Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber
26/02/2018

Dəhşətli qətlin sirli səbəbləri – Ramiz Mirzəyevin bacısı evindən REPORTAJ

Dəhşətli qətlin sirli səbəbləri – Ramiz Mirzəyevin bacısı evindən REPORTAJ




Biz içəri girəndə tüstüdən göz-gözü görmürdü. Bir tərəfdən də kəskin qaz iyi gəlirdi. Kimsə dedi ki, işıqları yandırmayın. İşıq yansaydı, ev qarışıq hamımız göyə uçacaqdıq…
Qonşuları danışır bunu. İki gün əvvəl Tovuzda qətlə yetirilmiş 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın qonşuları.

***
…Şəhərin mərkəzində yerləşir onların evləri. Amma ətrafda heç bir nəzarət kamerası yoxdur. İkimərtəbəli evdir, pəncərələrinə barmaqlıq belə salmayıblar.

– Sakit adamlar idilər. Heç kimlə də düşmənçilikləri yox idi, ola da bilməzdi. Pakizə xanım uşaq həkimi işləyirdi xəstəxanada. Fərmanın isə qaz yanacaqdoldurma məntəqəsi vardı. Oranı işlədirdi. Ahıl yaşlarında bu cür ölümü heç kimə arzulamıram.

Bunu da yasda adını çəkilməsini istəməyən qohumlarından biri deyir.

Hə, yasdayıq. Daha doğrusu, bir azdan onları dəfn etmək üçün Qaraxanlı kənd qəbiristanlığına aparacaqlar. Əsilləri isə Dondar Quşçu kəndindəndir Tovuzun. Pakizə xanım AAFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin bacısıdır. Ramiz Mirzəyevin adını isə təsadüfən çəkmədik həm də. Çünki son aylarda Mirzəyevlər artıq üçüncü faciələrini yaşayırlar. Belə ki, mərhum Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev ötən həftə Sabirabadda yol qəzasında həlak olmuşdu. (Bu məqama qayıdacağıq) Onun qardaşı oğlu Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda “Toyota Land Cruiser”in aşması nəticəsində həyatını itirmişdi. 7-8 ayın içində üçüncü faciə təsadüfdürmü? Yoxsa?

***

Yas yerində yüzlərlə adam var. Təkcə mərhum Ramiz Mirzəyev adına görə deyil, təbii. Hadisə özü səsli-küylüdür. Həmkarımız Nəsimi Tovuzlu deyir ki, rayonda belə ağır və amansız bir cinayətin sonuncu dəfə nə vaxt baş verdiyini belə xatırlamır.

Hə, hər iki ahıl qoca amansızlıqla öldürülüblər. İstintaq hər şeyi müəyyən edəcək, təbii. Amma ilkin araşdırmalarımız nəticəsində məlum oldu ki, hadisə məhz qarət zəminində baş verib. Mediada yayılan ilkin məlumatlara görə, evdə baş vermiş yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb. F.Məmmədovun baş nahiyəsində, əl-ayağı və ağzı lentlə bağlanmış P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq xəsarətləri aşkarlanıb. Hər iki şəxsin qətlə yetirildikdən sonra cəsədlərinin yandırıldığı ehtimal olunur.

Amma Tovuzda olduğumuz zaman bu məlumat qəti təkzib edildi…

***

– Evdən tüstü çıxırdı. Qonşular görüb bunu. Hay-həşir düşüb. qapını açanda evin içi tüstüdən görünmürmüş. Bir yandan da qatillər qazın 4 gözünün hamısını açıq qoyub gediblərmiş.

Bunu da qonşular danışır.

Amma bütün hallarda içəri girib qonşular. Məlum olub ki, evə girən basqınçılar əvvəlcə küt alətlə hər ikisinə zərbə endiriblər. Sonra isə onların ağızlarını lentlə bağlayıblar. Bundan sonra isə evi ələk-vələk ediblər. Və bizə çatan məlumata görə, evdən seyf aparılıb. Daha doğrusu, seyfin içindəki pullar. Amma bununla da kifayətlənməyiblər. Evi yandırmaq fikrinə düşüblər. Amma od vurub yandırmaqla qonşuların duyuq düşəcəklərini də hesablayıblar. Çünki bu küçədə evlər sanki bir-birinə bitişikdir. Onda ağıllarına o gəlib ki, evi və içəridəki meyitləri, necə deyərlər, tədricən yandırsınlar.

Bəs necə? Heç, sadəcə, bayramlarda uşaqların göyə atıb sevinclə müşahidə etdikləri və el arasında lopa deyiləndən hazırlayıblar. Qazı açıb, lopanı yandırıb evin içinə atıb çıxıblar. Amma tərslikdən lopa tam alışmayıb. Tüstüləyib, qaz isə axmağa davam edib. Sadəcə, yuxarıda qeyd etdiyimiz kimi, qonşuların bəxti gətirib ki, evə girən kimi işığı yandırmayıblar. Doğrudan da nəinki bu ev, qonşu evlər də göyə uçarmış dəhşətli partlayışdan.

***

– Mən evə girib otaqda rəhmətlik Fərmanın meyitini tapdım. Əlimi vurdum, gördüm hərəkətsizdir, özü də daş kimi. Görünür, hadisə gecə baş veribmiş.

Hə, qonşular Pakizə xanımla Fərman müəllimin meyitlərini səhər 9 radələrində aşkar ediblər. Dərhal da polisə və yanğınsöndürənlərə zəng olunub. Və hər iki qurumun səlahiyyətliləri dərhal hadisə yerinə gəliblər. Və deyilənə görə, hadisə yerinə gələnlərdən biri də rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov olub. Həm rəhbərlik etdiyi rayonda dəhşətli bir cinayətin baş verdiyinə görə, həm də başqa məqama. Sən demə, mərhumə Pakizə xanım icra başçısının ilk həyat yoldaşı olubmuş.

Həm qonşular, həm də bu ailəni tanıyanlar deyir ki, heç kimlə problemi olmayıb onların. İki uşaqları varmış. Hamısının da işi-gücü. Özləri də başı aşağı, imkanları çatana yardım edən adamlar olublar.

Bəs niyə? Nə üçün?

Qisas versiyasını heç kim yaxına buraxmır. Qarətmi? Bəs necə olur ki, tanımadıqları adamları gecə yarısı evin içinə buraxırlar?

Araşdırmalarımız nəticəsində məlum oldu ki, burada bir neçə versiya var.

Birinci, Pakizə xanım neçə illərin tanınmış uşaq həkimidir. Adətən, rayon yerlərində işdən sonra belə həkimlər evlərində xəstə qəbul edirlər. Ehtimal var ki, kimsə xəstə uşaq gətirmək bəhanəsiylə qapını açdırıb, evə soxula bilərmiş. Yeri gəlmişkən, Pakizə xanımın meyitinin başqa otaqda tapılması məqamına da fikir verin…

Bəs onda, məqsəd qarətdirsə, öldürmək niyə? Yaşı 70-i haqlamış iki qocanın ağzını da lentlədikdən sonra müqavimət göstərəcəkdilər?

İkinci versiya isə odur ki, həm Pakizə xanım, həm də Fərman müəllim basqınçıları tanıyıblar. Sonucda onlar belə qəddarlığa əl ataraq, hətta evi də yandırmaq istəyiblər ki, iz qalmasın. Amma buna nail ola bilməyiblər.

Üçüncüsü, ailə imkanlı olub. Ailə başçısının yanacaqdoldurma məntəqəsi varmış. Və bir versiya da odur ki, evdəki seyfdə çoxlu pul olduğundan kiminsə xəbəri olub. Çünki seyfdən başqa evdən heç nə aparılmayıb.

Hər halda, bunlar bizim jurnalist kimi araşdırmalarımızdan doğan versiyalardır. Gerçək səbəbi isə hörmətli istintaq müəyyən edəcək.

Artıq 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın nəməlum şəraitdə qətlə yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə iş başlanılıb, cinayəti törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Bəs, qisas versiyası necə, ağlabatandırmı?

Mərhum Ramiz Mirzəyev vaxtıyla Azərbaycanın ən imkanlı adamlarından olub. Uzun illər neft müəssisələrinə, hətta AFFA-ya belə rəhbərlik edib. Rayonda onu xeyirxah insan kimi tanıyırlar.

Elə bir tovuzlu yoxdur ki, yanına getsin, onu əliboş geri qaytarsın. Nəinki tovuzlu, hamıya bacardığı köməyi edərdi rəhmətlik. Onun bir oğlu və bir qızı vardı. Oğlu Anar keçən həftə faciəli şəkildə öldü. Yox, Anarın faciəsi də təsadüfdür. Anar çox tərbiyəli və qanacaqlı cavan idi. Amma bəzi özəllikləri vardı. Məsələn, tez-tez ova getməyi xoşlayırdı. Yaxşı maşın sürməyi vardı. Şahidlər deyir ki, Tovuzdan Bakıya qədər 430 kilometrlik yolu 3 saata gedirmiş. Səhəri gün dayısı Aslan müəllimlə görüşməliymiş. (Söhbət Şəmkir rayonunun keçmiş icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanovdan gedir. Onun bacısı mərhum Ramz Mirzəyevin həyat yoldaşıdır) Həmin gün də ovdaymış. Ovdan sonra dayısıyla görüşmək üçün elə Bakıya getmək istəyirmiş. Həmin faciə isə ov zamanı olub. Anar maşının aşırdıb və həlak olub. Bu iki hadisə arasında heç bir bağ yoxdur…”. Bunu isə ailəni yaxşı tanıyan şəxslərdən biri deyir.

Onu da deyir ki, Pakizə xanımla Ramiz Mirzəyevin xanımı arasında münasibətlər çox soyuq imiş. Amma bu, sırf məişət zəminində olan bir münasibətdir və ehtimal olunan miras davasına-filana qəti dəxli yoxdur.

***

İndi Tovuzda iki darvazada qara yaylıq asılıb. Biri Anar üçün, biri isə onun bibisi və bibisinin həyat yoldaşı üçün. Bu, son 8 ayda bir nəsil üçün asılan üçüncü qara yaylıqdı. Allah eləməsin, dördüncüsü olsun.

Və sonda…

Yazıda adıçəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq. Təki canilər tapılsın. Təki cinayətkarlar cəzasına çatsın. Və bu gün Tovuzu başına götürən bütün şayiələrə, hətta gümanlara son qoyulsun…

Səbuhi MƏMMƏDLİ,
Tovuz(lent.az)














На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website