən çıxanda vəsiqəni təhvil verirdi. 1-2 dəfə yanıma anbara pul üçün gəlmişdi. Ona dedim ki, vergidən gəlib-gedənlər var. O da mənə vəsiqəsini açıb göstərmişdi, bilmişdim ki, 7-ci şöbənin əməkdaşıdır, həm də oxuyurdu. Deyirdi ki, bizə “naloq” nə edəcək, vəsiqəni gözünə soxaram. O vaxtlar proqram üzrə inkişaf edəcəyimiz düşünürdük, parlamentə düşəcəyimizi fikirləşirdik. Bu gün FETO-çular var, biz də təxminən elə bir dəstə idik. Silahı da özümüzü müdafiə etmək üçün əldə etdiyimizi düşünürdük. Tariyelin planları belə idi.

“Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb”
– Tariyel Ramazanov həmin günlərdə Milli Elmlər Akademiyasındakı işinə gedib gəlirdi?

– Yox. Ticarətə başlayandan sonra işdən çıxmışdı. Sırf ticarətlə məşğul idi. 1997-ci ilin yanvarında Nəsrullah gəldi. O da uzun vaxt idi ki, yox idi. Bəlkə Tariyellə əlaqəsi vardı, bunu biz bilmirdik. “20 Yanvar” metrosunun yanında ev tutmuşduq, orada yığışdıq. Cavanşir, Qalib, Mahir, Tariyel və mən o evə getdik. Nəsrullah ilə Tariyel orada idi. Söhbətdən belə başa düşdük ki, Nəsrullah Tariyelə danışıb, o da bizə onun fikirlərini çatdırır. Tariyel dedi ki, bir Aydın adlı şəxs var, yoldaşı da yəhudidir. Aydın alimdir, bir kitab yazıb, kitabda peyğəmbəri aşağılayıb.

– Aranızdan bir sual edən oldu ki, nə kitabdır, adı nədir, kitabda konkret olaraq nə yazılıb?

– Yox, kim idi sual verən? Tariyelə özümüz kimi inanırdıq. Əsgərlikdə necə ki, komandir nə dedi müzakirəsiz icra edilir, sonra söhbət olur, bizdə də həmin nizam-intizam vardı. Dedi ki, Aydının yoldaşı yəhudidir, özü İslam dininin düşmənidir. Azərbaycanda İslam dininə qarşı pis hərəkətlər edir, qabağını alır, çox pis hərəkətlər edir, “KQB” agentidir. Fikirləşirdim ki, yəqin Tariyel adamı elə-belə tanımır, yəqin dədəsi də evdə nəsə danışıb. Tariyel Moskvada universitet qurtarmışdı. Deyirdi Aydın sionistdir, Massonun yekəsidir, bunu mütləq cəzalandırmalıyıq. Bu söhbət oldu, dağılışdıq. Başqa söhbət olmadı. Yanvar ayının axırında bir daha toplaşdıq, bu dəfə plan cızıldı.

– Nəsrullah harada yaşayırdı, harada işləyirdi?

– Bilmirdik. O, haradansa peyda olurdu və elə də itirdi.

İş yerinizə gəlirdi?

– 1 dəfə anbara gəldi baxdı, getdi. Özlərini çox ehtiyatlı aparırdılar. O vaxt belə şeylərə elə də əhəmiyyət vermirdik. Nə deyirdilər, “urra” deyib hücum edirdik.

– Həmin gün plan nədən ibarət oldu?

– Plana görə, Qalib Aydını güdməli idi. Onun marşrutlarını öyrənməli idi. Tariyel ona məlumatlar verməli idi. Cavanşirə tapşırıldı ki, 2 oğurluq pasport tapır. Həmin pasportlarla telefon, peycerlər alır, bir də fin bıçağı tapır. Mahirə də tapşırdılar ki, 1-2 kurtka, krassovka, papaq, əlcək alıb təşkil edir. Mənə də dedi ki, bıçaqla Aydını vuracaqsan. Həmin gün mənə dedilər ki, get otur evində, şəhərə tərəf gəlmə. Səni çağırsaq gələrsən. Mən də çıxıb getdim Ramanaya.

“Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı”
– Evdə soruşan olmurdu ki, günlərlə harada olursan?

– Bilirdilər ki, alverlə məşğulam. Evə serviz, dəst qazanlar daşıyıb aparırdım. Bacı-qardaşa, qohum-əqrəbaya pay verirdim. Tonlarla un vurub gətirmişdik, atam Xırdalanda “Aqroprom”un sədri ilə danışmışdı. 20 ton un vermişdik. Hamı bilirdi ki, ticarətlə məşğuluq. Günlərin birində çağırdılar ki, Rusiyaya getməlisən, adam tap, oradan taxta-şalban vuracaqsan. Özümə bir yol yoldaşı tapmağımı da tapşırdılar. Aydın adlı Ramana kəndində yaşayan bir oğlanı tanıyırdım. Uzun illər Moskvada yaşamışdı. Dedim onunla danışaram. Belə də elədim. Aydın razılaşdı, dedi ki, gedək Çelyabinskdən taxta-şalban vuraq, adam tanıyıram. Tariyel də öz qonşularından Tahir adlı bir oğlanı bizə qoşdu. O da buxalteriya işlərini görməli idi… Qətldən sonra başa düşdüm ki, bütün bunlar mənim Rusiyada olmağımla bağlı fikir formalaşdırmağa yönələn addımlar olub. Tariyel dedi ki, Rusiyadan 20 gündən tez qayıtma. Anbardan müxtəlif məhsullardan nümunələr də götürüb getdik Rusiyaya. Orada müxtəlif şirkətlərə İran məhsulları olan tomat, turşular, makaron, vermeşel, şokalad nümunələri göstərib belə məhsullar satdığımızı deyib müştəri axtarırdıq. Çelyabinskdə taxta-şalban məsələsini detallı danışdıq, Tolyattidə bank tapdıq, şəmkirlilər işlədirdi. Taxta-şalbanın pulunu ora köçürəcəkdik. Elə bilirdim ki, taxta-şalbanı daşıyıb aparacağıq. Gələndən sonra Tariyelə dedim ki, hər şey hazırdır, pulu köçürək, taxta-şalban gələcək. Dedi ki, işinlə məşğul ol, bizə lazım idi ki, sən 20 gün burada olmayasan. Nəsrullah da gəldi çıxdı. O da Tariyelin sözünü dedi. Aydın da məni kənddə harada görürdü, deyirdi ki, nə oldu, taxta-şalban üçün nə vaxt gedirik? Deyirdim ki, hələ pul yoxdur. 1997-ci il fevralın əvvəli idi, hadisədən 7-8 gün əvvəl olardı. Tariyel maşını ilə məni Ziya Bünyadovun yaşadığı binaya apardı. Orada binanın giriş çıxışı, maşını harada saxlayacağını dedi.

“Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq”

Ora başqa kim getmişdi?

-Cavanşir, Tariyel, Nəsrullah və mən getmişdik. Cavanşir maşından düşməmişdi. Şəhidlər Xiyabanı istiqamətindən piyada gəlib binaların qabağından keçib Ziya Bünyadovun yaşadığı binanın qabağına çatdıq. Bloku göstərdilər. Çıxanda hansı istiqamətə qaçacağımı, maşının harada dayanıb gözləyəcəyini göstərdilər. İndiyə qədər yadımdadır, orada binanın yanında “ploşadka” vardı, dedi maşın orada dayanacaq. Bundan sonra dedilər ki, get evə, çağıracağıq. Bir gün çağırdılar. Dedilər ki, gedirik. Qalib, Cavanşir, Tariyel və mən getdik. Mahir bu işlərdən kənar idi. Cavan idi deyə onu kənar saxlayırdıq. Ona kurtka, ayaqqabı, papaq, əlcək aldırmışdıq. Qaliblə mən bir maşında, Tariyellə Cavanşir bir maşında getdik. Tariyelin “06″da biz getdik, ”09″la da onlar gəldilər.

– Silahlı idiz?

– Cavanşir bıçaq almışdı. Bıçağı Tariyel Nəsrullaha göstərdi. Nəsrullah bıçağa əlini vurmadı. Tariyel ona dedi ki, qorxursan əlinin izi düşər? Bizim ən böyük səhvimiz orada başladı. Bunu orada qovmalı idik. Qovmadıq. Yəni sən qorxundan əlini bıçağa vurmursan, bizi də gör hara göndərirsən?

– Başqa söz deyən olmadı ona?

– Yox, Tariyel dedi. O, bir barmağının ucunu bıçağın tiyəsinə, o birini də bıçağın tutacağına dirəyib qaldırdı, baxdı, stolun üstünə atdı. Bıçağın ümumi görünüşünə, formasına baxdı. Əldəqayırma iri bıçaq idi. Peycerlər, telefonlar da hazır idi. Peycerlər əvvəldən var idi, onlarla əlaqə saxlayırdıq. Məsələn, yazırdı ki, gəlin şəhərə. Və ya gəlin bağa. Yəni aldığımız konspirativ evə. Yazırdı ki, bu gün Aydınla məşğul olacağıq.

4-cü HİSSƏ

Blokda qadınların olması qatilə cinayəti törətməyə mane olub

– Hadisə yerinə gedəndən sonra nə baş verdi?

– Qətli 2-3 gün əvvəl törətməli idik. Qalib binanın tinində dayandı. Tariyelgil də kənarda dayanıb onun gəlməsi haqda telefonla Qalibə məlumat verməli idilər. Mən maşından düşüb gedib bloka girdim. Gördüm ki, orada 2 qadın dayanıb söhbət edir. Çıxdım, gördüm həyətdə də adamlar var. Qalib də dedi ki, gəl gedək. Başa düşdük ki, alınmayacaq, qayıdıb getdik. Son 4 günü hər gün səhərlər konspirativ evə yığışırdıq. Fevralın 20-də də yığışdıq, bir də danışdıq, dağılışdıq.

– Orada televizor vardı?

– Yox, yox idi. Olsa da kim idi televizora baxan? Heç evdə də baxmırdım. Ramanada heç fərli işıq var idi ki, televizora da baxaq?

“Onun adını ilk gündən bizə Aydın deyirdilər”
– Yəni həmin illərdə Ziya Bünyadovun çıxışlarını televizorda ara-sıra verirdilər. O, xalqın adamı idi, xalqın içində olurdu. Onu ən azı televizordan baxıb tanıya bilərdiz. Parlamentdə odlu-alovlı çıxış edən deputatlardan idi

– Onun barəsində heç eşitməmişdim. Sovet İttifaqı Qəhrəmanı, deputat, akademik olmasını bilmirdim. Evdə tapılmırdım axı televizora da baxım. Qəzet də oxumurdum ki, belə bir adamın olmasını bilim. Evə gedəndə də tövləyə girib heyvanlarla, parniklə məşğul olurdum. Çox vaxt Türkiyəyə, Rusiyaya gedirdim. Evdə tapılmırdım. Bütün bu işləri Tariyel bilirdi. Elə demişdilər ki, alimdir, İslam dininə qarşıdır. Mənə onun kimliyi haqda axıra yaxın demişdilər. Onun adını ilk gündən bizə Aydın deyirdilər.

Neçə yaşınız vardı dəstəyə qoşulanda?

– 28 yaşında qoşuldum, 33 yaşımda da bu hadisə baş verdi. O vaxt heç ağlıma da gəlməzdi ki, belə bir hadisə ola bilər. İçimdə o qədər inam var idi ki, ay cənnətə gedəcəyik, kafirləri qıracağıq.

– Sizlərə bunları təlimlərdə aşılamışdılar?

– Hə, “zampolit” kimi biri gəlirdi. “Zampolit” deyildi, molla idi, o, dindən elə danışırdı ki, təsir altına düşürdük. Kor-koranə din təəssübkeşi olmuşduq. Hədislər, rəvayətlər danışırdı, deyirdi ki, kafirləri öldürmək lazımdır. Kafirlərə nifrət yaradırdı, əsasən də sionist, masson söhbətləri eləyirdi. Nifrət, nifrət, yenə də nifrət oyadırdılar. Biz də cahil adamlar idik.

Nizami Nağıyev söhbətin bu yerində kövrəlir, səsi boğulur. Doluxsunan gözlərini kənara çevirib zorla eşidiləcək səslə deyir ki, gec də olsa hansı bir əməlin altına imza atdığını anlayıb. Həbsə düşəndən sonra Ziya Bünyadovla bağlı qəzetlərdə, jurnallarda yazılanları oxuyub, onun barəsindəki verilişlərə baxıb:

– Bizə tamam başqa bir adam təsvir etmişdilər. Deyirdilər adı Aydındır, özü də alimdir. Bizə hadisəni törətməyimizdən 2 gün əvvəl onun əsl adını dedilər. Dedilər ki, adı Ziyadır, familiyası Bünyadovdur. Amma onda da bilmədik ki, Ziya Bünyadov sıradan bir alim, akademik deyil. Bizə deyirdilər ki, onun həyat yoldaşı yəhudidir. Burada bildim ki, bunlar yalanmış, Ziya Bünyadovun yoldaşı Tahirə xanım Yusif Vəzir Çəmənzəminlinin qohumudur. Tariyel bizi aldadıb. Onun özünün dayısı arvadı cuhud idi, özü gedib “cuhud”un bişirdiyi yeməyi yeyir, onun evində qalırdı. Əslində belə götürəndə bizimlə “cuhud”lar da əmioğluyuq. İbrahim əleyhissalamın dayılarıdır. Biz İsmayıl əleyhissalamın balalarıyıq. Əmiuşaqlarımızdırlar. Hər millətin yaxşısı da, pisi də var.

Dəstə başçısının əvvəlcə bir müxalifət liderini öldürmək planı olubmuş…
– Ziya Bünyadovu öldürməklə nəyə nail olmaq istəyirdilər? Bu haqda düşünmüsüz?

– İndi belə düşünürəm ki, Heydər Əliyevdən küskün olublar, ona inamsızlıq yaratmaq istəyiblər. Ölkədə çaxnaşma yaratmaq istəyiblər. Başqa nə ola bilər? Oturublar, seçiblər. Sonradan Tariyeldən eşitmişdim ki, əvvəlcə bir müxalifət liderini də aradan götürmək planı olub. Amma düşünüblər ki, bunu eləsək, küçəyə heç kim çıxmayacaq. Sonradan baxıblar ki, Ziya Bünyadovun cəmiyyətdə nüfuzu daha çoxdur. Çirkin məqsəd onların idi, bizim saf niyyətimizdən istifadə etdilər.

– Saf niyyət nəyə deyirsiz?

– Bizə kafir birinə qarşı çıxacağımızı deyirdilər. Burada da hərdən rast gəlirik. Öz dədəsinə kafir deyənlər var. Səbəbini soruşursan, cavab verir ki, namaz qılmır. Deyirəm ki, dədən Allahı tanıyır, deyir tanıyır, peyğəmbəri tanıyır, deyir tanıyır, Quranı tanıyır, deyir tanıyır. Deyirəm ki, namaz qılmır, əcəb eləyir qılmır. Məgər dində məcburiyyət var? Bəqərə surəsində yazılıb – dində heç bir məcburiyyət yoxdur. Kimisə dinə, imana gətirmək istəyirsən, onunla mehriban davran, xoş münasibət göstər. Atana kafir deməklə nəyə nail ola bilərsən? Bizə əvvəl gündən düz yol göstərən olmadı, səhv yola yönləndirdilər. Hər naqisliyin kökündə savadsızlıq dayanır. Cahil olmuşuq. Bisavadlıqdan olub bunlar. Burada böyük alimlərin kitabını oxudum. Heç birində “qonşun namaz qılmırsa, get qonşuna əziyyət ver”, əmri yoxdur. Hər birində “sən get yaxşılıq et” əmri var. Bizdən pis niyyətləri üçün istifadə etdilər, necə lazımdır, elə də istifadə etdilər.

“Mənə bəraət yoxdur. Səhvimi etiraf edirəm”
– Sağlıq durumunuz necədir?

– Ürəyim xəstədir. Heç “voronok”a (dustaq daşınan maşın- E.M.) oturub müalicə müəssisəsinə gedə bilmirəm. Nəfəs alma problemim var. Müalicə olunuram. Deyirlər təzə həbsxana tikilir, orada şərait fərqli olacaq. Bircə istəyim prezidentdəndir. Onun ədalətinə sığınıram. Göydə Allahın, yerdə prezidentin rəhminə sığınıram. Demirəm azadlığa buraxsın, mənə ümid işığı versin. O dövrü siz də yaşamısız. Mənə bəraət yoxdur. Səhvimi etiraf edirəm. Əslində səhv yox, böyük bir günah etmişəm. İnsanı öldürmək ən böyük günahdır, etmişəm. İmkan varsa, ömürlük cəzanı ümid işığı ilə əvəzləyin. Əfv Komissiyasının sədri Ramiz Mehdiyevdən, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov cənablarından, Əfv Komissiyasının üzvlərindən rica edirəm, imkan varsa, ömürlüyü üstümdən götürsünlər. Ziya Bünyadovun qohumlarından üzr istəyirəm. İmkan varsa bağışlasınlar, Tahirə xanımın yolunu getsinlər.

“Tariyel dedi ki, Nəsrullah tələb edir ki, bu işi başa çatdırın”
– İzlədiyiniz şəxsin kimliyini nə vaxt bildiz?

– Axıra yaxın, öldürməzdən 2 gün əvvəl idi. Tariyel dedi ki, Aydın əslində Ziya Bünyadovdur. Ona görə Aydın deyirdik ki, birdən səhv edib haradasa adını çəkərsiz, telefonda söhbət edəndə adını deyərsiz, peycerdə yazarsız. Başladı ki, yoldaşı cuhuddur, sionistdir. Çox sonralar bildim ki, onun yoldaşı Yusif Vəzir Çəmənzəminlinin qohumlarındandır. Bunu 2010-cu ildə bilmişəm. Atam mənim yanıma bura gəldi, söhbət elədi, bildim. Tariyel bizi aldatmışdı. Özünün dayısının həyat yoldaşı cuhud ola-ola bizi aldatmışdı. Hətta özünün də qarışığının olduğunu deyirdi. Sırf azərbaycanlı olmadığını deyirdi. Biz də ona inanırdıq. 1997-ci il fevralın 21-də yenə də yığışdıq. Tariyel dedi ki, Nəsrullah tələb edir ki, bu işi başa çatdırın. Yəni qəti qoymuşdu ki, bu iş başa çatdırılmalıdır, nə edirsiz edin.

– Aranızdan uzaqlaşmaq istəyən olmadı?

– Yox, biz artıq Tariyelə biət etmişdik, onun dediyindən çıxmırdıq. Elə orada idik ki, Mahir də gəlib həmin evə çıxdı. Onu çağıran olmamışdı. Tariyel dedi ki, yaxşı gəlmisən, hava soyuqdur, oturarsan maşında, motoru da söndürməzsən. Birdən motor sönər, işə düşməz. Bunlar Qaliblə gedəcəklər, sən də maşında qalarsan. 2 “Uzi” avtomatı onların maşınına qoyduq, 2 avtomat da bizim maşına qoyduq. Silahları ona görə qoyurduq ki, birdən bizi təqib eləyən olsa atəş açsınlar, bizi yayındıra bilsinlər. İlk dəfə gedəndə üstümüzdə 1 bıçaq vardı. 2-ci dəfə gedənə Qalib səsboğucusu olan tapançanı götürüb qarnının üstünə qayışının altına keçirmişdi. Həmin gün üzü axşamüstünə yaxın əvvəlcə “Teleteatr”a yaxın getdik, gözlədik. Tariyeldən zəng gəldi ki, girin həyətə, gəlir. Tariyelgil parlamentin yanında dayanmışdılar, gəldiyini görmüşdülər. Maşını “ploşadka”da saxladıq, Mahir maşında qalıb motoru söndürmədi…

(ardı var)

Elşən MƏMMƏDƏLİYEV, musavat.com




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.










MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android

Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website