Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

"10 ilde bir neçe qız sevmişem" – MƏKTƏB İLLƏRİ

"10 ilde bir neçe qız sevmişem" – MƏKTƏB İLLƏRİ

10/06/2015

12:28


10.06.2015 / 12:25 xeber –

Rauf Arifoğlu: “Lapatka”ları götürüb çəkildik meşəyə”

Birinci sinfə 1973-cü ilin sentyabr ayında gedib. Tovuzun Yuxarı Öysüzlü kənd orta məktəbinə. Bundan əvvəl isə bir aylıq hazırlıq kursu keçib. Lakin məktəblə ilk tanışlığı may ayında olub. Bu barədə özü danışacaq. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu.

 

 

 

– Bizdə belə bir ənənə vardı. Birincilər ilk dəfə məktəbə son zəng ərəfəsində gedərdi. Həmin il ibtidai sinfi bitirən üçüncülərin yerində və yanında oturardıq. Onların son dərsi bizim ilk dərsimiz olardı. Şəmşəd müəllim vardı. Müharibə veteranı idi. Kəndin ən keyfiyyətli müəllimiydi. Hamı çalışırdı ki, uşaqları onun sinfində oxusun. Mən də onun sinfinə düşmüşdüm. İlk dəfə dərsə qonşumuz İmanla getmişdim. İmana dedim ki, mən evə getmək istəyirəm, bura mənim xoşuma gəlmədi. Və yapışdım ondan ki, dur, gedək. Bir də gördüm kepkalı yaşlı kişi gəldi, əlinin arxasıyla yüngül sillə çəkdi. Usta silləsi. Yüngül, çox yüngül. Mən çox qorxdum ki, məktəbdə adamı döyürlər. Sakitcə axıra qədər dərsdə oturdum. Məktəb illərindən ən parlaq xatirə elə budur. Yeni və yad mühit idi. Oranı sevmədim, istəmədim. Getmək istəyirdim, amma o usta silləsi saxladı məni. Şəmşəd müəllim bu yaxınlarda rəhmətə getdi. Ona qədər hər dəfə Şəmşəd müəllim məni görəndə soruşurdu ki, ustad silləsi yadındadırmı? Hətta yaxşı yadıma gəlir, bu sillədən sonra İman “Partizan” şeirini demişdi.

 

Və həmin şeirdən bir bənd söyləyir:

 

– Meşələrdir mənim yurdum,

Hər döyüşdə öndə durdum!

Ay qınına çəkiləndə…..

 

Üçüncü misranı tam xatırlaya bilmir.

 

– Bu şeiri İman o qədər pafosla oxudu ki, mən heyrətlə baxırdım, görəsən mənim tanıdığım İman niyə belə eləyir ki? Niyə qışqırır?

 

Ondan 4 ay öncəni yaxşı xatırlasa da, sentyabrın 1-i elə də yadına gəlmir. Üstündən 32 il keçməsiylə əlaqələndirir. İlk görüş o qədər də uğurlu alınmasa da, sonrada Şəmşəd müəllim balaca Raufun ən sevimli müəllimi, Rauf isə Şəmşəd müəllimin ən sevimli şagirdi olur.

 

– Atam da, anam da həmin məktəbdə dərs deyirdilər. Birinci sinfə gedəndə artıq əlifbanı da bilirdim, oxumağı da, yazmağı da, saymağı da. Özüm də başa düşmürdüm. Sən demə, mən birinci sinif dərs proqramına görə uşaqlardan xeyli qabaqdaymışam. Hər dəfə Şəmşəd müəllim məni lövhənin qarşısına çıxarıb sinfə deyirdi ki, Rauf qabaqcıldı. Ona eşq olsun! Raufa əl çalın! Hamı əl çalırdı. Sonra da sinfin ən zəif oxuyanını çıxarırdı ki, deyin, ona ar olsun! O şagird də sinfin önündə utanırdı, sonra başlayırdı yaxşı oxumağa.

 

– Necə müəllim idi?

 

– Ümumiyyətlə, qəribə müəllim idi. Məhz onun hesabına sinfimiz yaxşı oxuyurdu. Sərt müəllim idi. Sonra qardaşım Azərə də dərs dedi.

 

– İbtidai sinif müəllimi adətən qadın olur.

 

– Bizdə əksinəydi. Əksəriyyəti kişi müəllimlər idi. Və hamı çalışırdı ki, qadın müəllimə yox, kişi müəlliminə qoysun uşağını. Yusif müəllim vardı, Yunus müəllim vardı. Bunların hər üçün də müharibə veteranları idi. Üçü də çox savadlı müəllimləriydi. Sinif yoldaşlarımın az qala yarısı ali təhsillidir. Kənd məktəbi üçün bu çox böyük göstəricidir. Biz yaxşı oxumaq üçün bir-birimizlə yarışırdıq.

 

 

– Həyatınızda xüsusi iz qoymuş müəlliminiz olub?

 

– 86 yaşında dünyasını dəyişən Mileylə nənəm. Onda mən səkkizdə oxuyurdum. Səkkiz il onun yanında həyatı öyrənmişəm. Ən böyük müəllimim o olub. İnancı mənə o yaradıb. Qurani Kərimlə ilk təmasım onun vasitəsiylə olub. Müsavatdan danışardı ki, baban getdi altı ay Ağdamda ermənilərlə vuruşdu. Hamısını danışardı. Mənim üçün fantaziyalar yaradardı. Nağıl danışardı, şeir deyərdi. Sinə dəftər idi. Bayatılar söyləyərdi. Erkək kimi qadın idi. Kənddə hamı ondan qorxardı. Nənəmə “ana” deyirdim, anama “mama”. Mamamdan çox anamı sevərdim. Deyərdim, ana, yatmaq istəyirəm. Başımı qoyardım dizinin üstünə. İxlas, Əl-Fələq, Nas surələrini oxuyub üzümə üfürərdi: “Şeytanlara, ilanlara, canavara, hər kəsə sədd çəkdim!”. Rahat yatardım. Anamın duasına elə inanardım ki… Nənəmin çəkdiyi o görünməz səddi kim keçə bilərdi ki?!

 

 

 

 

On il ərzində bir neçə uşaqla parta yoldaşı olsa da, Natiqin adını xatırlayır. Natiq Rauf Arifoğlunun ilk parta yoldaşıdır.

 

– Əvvəllər ikinci sırada oturardım. Böyüdükcə hiss elədim ki, öndə oturmaq istəmirəm. 9-10 – cu sinifləri ən arxada otururdum.

 

Adətən pis oxuyanlar müəllimin gözündən yayınmaq üçün arxa partada oturar.

 

 

– Yox, sadəcə oradan hər şeyi rahat görürdüm. Öndə oturanda o qədər narahat olurdum ki, arxanı görə bilmirdim. Amma arxada oturanda müəllim qarışıq, bütün sinfi görür, situasiyanı izləyirdim. Oxumağa gəlincə, on il boyu uşaqlardan öndə olmuşam. Bu da bir az məni ərköyün edib. Çətin və dəcəl uşaq olmuşam məktəbdə. İncitmişəm müəllimləri. Yuxarı sinifdə artıq bəzi müəllimlərdən çox bilirdim. Kənd məktəbiydi. Elə müəllimlər vardı, dərsə hazırlaşa bilmirdilər. Xüsusən də qadın müəllimləri təsərrüfatda işləyirdilər. Onlar çalışırdılar ki, məni neytrallaşdırsınlar. Amma mən də vicdansızcasına onları incidirdim və uşaqların içində utandırırdım. Bir gün ədəbiyyat müəlliməmə belə bir söz dedim: “Müəllimə, bu qədər uşağın içinə çıxırsan. Bir hazırlaş gəl də. Sonra burada gəlib filmdən zaddan boş-boş danışma!”. Deyiləcək söz deyildi, amma dedim. Müəllimənin ürəyi gedəndə qorxdum ki, mən ona niyə elə dedim?!

 

 

 

Bu hadisənin ətrafında böyük bir “skandal” çıxır. Amma bəxti onda gətirir ki, məktəbin direktoru dərsi kənarda izləyirmiş.

 

 

– Zakir müəllimin çox kəskin xarakteri vardı. Hamı ondan çəkinirdi. Müəllimlər də, şagirdlər də. Dərs vaxtı koridorda gəzər, dərsləri qapıdan dinləyərdi ki, görsün müəllim necə dərs keçir. Həmin hadisə baş verən vaxtı da, bizim sinfin qapısının ağzında olub və hər şeyi eşidib. Sonrada o qadın məndən şikayətçi oldu. İclasda Zakir müəllim mənim tərəfimi saxladı ki, sən dərsi kənara qoyub kinodan danışırdın. İxtiandr – “Amfibiya adam” filmindən danışırdı. Mənim üçün də  maraqlıydı, amma birdən-birə öz-özümə düşündüm ki, dərs qaldı kənarda.

 

 

Oxuduğu Gəncə Texnologiya Universitetində də R. Arifoğlu belə olub. Müəllimləri incidib. Dəfələrlə auditoriyadan çıxarılıb. Hətta Sabir müəllim universitetdən qovmaq istəyirmiş.

 

– Allah rəhmət eləsin Sabir müəllimə! Professor idi. Yaşlıydı. İri gözlük taxardı. Bütün universitetlərdə rüşvət olur. Sabir müəllim götürməyən, rektorun belə sözünü eşitməyən birisi idi. Hansı tələbə onunla konfliktdə girirdisə, qovulurdu. Üçüncü kursda oxuyurdum, auditoriyada haradasa, 75 nəfər vardı. Kommunizm haqqında danışırdı ki, min doqquz yüz doxsan neçənci ildə elə olacaq, iki mininci ildə belə olacaq. Mən də özümdən asılı olmadan durdum dedim ki, ola bilməz. Mümkün deyil. Başladı qışqırmağa: “Antikommunist!”. Heç elə fikrim də yox idi e, nə antikommunist?! Mənə dedi, qalx ayağa, sən sovet hökumətinə inanmırsan! Məni qovdu auditoriyadan. Dörd ay mühazirəyə buraxmadı. Kənddən universitetdə işləyən hörmətli müəllim vardı. Eyni kafedrada idilər. Onlardan xahiş etdim ki, məni auditoriyaya buraxsın. Onların sözünü belə eşitmədi. Onun kitabı vardı: “Yeyinti sənayesinin iqtisadiyyatı”. Ruslarla birgə yazmışdı. O vaxt yaddaşım çox yaxşı idi. Bir neçə günə o kitabı əzbərlədim. Tələbə yoldaşlarımdan da mühazirələri alıb oxuyub gəldim imtahana. Qapıda yapışdı qolumdan, gətirdi imtahan biletləri olan masaya: “Çək bileti!”. Çəkdim. “Danış!”. Ayaq üstə danışıram. Qolumu da hələ buraxmayıb. Birinci sualı danışdım, ikincini danışdım, üçüncünü danışdım. Dedi, bileti qoy yerinə, ayrısını çəkdim. Ayrısını çəkdim. İkinci biletin də suallarını bilirdim. Üçüncü bileti də çəkdirdi. Xoşbəxtlikdən ən yaxşı bildiklərim çıxmışdı. Üçüncü biletin də hər üç sualının cavabını danışdım. Çox vicdanlı adam idi. Başını ovcunun arasında sıxdı. Auditoriyadan qaçdı. Mən də şokdayam ki, nə baş verir?! Bir də gördüm bütün kafedranın müəllimlərini yığıb gətirib, pafosla: “Baxın, bir buna baxın! Gələcəyin “ministr”i olacaq adamdır! Ay yazıq, sən “ministr” olacaqsan! Sən nəymişsən?!”. Beş yazdı. Sonra getdi universitet fotoqrafını gətirdi. Bir yerdə şəklimizi çəkdirdi. Qəzetdə məqalə hazırladılar. Sonradan dostlaşdıq onunla.

 

 

Bir anlıq məktəb illərindən uzaqlaşıb tələbəlik illərinə daldığını fərq edirəm. Elə növbəti sualımla geriyə – məktəb illərinə qayıdırıq.

 

– Məktəb illərində ən çox sevdiyiniz fənn?

 

 

– Əvvəl riyaziyyatı çox sevərdim. Sonra fizikanı. Bir ara da kimyanı. Müəllimlərdən asılı idi. Ümumiyyətlə, texniki fənləri çox sevərdim. Ədəbiyyat, Azərbaycan dili mənim üçün əyləncə kimi bir şey idi. Ədəbiyyat müəllimim vardı. Adı Yusuf idi, “Usuf” deyərdik. O məndə yazıçılıq qabiliyyəti görürdü. Özü də deyirdi. Mənim də gülməyim tuturdu ki, elə şey olar?!

 

 

– Nədən yazırdınız?

 

– Kənddə gördüklərimdən. Ağacdan, yarpaqdan. “Zoğal ağacı altında düşüncələrim” adlı bir yazı yazmışdım. Onu heyrətlə oxumuşdu. Dedi, bunu haradan köçürmüsən? Mən də dedim, necə yəni haradan köçürmüşəm?! Mənə çatmırdı. Amma tutmuşdu və israr edirdi ki, mən ədəbiyyata – yaradıcılığa meyllənim. Amma sevmirdim. Nə ədəbiyyatı, nə də tarixi. Mənimki riyaziyyat, kimya, fizika idi. Bir neçəsi istisna olmaqla, hamısı yüksək səviyyəli və bilikli müəllimlər olub. Universitetə hazırlaşanda proqramdan kənar hazırlaşırdım. Xankişi müəllim vardı. Bakıda universitetdə dərs deyirdi. Sonra iflic olmuşdu qayıtmışdı kənddə. İstisna hal kimi mənimlə məşğul oldu. İlk vaxtlar anlaşmamız çətin oldu. Danışığı, yazısını başa düşmək çətin olurdu. Bədəni yarı iflic idi. Sonra alışdım. Onunla o qədər böyük məsafə qət elədim ki… Ali məktəbə imtahan verəndə “üç” yazırdılar, mən “beş”ə görə komissiya tələb elədim. Müəyyən şeylər soruşdular, cavabladım. Sonra məlum oldu ki, məktəb dərsliyində onlar yoxdu. Sadəcə məni yoxlamaq üçün əlavə suallar vermişdilər. Onları da mənə Xankişi müəllim öyrətmişdi.

 

 

İndi uşaqlar bilməzlər. Sovet dövründə məktəbliləri məcburi məhsul yığımına aparardılar. Kimisini pambığa, kimisini üzümə. Tovuzda üzüm bağları vardı.

 

 

– Üzümçülük ağır iş idi. Biz orada heyvan kimi işlədirdilər. Tək üzüm yığmırdıq ki?! Əvvəl yerini əkirdik. Altıncı-yeddinci sinif uşaqlarının “lapatka”yla işləməsi çətin idi. Bu baxımdan sovet dövrü dəhşətiydi. “Gilə uğrunda mübarizə” deyə kampaniya vardı. Bir gilənin uğrunda mübarizə aparar, sonda da qəpik-quruş verərdilər. Fəhləyə, briqadirə verirdilər on manat, bizə verirdilər bir manat. Yuxarı sinifdə iki-üç dəfə buna görə üsyan elədim. Dedim ki, bu nökərlikdir, biyardır. Rayon qarışdı bir-birinə. Uşaqları yığıb qarşılarında çıxış elədim, çəkdim yanıma. Sonra “lapatka”ları götürüb çəkildik meşəyə. Altı-yeddi saat bizi axtardılar. Biz də üzə çıxmadıq. Sonra möhkəm “skandal” oldu. Valideynləri çağırdılar. Atam həmişə məni dəstəkləyib. Bu işdə də dəstəyini gördüm. Məktəbin direktoru Zakir müəllim mənə dedi ki, oğlum, daha sən gəlmə: “Azadsan! Ya sənin atanı həbs edərlər, ya da başqa bir şeylər olacaq”. Və məni məcbur üzümə getməkdən azad elədilər. Bu dəfə də acığa düşdüm ki, yox, mən gedəcəyəm! Uşaqları tək qoymaq istəmirdim. Bir müddət sonra daha məni aparmadılar biyara. Qaldım evdə. Qoyunlarımız vardı, toyuqlarımız vardı. Onlarla məşğul oldum. Qoyun da otarmışam, kartof da əkmişəm, ot da çalmışam. Ümumiyyətlə, həyatın bütün üzünü görmüşəm. Dərslərim də öz yerində. Biz elə bilirdik ki, elə belə də olmalıdır. On yeddi yaşıma kimi kənddəki həyat mənə hər bir yaşamı, zəhməti öyrədib. İndi biz uşaqlarımız dərs oxuyanda çalışırıq səs olmasın, başqa problem olmasın, iş görməsin, yemək qabaqlarına gəlsin. Amma biz yuxarı sinifdə həm işləyirdik, həm də oxuyurduq.

 

 

– Məktəb illərində sevgi-məhəbbət?

 

– Olmazmı?! Elə ilk gündən sevmişəm (gülür). Birinci sinifdə. Ümumiyyətlə, on il boyunca bir neçə qız sevmişəm. Hər mövsümdə, hər yaş periodunda birini. Saf, səmimi uşaq sevgisi… Çox vaxt ürəyimizdə saxlayardıq. Etiraf belə etməzdik.

 

Və elə birinci sinifdə başına gəlmiş ilk sevgi macərasını xatırlayır.

 

– Bir dəfə parta yoldaşıma dedim ki, mən filankəsi sevirəm. Anamın dərsi idi. Çox ciddi, zəhmli müəlliməydi. Evdə anamı sevirdim, sinifdə ondan qorxurdum. Əlində ağacı olardı. Nadir halda onu stola vurardı. Amma hər zaman mənim əlimə vurardı. Söz ağzımdan çıxan kimi Ehtimal tez qalxdı ayağa: “Müəllimə, Rauf filankəsi sevir!”. O an keçirdiyim hissi heç vaxt unutmaram. Özümü o qədər bədbəxt hiss elədim ki… İlk xəyanəti onda yedim. Mən ona etibar edib, ürəyimi açmışdım. Bir saniyə işində açdı sirrimi, bütün sinfə dedi. Qız da başladı ağlamağa.

 

– Bəs ananız nə dedi?

 

– “Sakit ol, otur yerində”, dedi və üstündən keçdi.

 

– Evdə də?

 

– Evə qorxa-qorxa gəldim. Elə bilirdim böyük bir cinayət eləmişəm. Amma evdə də heç nə demədi. İndiki uşaqlar valideynlərinə deyirlər. Bizim vaxtımızda elə açıqlıq yoxuydu. Sovet adamlarıydıq, çox abırlıydıq. Sevgidə də, münasibətdə də.

 

– Dərsdən qaçmısınız?

 

– Nəinki qaçmışam, bütün sinfi yığıb aparmışam (gülür). Özü də atamın dərsindən. İdeya həmişə məndən gələrdi. Bizdə qolu güclü Fikrət olub. Ki, uşaqlar ondan qorxardılar. Amma ideya generatoru mən olmuşam. Atam evdə üstümə qışqıranda gəlirdim ki, bu gün dərs olmayacaq. Uşaqları evə yola salırdım. Heyfimi o cür alırdım.

 

 

Gülürük. Və atasıyla bağlı daha bir xatirəsini Lent.az oxucularıyla bölüşür.

 

– O vaxtlar dərzidə şalvar tikdirmək çox dəbdəydi. Xüsusən də yuxarı sinifdə. İstəyirdik ki, balaqları gen olsun. Hər dəfə şalvarı dərzidən götürəndə məyus olurdum. Evə gətirən kimi ölçürdüm xətkeşlə. Axı mən onu otuz iki demişdim, niyə iyirmi beşdi? Dərzini qınayırdım. Sən demə, atam edirmiş. Dərziyə tapşırırmış ki, şalvarımın balaqlarını sıxışdırsın.

 

 

1966-cı ildə doğulan uşaqlar qızğın at ilinə təsadüf edir. Enerjili atlar…

 

 

– Sonradan mən bunu bildim ki, sinfimizin doxsan beş faizi at ilində doğulub. Çox çətin idi bizim sinfi idarə etmək. Dəfələrlə qalmaqal və üsyanlar eləmişdik. Beşdə, ya altıda oxuyardıq. Bir dəfə tarix dərsində İslam müəllim məni vurdu. O vaxtı müəllimlər uşağı vururdu. Mən də üzünə qayıtmışdım. Elə oldu ki, uşaqlar da məni dəstəklədilər, qapını kəsdik onu sinfə qoymadıq. Məktəbin tarixində ilk dəfə bizim sinif üsyan eləmişdi ki, tarix müəllimini dəyişin. Tək məni vurmamışdı, qızları da vururdu. Bir dəfə elə vurmuşdu ki, qızlardan birinin burnu qanamışdı.

 

 

 

– Necə şagird olmusunuz?

 

– Nadinc. Ən çox döyən anam olub məni. Anam əlində gərməşov ağacı məni küçələrdən yığırdı. Elə vururdu məni… Anamın əllərinə qurban olum! Elə eləməsəydi, mənim kimi çətin, enerjili uşağı o küçələrdən, göllərdən, çaylardan yığa bilməzdi. Harada olsam gəlib məni tapar aparardı evə, dərs oxumağa. Yoxsa, mən oxumayacaqdım. Mənimlə olan uşaqların çoxu hələ də kənddə qalıb. Sözün bütün mənasında kənddən kənara çıxa bilmədilər. Hamısı zəhmətkeş, namuslu insanlardır. Ölkə səviyyəsinə o çubuqlar, o tərbiyə çıxartdı məni. Mənimlə ayrı cür mümkün deyildi. Evdən küsüb gedirdim Gəncəyə, qohumlarımızgilə. Mənim kimi uşağı döymək lazım idi. Özüm kimi övladım olsaydı, özümü çox pis hiss edərdim. Yaxşı mənim övladlarım elə deyillər (gülür).

 

 

– Özünüz necə, döymüsünüz heç?

 

– Üç uşağım var. Bir dəfə də əlimi onlara vurmamışam. İstedadlı uşaqlardır. Qızlar böyükdülər. Qız uşaqları çox rahat idarə olunur. Hər ikisi yüksək balla universitetə giriblər. Biri qırmızı diplomla universiteti bitirdi, indi İsveçrədə magistr oxuyur. Digəri indi Türkiyədə təhsil alır. Bu il məzun olub təhsilini Londonda davam edəcək. Amma oğlum dəcəllikdə mənə oxşamağa başlayır. Səkkizdə oxuyur. Böyüdükcə yavaş-yavaş ortaya çıxır. Artıq çətinlik verməyə başlayıb. İdarə etməyə çalışıram. Onları heç vaxt vurmamışam. Onları vursam, təəccüblənərlər. Bağlarımız qırılar. Kənddəki o mühit tamam başqaydı. Amma ananın vurmağı adama ləzzət edir. Məsələn, dalımca düşürdü, vururdu, qaçırdım. Qaçdı-qovdu edərdik. İndi o günləri elə arzulayıram ki, kaş o günlərə dönərdik, yenə anam məni tənbeh edərdi. Atam-anam bizi bu cür tərbiyə edib. Bizim kənd Azərbaycanın ən ucqar kəndidir. Bizdən sonra Ermənistan başlayırdı. Onlar kənddə  yetişdirib, kənddən ölkə miqyasına iki oğul çıxarıb. Ki, onlar indi öz imzaları, zəhmətiylə və başqa keyfiyyətləriylə ölkədə tanınırlar.

 

 

– Son zəng?

 

– Auditoriya qarşısındakı ilk çıxışımı son zəng günü etmişəm. Mətn hazırlamışdım. Bilirdim ki, mənə də söz verəcəklər. Mikrofonu aldım əlimə ki, dizlərim əsir. Əlimdəki vərəqləri qoydum stola. Həyəcandan titrəyirdim. Danışmaq istədim ki, səsim çıxmadı. O anın fotosu da var. Anam kütlənin arasından həyəcanla mənə baxır. Təxminən on beş-iyirmi saniyə sonra necə qızışdımsa, necə çıxış elədimsə, bir də onda ayıldım ki, hamı əl çalır. Amma mən çıxışı yekunlaşdıra bilmirəm. Və onda yenə “panika”ya düşdüm. Yazdığımdan heç nə danışa bilmədim. Bu, auditoriya qarşısında ilk çıxışım, ilk təcrübəm idi və gördüm ki, alınır. Növbəti çıxışım 1988-də, universitetdə oxuyanda oldu. Erməni məsələsi təzə-təzə qalxan vaxtlarda. Zalda ermənilərə qarşı toplantı keçirilirdi. Hətta öz şeirimdən birini də dedim. Zal partladı. Elə bilirdim məndən dahi şair yoxdu. İndi baxıram ki, o şeirləri başqası gətirsə, heç vaxt çap eləmərəm.

 

 

 

Məktəb yolları…

 

– Məktəblə evimiz arasında iki kilometr məsafə vardı. Sevirdim o yolu. Bizdə həm aşağı yol vardı, həm də yuxarı yol. Aşağı yol bağlıq, sıx meşəlikdən keçirdi. İndi də yuxularıma girir. Hər dəfə özümə söz verirəm ki, kəndə gedəndə o yolu keçəcəm. Bir dəfə getdim və məyus oldum. O qədər dəyişmişdi ki… Dedim, daha gəlməyim ki, xatirələrimdəki o məqamlar itməsin.

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles