Qahirede yasayis binasi ucub, azi 10 nefer olub

[r32]

23 Fevral, 2018  07:30 xeber – Misirin paytaxtı Qahirədə beşmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 10 nəfər ölüb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli MENA rəsmi informasiya agentliyi məlumat yayıb.
Qahirənin Mülki Müdafiə İdarəsindəki mənbənin bildirdiyinə görə, bina paytaxtın ən sıx məskunlaşmış kasıb rayonlarından olan Manşiat-Nasrdə uçub. O, hazırda dağıntılar altından 10 meyitin çıxarıldığı əlavə edib.

mənbə :
Report.az