Xocali soyqiriminin 26-ci ildonumu Londonda anilib

[r32]

24 Fevral, 2018  06:33 xeber – Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin və London-Azərbaycan Evinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib.
“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinin binasında təşkil edilən mərasimdə Böyük Britaniya Parlamentinin Nümayəndələr və Lordlar Palatasının üzvləri, habelə digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Böyük Britaniya Parlamentinin Nümayəndələr Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Bob Bləkmən, Lordlar Palatasının üzvləri Lord David Evans, Lord Jon Kilkluney, Londonda Azərbaycan Evinin rəhbəri Əli T.Atalar, Aİ-Azərbaycan PƏK-in həmsədri Cavanşir Feyziyev çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının törədilmə səbəbləri, dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən amansızlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışılıb. Tədbir iştirakçıları Xocalı soyqırımının erməni vəhşiliyini ifşa edən tarixi cinayət olduğunu, xalqlarımızın bir daha belə acılar yaşamaması üçün dünya birliyinin bu faciəni soyqırımı aktı kimi birmənalı şəkildə tanımasının vacibliyini bildiriblər.

mənbə :
Report.az