Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Avropa Parlamenti: yeniden Kömür ve Polad Birliyine doğru

Avropa Parlamenti: yeniden Kömür ve Polad Birliyine doğru

09/06/2015

12:10


09.06.2015 / 12:05 xeber –

 

Ayrı-ayrı siyasi dairələrin əlində alətə çevrilən Avropanın qanunverici orqanı müstəqil dövlətlərə qarşı təzyiq vasitəsinə çevrilib

 

Beynəlxalq miqyaslı tədbirlər ərəfəsində Qərb dairələri tərəfindən Azərbaycana qarşı gücdən salma kampaniyasının gücləndirilməsi adət halını alıb. Bunun bariz nümunəsini 2012-ci ildə Bakıda keçirilən “Avroviziya” musiqi yarışması öncəsi daha aydın görmüşük. O zaman bir sıra Qərb dairələri, erməni lobbisi, həm də bu qüvvələrin təsiri altında olan daxilimizdəki “5-ci kolon” Azərbaycanı qaralamaq üçün ən müxtəlif vasitələrə əl atdılar. İndi də eyni vəziyyət 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində yaranıb. Demokratiya, hüquq müdafiəçiliyi pərdəsi altında gizlənən xarici qurumlar, transmilli təşkilatlara bağlı Qərb mediası, həmçinin onların daxilimizdəki uzantıları bu oyunların əhəmiyyətini kiçiltməyə, Azərbaycanı mümkün qədər qara rəngdə təsvir etməyə başlayıblar. Əfsus ki, bəzi hallarda bu prosesə Avropa İttifaqının nüfuzlu qurumlarından sayılan Avropa Parlamentinin bir qrup üzvləri da cəlb edilir. Belə ki, Avropa Parlamenti Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı iyunun 10-da Strasburqda müzakirələr keçirməyi qərarlaşdırıb. Qurumun saytında bu barədə yerləşdirilən məlumata görə, dinləmələr zamanı böyük idman oyunlarının insan haqları müdafiəsi və universal dəyərlərin təbliği istiqamətində rolu müzakirə ediləcək. Bir gün əvvəl isə sözügedən müzakirələrlə bağlı Avropa Parlamenti İnsan haqları komitəsində alt komitə sədri Yelena Valensiano və Mədəniyyət Komitəsinin sədri Silvia Kostanın birgə mətbuat konfransı keçirilib. Müzakirələrin səhəri günü, yəni iyunun 11-də daha bir mətbuat konfransı keçiriləcək, müzakirələr barədə ətraflı məlumat veriləcək. Dinləmələrin mövzusundan da hiss olunur ki, bu “təşkilatçılıq” Azərbaycan ünvanına qarayaxma kampaniyasının tərkib hissəsidir.

 

 

 

Parlamentə çevrilən Kömür və Polad Birliyi

 

Xatırladaq ki, 1952-ci ildə Avropa Kömür və Polad Birliyi kimi yaranmış və 1957-ci il Roma müqaviləsindən sonra özünü Avropa Parlamenti adlandıran qurum əvvəllər avropalılar arasında ciddi orqan kimi qəbul olunmayıb. 1970-ci illərdə Avropa Parlamentinin adı gələndə deyirdilər ki, “öz qoca babanı göndər Avroparlamentdə otursun”. Yalnız 1979-cu ildə vətəndaşlar tərəfindən seçilməyə başlayan Avropa Parlamenti sonrakı illərdə həyata keçirilmiş islahatlar nəticəsində yeni səlahiyyətlər əldə edib və Avropa İttifaqının rəhbər orqanları arasında əsas sözçülərdən birinə çevrilib. Fəaliyyəti dövründə Avropa Parlamenti vahid Avropa ailəsinin, müasir Avropa standartlarının formalaşması və inkişafında mühüm rol oynayıb. Lakin son illər Avropa Parlamentin fəaliyyəti yenidən vətəndaşlar, hətta avroparlamentarilər arşında ciddi fikir ayrılığının yaranmasına səbəb olub.

 

Təzyiq vasitəsi rolunu oynayan sifariş aləti

 

Xüsusilə Martin Şultsun rəhbərliyi dövründə Avroparlamentin Avropa xalqlarının iradəsini ifadə etməli olan ali orqandan ayrı-ayrı siyasi dairələrin və qrupların maraq və mənafeləri naminə fəaliyyət göstərən bir quruma çevrilib. Cənab Şultsun gəncliyində içkiyə meylli olması, alkoqolizmdən ciddi şəkildə əziyyət çəkməsi, bu səbəbdən hətta iş yerindən qovulması kimi xəbərlər onun bioqrafiyasında hamıya məlum olan faktlardır. Bütün bunlar Avroparlament sədrinin siyasətçi kimi atdığı avantürist addımlara, verdiyi bəyanatlara təsirsiz ötüşməyib. Şults 1994-cü ildən Avropa Parlamentinin üzvü, 2012-ci ildən isə qurumun prezidentidir. Bu müddət ərzində o, bir sıra qalmaqallarla yadda qalıb. İtaliyanın keçmiş baş naziri S.Berluskoni haqqında dedikləri, İsrail Knessetindəki çıxışı, Britaniyanın Aİ-dəki rolu haqqında söylədikləri və sair hadisələr hər kəsə məlumdur. M.Şults 2014-cü ildə Avropa Parlamentinin sədri postuna yarışmada Avropa Birləşmiş Solçu Partiyalar Qrupunun namizədi kimi çıxış edən ispaniyalı deputat Pablo İqlesias bildirib ki, “Avropa qurumlarında sadə vətəndaşlar deyil, ayrı-ayrı klanların nümayəndələri təmsil olunublar”. Doğrudan da cənab Şults bəzi Avropa paytaxtlarından gələn sifarişləri gözüyumulu icra etməklə, habelə parlamentdəki azsaylı fraksiyaların səslərini qulaq ardına vurmaqla və onların manevr imkanlarını məhdudlaşdırmaqla özü haqqında “hər şeyə qadir” və “əvəzolunmaz” şəxs rəyi formalaşdırmağa çalışıb. Buna görə də Avroparlament hazırda ayrı-ayrı siyasi dairələrin əlində müstəqil dövlətlərə təzyiq vasitəsi rolunu oynayan sifariş aləti kimi qəbul olunur.

 

 

Vəzifə səlahiyyətlərini aşmaq, riyakarlığa görə tanınmaq

 

M.Şultsun vəzifə səlahiyyətlərindən öz maraqlarına uyğun şəkildə istifadə etdiyinə dair bir çox faktlar mövcuddur. Məsələn, o, 2014-cü ilin aprelində Avropa Parlamenti büdcəyə nəzarət komitəsinin deputatların müzakirəsinə çıxarılacaq hesabatında özünün fəaliyyətini tənqid edən paraqrafı qanunazidd şəkildə sənəddən çıxarıb. Şults Avropa Komissiyasının prezidentliyi üçün apardığı kampaniya dövründə manipulyasiyaya əl ataraq, Avropa Parlamenti prezidenti üçün hazırlanmış və 60 min izləyicisi olan Twitter səhifəsini özünün şəxsi səhifəsinə çevirib. O, seçki kampaniyası dövründə  parlament prezidentinə ayrılan gündəlik ezamiyyə xərclərini kampaniya üçün istifadə etməkdə də günahlandırılır. Bu məqsədlə 110 min avronu mənimsədiyi bildirilir. Şults həmçinin öz kabinetinin beş üzvünün parlament idarəçiliyində yüksək maaşlı işlə təmin olunmasına, öz seçki kampaniyasında fəaliyyət göstərən şəxslərin parlamentdən qeyri-qanuni gəlir əldə etməsinə şərait yaratmaqda ittiham olunub. M.Şults vəzifə səlahiyyətlərini aşmaqla, başqalarının əlində alət olmaqla bərabər, riyakarlığına görə də tanınan şəxsdir. O, konkret məsələlərə münasibətində belə ardıcıllığa əməl edə bilmir. Avropa Oyunları ilə əlaqədar Azərbaycanı tənqid etmək üçün gün sayan Şults bir müddət əvvəl Brüsseldə keçirilmiş “Avropa idman gecəsi”'ndə Avropa Oyunlarının təqdimatı zamanı kifayət qədər müsbət fikirlər bildirib. Avropa Parlamentinin sədri bu Oyunların keçirilməsini ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərləri nümayiş etdirdiyini bildirib. Oyunların yüksək səviyyədə keçirilməsi üçün kifayət qədər əmək sərf edildiyini diqqətə çatdıran Şults yarışların uğur və müvəffəqiyyətlə baş tutacağına ümid edib. O, idmanın inkişafının tolerantlıq üçün çox vacib olduğunu vurğulayıb. Lakin Avropa Parlamenti rəhbərinin son bəyanatları sübut edir ki, ədalət, tolerantlıq və qarşılıqlı hörmət kimi ali dəyərlər Şults üçün ritorikadan başqa bir şey deyil. Əminliklə demək olar ki, bu mövqe heç də Şultsun Azərbaycana olan pozitiv münasibətindən qaynaqlanmır. Sadəcə olaraq o, rəsmi şəxs kimi Avropa üçün belə bir mühüm tədbirlə bağlı əsassız iddialar səsləndirməməklə, növbətçi pozitivliyə varmaqla özünü mümkün qınaq təhlükəsindən sığortalayır.

 

 

“Müstəqil” və qeyri obyektiv qurum

 

Qeyd edək ki, son illər Avropa Parlamentinin müxtəlif ölkələrlə bağlı qəbul etdiyi qətnamələr bu qurumun müstəqilliyinə və obyektivliyinə ciddi şəkildə kölgə salıb. Məlumdur ki, Avropa Parlamentində deputatların ümumi sayı 2007-ci ilə kimi Nissa müqaviləsi ilə tənzimlənib və 736 nəfər olub. 2007-ci ildə Lissabon müqaviləsinə əsasən deputatların sayı 751 nəfərə çatdırılıb. Təəccüb doğuran hal ondan ibarətdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı qətnamələrin müzakirəsində və səsvermədə iştirak edən deputatların sayı hər dəfə 50-60 nəfəri keçməyib. Məsələn, 2011-ci il mayın 12-də qəbul olunmuş qətnamənin müzakirəsində və səsvermədə cəmi 54 deputat iştirak edib. 2012-ci il mayın 20-də 56 deputatın iştirakı ilə keçirilmiş toplantı və müvafiq qərəzli qətnamənin qəbulu Bakıda “Avrovizion” mahnı müsabiqəsi  ərəfəsinə təsadüf edib. Həmçinin, iyunun 20-21-də Avropa Parlamenti ilə Azərbaycan Milli Məclisi əməkdaşlıq komitəsinin iclasının keçirilməsi nəzərdə tutulub. 2013-cü il iyunun 15-də Avropa Parlamentində 50-60 nəfərin iştirakı ilə təşkil olunmuş müzakirələrdən bir neçə gün əvvəl – iyunun 7-də isə Yeni Azərbaycan Partiyasının V qurultayı keçirilib və dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyi irəli sürülüb. 2014-cü il sentyabrın 18-də yenə də azsaylı üzvlərin iştirakı ilə qətnamənin qəbulu “Əsrin müqaviləsi”nin ildönümü və “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi ərəfəsinə təsadüf edib. Səsvermədə iştirak edən deputatların əksəriyyəti Azərbaycanda həbs olunmuş Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü dünyasını dəyişdikdən sonra Ermənistan rəhbərliyinə başsağlığı verən şəxslər olublar. Üstəlik, bu qətnaməyə Azərbaycana qarşı daha radikal addımların atılması və sanksiyalar tətbiq olunması barədə bənd daxil edilib.

 

 

 

Erməni təəssübkeşliyi

 

Faktlar onu göstərir ki, bütün müzakirələr və səsvermələr təxirəsalınmaz şəkildə, yalnız məlum bir qrup deputatın iştirakı ilə keçirilib və Azərbaycanda hər hansı mühüm bir hadisəyə təsadüf edib. Bu da həmin sənədlərin sifarişli xarakter və təzyiq məqsədi daşıdığını, Avropa Parlamentinin adından sui-istifadə edən bir qrupun və onların başında duran parlamentin sədri Martin Şultsun vasitəsilə həyata keçirildiyini deməyə tam əsas yaradır. Əslində, cənab Şults heç vaxt Azərbaycanı tənqid etmək fürsətini qaçırmayıb. Hətta Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Macarıstandan ekstradisiya olunduqdan sonra xüsusi bəyanatla çıxış edərək “narahatlığını” bildirib. 2014-cü il noyabrın 26-da Strasburqda akademik Saxarov adına mükafatın təqdimetmə mərasimində isə Avropa Parlamentinin sədri emosional şəkildə Azərbaycanı insan haqlarının pozulmasında ittiham edib. Şultsun Azərbaycanın Avropada fərqli şəkildə təqdim olunması üçün Avropa Parlamentinin prezidenti kimi əlində olan bütün mümkün vasitələrdən istifadə etdiyi artıq hər kəsə bəllidir. Son vaxtlar o da məlum olub ki, Avropa Parlamentinin üzvlərinin Azərbaycana rəsmi səfərlərinə qurum daxilində qeyri-rəsmi qadağa mövcuddur. Son dörd ay ərzində Ermənistana 3 dəfə səfər etmiş Avropa Parlamentinin vitse-prezidentlərindən biri Avropa İttifaqının regional siyasəti çərçivəsində balanslaşdırılmış yanaşmanı qoruyub saxlamaq üçün Azərbaycana da səfərin həyata keçirilməsini təklif edib. Lakin bu təklif Şults tərəfindən qəti şəkildə rədd edilib. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan və Azərbaycana münasibətdə fərqli yanaşmaları qoruyub saxlamaqla, Şults Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına maneələr yaratmağa çalışır.

 

“Demokratiyanın” növbəti təzahürü

 

Şults barədə danışarkən onu da qeyd etmək yerinə düşər ki, 2014-cü ildə sosial-demokratların lideri kimi o, Avropa Komissiyasının rəhbəri postuna öz namizədliyini irəli sürüb və aylıq maaşı 27 min avro təşkil edən bu vəzifəni heç bir halda əlindən buraxmaq istəməyib. Lakin bu mübarizədə, o, Avropa Xalq Partiyasının namizədi Jan-Klod Yunkerə məğlub olub və ikinci dəfə Avropa Parlamentinə rəhbərlik etmək təklifinə razılaşıb. Avropa mediasının verdiyi məlumata görə, bu şəxslərdən hansının Avropa Komissiyasının, hansının isə Avropa Parlamentinin rəhbəri olacağı Lissabon müqaviləsinə əsasən parlamentarilər tərəfindən deyil,  iyunun 26-27-də Avropa İttifaqının Sammitində dövlət başçıları tərəfindən müəyyən olunub. Avropa Parlamentinin deputatları isə sadəcə öz rəhbərlərinin iradəsinə uyğun səs veriblər. Əlbəttə, söhbət Avropadan gedirsə, bunu da “demokratiyanın” növbəti təzahürü kimi qəbul etmək olar.

 

 

İki fraksiyanın monopoliyası

 

Avropa demokratiyasının digər bir təzahürü Avropa Parlamentinin tərkibi, fraksiyaların imkanları arasında ciddi fərqdə özünün büruzə verir. Bu qurum birbaşa seçkilər vasitəsilə formalaşdığı 1979-cu ildən bu günə kimi iki fraksiyanın – Sosialistlər və Demokratların Proqressiv Alyansı (SOC) və Avropa Xalq Partiyası (EPP) fraksiyalarının nəzarətindədir. Sonuncu 2014-cü il seçkilərində də EPP 29.4 faiz səslə 221, SOC isə 25.4 faizlə 191 mandat əldə ediblər. Ümumilikdə 751 deputatın təmsil olunduğu parlamentdə 412 səsə (53.8 faiz) malik olan bu iki fraksiya bütün məsələlərə təsir imkanlarını öz əllərində saxlayırlar. Kommunistlər və solçular, yaşıllar, regionallar, liberallar, konservatorlar, milliyyətçilər və avroskeptiklər, sağçılar, həmçinin müstəqil deputatlar bu və ya digər şəkildə qərarların qəbuluna ciddi təsir göstərmək imkanına malik deyillər. Bir çox ekspertlər və avroparlamentarilər bu nisbəti iki fraksiyanın monopoliyası adlandırır və Avropa Parlamentində ədalət prinsipinin pozulduğunu bildirirlər. Hesab olunur ki, mövcud durum Avropada bəzi ölkələrin ardıcıl şəkildə öz siyasi xətlərini yürütməyə, qərarların qəbuluna, Avropa Birliyinin rəhbər orqanlarına öz adamlarını keçirməyə və digər məsələlərin həllinə ciddi təsir imkanlarını öz əllərində saxlamasına şərait yaradır. Əslində, 2014-cü il iyunun 26-27-də keçirilmiş Avropa İttifaqı Sammitinin nəticələri bu iddiaların heç də əsassız olmadığını göstərir.

 

 

 

Öz gözündə TİR görməmək

 

Maraqlıdır ki, Avropa İttifaqı ölkələrinin əksəriyyətində insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair çoxsaylı faktlar olsa da, Avropa Parlamenti onları müzakirəyə çıxarmaq və lazımi tədbirlər görmək istiqamətində heç bir iş görməyib. İslamafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması faktları əksər hallarda araşdırılmayıb. Söz və məlumat azadlığının pozulması, müstəqil QHT-lərin fəaliyyətinə müdaxilələr, bir çox hallarda ictimai rəyə təsir imkanı olan medianın və vətəndaş cəmiyyəti institutlarının susdurulması və ya müxtəlif qrantlar, yardımlar vasitəsilə satın alınması da geniş yayılıb. Avropa Parlamenti Brüsseldə, Londonda, Berlində, Parisdə, Ferqyusonda  və digər paytaxtlarda  və şəhərlərdə baş verən kobud insan hüquqları pozuntularını “görmür”, ancaq Azərbaycan kimi ölkələrdə adi bir halı süni şəkildə qabartmaqla öz fəaliyyətinə prinsipiallıq donu geyindirməyə çalışır. Yaxud da Avropanın mərkəzində –  Almaniyanın Frankfurt şəhərində Avropa Mərkəzi Bankının tikintisi, Berlindəki Brandenburq hava limanın inşası zamanı havaya sovrulan astronomik məbləğlər barədə hər hansı araşdırma aparmağı özünə rəva bilmir. Bircə onu qeyd etmək kifayətdir ki, layihə dəyəri 2 milyard avroya yaxın Brandenburq hava limanının hələ də natamam inşasına artıq 4.5 milyard avroya yaxın vəsait xərclənib. “Spiegel Online” isə yazır ki, bu məbləğ artıq 6.8 milyard dollara çatıb. Yəni qiymət ən azı 2.5 dəfə şişirdilib. Bu, Ermənistan kimi dövlətin büdcəsindən az qala 3 dəfə çoxdur. Ancaq Avropa Parlamenti ciddi korrupsiya və talançılıq problemini görmür, Martin Şults isə öz vətənində belə bir biabırçılığı araşdırmaq niyyətində deyil. Bunun əvəzində isə Azərbaycanla bağlı ağlasığmaz məslələr gündəliyinə çıxarılır, müzakirələr təşkil  edilir, qətnamələr qəbul olunur. Təbii ki, belə ikili standartlar, ayrı-seçkilik Avropa dəyərlərini gözdən salır, Avropa İttifaqına etimadı azaldır. Avropa Parlamenti 751 üzvündən hər dəfə cəmi 40-50 nəfəri bir yerə toplayıb Azərbaycan əleyhinə qərar qəbul etməklə, özünü gülüş obyektinə çevirir. Bununla Avropa Parlamenti Avropa İttifaqının mühüm strukturu kimi nüfuzunu itirərək, tədricən 1957-ci ildə mövcud olan Kömür və Polad Birliyinə doğru addımlayır.

 

azadinform.az

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles