Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

London aksiyası: Qerb texnoloqlarını ifşa eden daha bir addım – TƏHLİL

London aksiyası: Qerb texnoloqlarını ifşa eden daha bir addım – TƏHLİL

10/06/2015

19:06


10.06.2015 / 19:00 xeber –

Rebeka və himayədarlarının bu aksiyası da iflasa uğrayacaq və nəticə verməyəcək

Missiyası ekoloji sahədə maarifləndirmə olan Platform London təşkilatının insan hüquqları müdafiəçisi qismində təqdim edilməsi AntiAzərbaycan kampaniyasını idarə edənlərin mahiyyətini tamamilə açır

 

London aksiyasının təşkilatçısı  

 

İyunun 12-də BP şirkətinin Londondakı baş ofisi qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılıb. Platform Londonun təşkilatçılığı  ilə keçiriləcəyi elan edilmiş aksiyanın vaxt və məkanı təsadüfi seçilməyib: eyni gündə  Bakıda I Avropa Oyunlarının açılış mərasimi olacaq. Aksiya ““Neft “oyunlarının” qarşısında dur” şüarı ilə başlanan kampaniyanın tərkib hissəsidir. 

 

Londonda yerləşən bir təşkilatın stereotipləri qıraraq  Böyük Britaniya maraqlarının təmsilçisi olan  şirkətə qarşı çıxış etmək cürəti tapması heç də heyrətləndirici deyil. Aksiya təşkilatçılarını cürətləndirən məqam, hədəfin  Azərbaycan olmasıdır. Platform London-un “BP-yə qarşı etirazının” səbəbi BP şirkətinin Bakıda keçirilən I Avropa Oyunlarının sponsorları sırasında durmasıdır. QHT təmsilçiləri elan ediblər ki, “Azərbaycanda insan haqlarının durumundan narahatdırlar və BP insan haqları ilə bağlı narahatlıq olan ölkədə keçirilən tədbirə dəstək verməməlidir”. Aksiya iştirakçıları BP ofisindən  sonra Azərbaycanın bu şəhərdəki səfirliyi qarşısında toplaşmağı planlaşdırırlar.

 

Aksiyanı əzəmətli göstərmək üçün PL bütün vasitələrdən istifadə edib. Təşkilat bir həftə öncədən mediada elan verib, sosial şəbəkələrdə kampaniya başladıb. Bakıya gəlmiş idmançılara və jurnalistlərə ünvanlanmış  bəyanat da hazırlanıb və aksiya zamanı oxunacağı ehtimal edilir. Bəyanatın məzmunu “Həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxılmasına yardım göstərmək”dən ibarətdir. Həmçinin, aksiyanın gedişində BP-nin Azərbaycanda fəaliyyətinə həsr edilmiş və daha çox Azərbaycanın tənqidi üzərində qurulmuş kitabın təqdimatı keçiriləcək.

 

Yuxarıda təsvir edilənlər Platform Londonun rəsmi açıqlamalarından götürülüb. Açıqlamaya ilk baxışdan belə təəssürat yarana bilər ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı durum “normal deyil”. Dünyanın yüksək imicli təşkilatları isə beynəlxalq ictimaiyyəti səfərbər etməklə  Avropanın aparıcı paytaxtlarından birində çox ciddi aksiya keçirib, bu “qeyri-normallığın” aradan qaldırılmasına çalışır.

 

Amma qısa bir araşdırma aparmaq kifayət edir ki, təqdimatı təmtəraqlı olan bu mətnin aldadıcı köpükdən başqa bir şey olmadığı üzə çıxsın. AntiAzərbaycan ovqatı aksiyanın sifarişçilərini və təşkilatçılarını o qədər çaşdırıb ki, ilk baxışdan özlərini  ifşa edəcək faktları yığışdırmağı unudublar. Azərbaycanda insan hüquq və azadlıqları barədə PL-in yanlış təqdimatı bir yana, təşkilatın özünün durumu, qeyri-məqbul imici, təşkil etmək istədiyi aksiyanın qeyri-ciddiliyi və ən əsası, aksiyanın real  səbəbləri barədə qeyri-səmimi açıqlamaları aşkara çıxaracaq arqumentlər ortada qalıb. 

 

Reallıq

 

Platform Londonun vergidən yayınma və digər maliyyə maxinasiyalarına görə həbs edilmiş  Rəsul Cəfərovun müdafiəsi üçün sosial şəbəkələrdə apardığı 7 günlük onlayn kampaniyanı (https://www.facebook.com/events/473830169432311/) yalnız 2 nəfər dəstəkləyib. Xədicə İsmayılovaya həsr edilmiş kampaniyanın dəstəkçiləri isə 3 nəfərdir (https://www.facebook.com/platformlondon/photos/gm.484457711702890/1087480514600041/?type=1&theater), baxmayaraq ki, təşkilat facebook kampaniyası çərçivəsində  dəstək almaq üçün ümumi elan verməklə yanaşı,  694  nəfərə adlı müraciət göndərib . Amma bütün bunlardan sonra nəinki ciddi sosial dəstək ala bilməyib, əksinə, kampaniyanı tənqid edənlər tapılıb.

 

Təbii,  məqalənin dərcindən sonra, “yanlışlarını” aradan qaldırmaq üçün facebookda “Like”-ləri sürətlə artıracaqlarını istisna etmirik. Həmçinin, keçirəcəkləri piket zamanı sifarişçilərinə göstəriş olaraq “süni izdiham yaratma” vasitələrindən sui-istifadə edəcəkləri də gözləniləndir. Qərb texnoloqları tərəfindən dəfələrlə sınanan bu taktika aksiya hazırlayan QHT-lərə ən sıx tövsiyə olunanlar sırasındadır: əhalinin intensiv axın etdiyi yerdə durub  buklet paylamaq adı ilə adamı bir neçə saniyəlik ləngitmək kifayət edir.  Marağında olmayan mövzuya həsr edildiyini görüncə, adam təqdim edilmiş bukleti  zibil qabına tullasa da, fərq etməz, bu, heç nəyi dəyişmir: artıq aksiya təşkilatçısının təlimatlandırılmış fürsətçil fotoqrafları onu şəklə çevirərək arxivləşdiriblər. Bu, reallıqda 2 nəfər dəstəkçisi olan kampaniyanın auditoriyaya  izdihamlı təqdimatı üçün   yetərlidir. “Beynəlxalq ictimai rəy Azərbaycana qarşıdır” tezisini isbatlamaq istəyənlər bir neçə saat ərzində  yüzlərlə adamın aksiya təşkilatçısı ilə “həmrəylik nümayiş etdirən” şəkillərini paylaşıb sifarişi tamamlamış olurlar.

 

PL-in rəsmi internet saytında yerləşdirilmiş  məlumatdan aydın  olur ki, onun nəinki üzvlər baxımından dəstəkçiləri yoxdur, ümumiyyətlə nüfuzlu şəbəkələrlə də effektiv əlaqə qura bilməyib. PL-in adı ekoloji müdafiə üzrə ixtisaslaşmış nüfuzlu beynəlxalq şəbəkələrin siyahısında yoxdur. Tərəfdaşı kimi yalnız Nigeriyada yerləşən Təbiət Hüquqları Aksiyası (Enviromental Rights Action)  və Avropada təbiətin dostlarını (Friends of the Earth Europe) göstərib. Baxmayaraq ki, Friends of the Earth Europen onu özünün tərəfdaşı sayması barədə rəsmi saytında heç bir qeyd verməyib. PL ekoloji məsələlərə dair məşhur QHT şəbəkə və birliklərinin heç birində: nə  Qlobal Ekoloqlar Fondunda (http://www.globalenvironmentfund.com), nə də Ekoloqların beynəlxalq şəbəkəsində  (http://www.environmentnetwork.org ) üzvlüyə layiq görülməyib.BMT-nin Ətraf Mühit (Ekoloji) Proqramının ( http://www.unep.org/ ) ekoloji sahədə uğurlu fəaliyyət göstərən QHT-lər siyahısında da PL-in adına təsadüf olunmur.  İnsan hüquq müdafiəçiliyi sahəsində də, PL-in hər hansı addımı qeydə alınmır. Təşkilat bu sahədə fəaliyyətini Amnesty İnternational-la həmrəy olduğunu bildirməklə çərçivələndirir.

 

1983-cü ildə təsis olmasına baxmayaraq, PL-in 32 illik fəaliyyəti dövründə cəmi 3 yadda qalan aksiyası (daha doğrusu, araşdırması) olub ki, bunların da hər biri Böyük Britaniyanın  hədəfində  olan regionlara  yönəlməklə, dolayısı ilə bu ölkənin maraqlarının müdafiəsi məqsədini güdüb. Yadda qalan aksiyalardan biri  2002-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinə həsr edilib. Bakı-Tbilisi- Ceyhan neft kəmərinin ekoloji problemlər yarada biləcəyini səbəb göstərməklə aparılan kampaniya, nəticə etibarilə Azərbaycanın neft gəlirlərində güzəştə getməsi üçün aparılan ümumi  kampaniyanın tərkib hissəsi olub.  Bu cür sifarişli aksiyalardan kənarda, PL-in hansısa ciddi bir aksiyası nəzərə çarpmır.  Zatən, rəsmi büdcəsi “10-35   avroluq ianələrdən ibarət olan” (http://platformlondon.org/donate/  )  bu təşkilatdan fərqli gözlənti də yoxdur.

 

GONGO-ları (Qeyri-rəsmi olaraq hakimiyyətlərin maraqlarına xidmət üçün yaradılan Qeyri-Hökumət Təşkilatları) təkcə  hakimiyyətlər yaratmırlar. Transmilli şirkətlərin  də  QHT sektorunda qeyri-rəsmi tərəfdarlar yaratdıqlarını hər kəs bilir.  Nüfuz etdikləri ölkələrdə ictimai rəyi nəzarətdə saxlamaq üçün hər bir transmilli şirkətin beynəlxalq statuslu onlarla QHT (GONGO tipli) yaratması  taktikası yeni deyil. Həmin “Beynəlxalq QHT”nin “yerli tərəfdaşları” vasitəsilə iş qurduqları ölkələrin  ictimai sektorunu nəzarətə götürməklə, transmilli şirkətlər bu ölkələrin hökumətlərinə təsir etmək mexanizmi qazanıb, öz maraqlarını diktə etmiş olurlar. Təbii, özlərinə qarşı formalaşa biləcək etirazları önləmək üçün də bu QHT-lərdən istifadə variantı çox əlverişlidir. Bu baxımdan  PL-in son aksiyasını onun BP-nin peykləri sırasında yerini möhkəmlətmək çabası kimi də qiymətləndirmək olardı.  BP təmsilçilərinin 05 iyun tarixdə BBC-yə verdikləri açıqlamada PL-in etirazlarını əhəmiyyətsiz saydıqlarını elan etmələrindən sonra  PL-in  aksiya keçirməkdə israr etməsi isə məsələdə fərqli məqamların olması ehtimalını da artırır.

 

PL-lə bağlı məsələnin araşdırılması zamanı ciddi məqamlar diqqəti çəkir.  Missiyası ekoloji maarifləndirmə olan və uğur qazana bilməsə də,  32 il müddətində bu sahəyə nüfuz etməyə çalışan bir təşkilatın  gözləniləmədən aktivləşərək Londonda insan hüquqlarının müdafiəçisi qismində təqdim edilməsi maraq doğurmaya bilməz. İnsan hüquqları sahəsində ixtisaslaşmış onlarca QHT varkən,  künc-bucaqda  unudulmuş qeyri-ixtisaslı birini tapıb   tozunu təmizləmək kimə və nə üçün lazımdır? Sualın cavabını  PL-in insan hüquqlarının müdafiəsi sahəsində ilk debütünü  antiAzərbaycan aksiyalara qoşulmasında axtaraq.  Cavab axtarışı təkcə PL-lə bağlı deyil, həm də ümumilikdə  antiAzərbaycan kmpaniyasını idarə edən Qərb texnoloqlarının  faydalandıqları çirkin texnologiyalar, həmçinin, onların  üzləşdikləri çıxılmaz durum barədə əhəmiyytli bilgilər verir. 

 

Qərb texnoloqları  üçün dilemma 

 

Azərbaycana qarşı son bir ildə aparılan qərəzli kampaniya, əslində, bu kampaniyanın təşkilatçıları olan Qərb texnoloqları üçün  bumeranq effekti verdi. Ümumi kontekstdə son bir il təkcə Azərbaycanda deyil, bütövlükdə  postsovet məkanında Qərb illuziyasının iflas dövrü kimi xarakterizə edilə bilər. Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı müstəvisində 2013-cü ilin noyabrında başlanan  böhran,  paralel olaraq Avropanın özündə  uzun müddət dondurulmuş sosial-iqtisadi, siyasi və ən əsası, mənəvi  böhranı aktivləşdirmiş oldu.  Ukrayna üzərində oynanılan oyun, postsovet məkanının  Qərb üçün tərəfdaş deyil, böyük savaşlar üçün  nəzərdə tutulmuş  qurbanlıq olduğu faktını ortaya qoydu. Qonşuları vuruşdurmaq,  ölkələri qarışdırmaq,  daxili çəkişmələri qızışdırmaq fonunda öz maraqlarını təmin etmək taktikasından faydalanmaq          bu məkanda nəinki Qərbə olan inamı sarsıdıb, paralel olaraq Qərbin bu oyunlarında  hədəf olmaqdan yayınmaq çabalarını  artırıb.  Prosesin gedişində təkcə qorxunc niyyəti deyil, həm də  Qərbin bu regionu  qurbanlıq  kimi yetişdirmək mexanizmləri ifşa  edilib.  Xüsusi olaraq vətəndaş cəmiyyəti institutlarından bu oyunda istifadə formalarının qarşısı alınıb.

 

Fəaliyyətlərinin ifşa edilməsi  Qərb texnoloqları üçün gözlənilməz olub və çaşqınlıq yaradıb. Postsovet məkanı üzərində oyunları davam etdirmək üçün yeni metodlar kəşf edilməyib, köhnə metodlar isə ifşa edilib və keçərli deyil. Nə etməli?   Müşahidə edilən budur ki, hələlik   köhnə metodlardan simvolik dəyişikliklər etməklə faydalanmaq taktikası seçilib.  Platform Londonun səhnədə peyda olmasını da bu kontekstdə  izah etmək mümkündür.  Səhnəyə yeni adlar çıxarılmasına ehtiyac yaranıb.

 

Qayana Arustamyanla Xədicə İsmayılovanı nə fərqləndirir?

 

20-21 may tarixlərində Riqada keçirilən Avropa Birliyi Şərq Tərəfdaşlıq Proqramı üzrə Birinci Media Konfransında yadda qalan hadisələrdən biri Ermənistanın araşdırmaçı jurnalisti (freelance)  Qayana Arustamyanın məruzəsi olub.  O,Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieksin qatıldığı sessiyada Ermənistandakı durum barədə dolğun informasiya verilmədiyindən şikayətləndi.  Bildirdi ki, may ayının ilk günlərindən başlayarq, ciddi şəkildə təqib olunmağa başlayıb. O, həbs təhlükəsi, hətta həyatına təhdidlərlə üz-üzədir.  Buna baxmayaraq, nə dövlət orqanlarına ünvanladığı müraciətlərə lazımi cavab ala bilmir, nə də beynəlxalq təşkilatlardan istədiyi müdafiəni görmür.  Məsələnin maraqlı tərəfi budur ki, məhz bu sessiyada   Nils Mujnieks Ermənistanı deyil, Azərbaycanı “azad jurnalistikanın boğulduğu” ölkə kimi tənqid edir, Qayana Arustamyanın Azərbaycanlı həmkarı Xədicə İsmayılın həbsini təhrif olunmuş formada auditoriyaya çatdırmağa çalışır.  Bu, onun ənənvi mövqeyidir.  Amma cənab bir faktı nəzərdən qaçırır ki, iştirak etdiyi tədbir qapalı toplantı deyil, konfransın gedişi onlayn variantda canlı yayımlanır və bütün dünya, bu riyakarlığı şahidi olur (https://www.youtube.com/watch?t=4781&v=Xbr-BMiwy-c). Konfransın gedişində diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, həm konfrans iştirakçıları, həm də təşkilatçılar Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramı  başlayandan sonra, proqrama daxil olan ölkələrdə medianın durumunun  nənki inkişaf etmədiyini, əksinə, 6 illik dövrdə geriləmə müşahidə edildiyini vurğuladılar.  Yaranmış durum Proqramın ideya müəllifləri və icraçılarının yarıtmaz fəaliyyətlərinin nəticəsi kimi şərh edildi.  

 

Qısa bir müddət sonra, mayın sonunda isə Avropa məkanının media təşkilatlarının illik toplantısı keçirilir.  Müzakirələrin yekunu belə bir faktı aşkarlayır ki, qitə ərazisində  ən ağır durum Balkan ölkələrindədir. Bu bölgədə medianın ciddi problemi təkcə maliyyə böhranı deyil.  Bölgə həm də medianın qeyri-rəsmi güclərin təsir dairəsinə düşməsindən, jurnalistlərin təqib və təzyiqlərlə üzləşməsindən əziyyət çəkir.  Makedoniyadan olan freelance jurnalist Tomislav Kezarovskinin çıxışını göz yaşları boğur.  O, ciddi şəkildə təqib və təhdid olunduğunu, jurnalist fəaliyyətini həyatı bahasına davam etdirdiyini bildirir. Amma sonuc yenə də maraqlı alınır: Avropa Birliyinin konfransa qatılmış təmsilçisi Azərbaycandakı durum barədə müzakirələr aparmağı təklif edir…

 

Misalların sayını onlarca artırmaq mümkün olsa da, vurğulamaq istədiyimiz məqamın oxucu üçün aydınlaşdığını düşünür və yenidən baş verənlərin Platform Londonun aksiyası ilə bağlılığı üzərinə dönməyi faydalı sanırıq.

 

AntiAzərbaycan kampaniyasına süni nəfəslik

Qərb texnoloqları on illər boyunca yürütdükləri effektsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə, vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə  yıxmaq taktikasını seçirlər. Təsəvvür edək: Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, bu region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb.  Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidir. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən bir ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir.  Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı “poulyar ekspertlərin müəllif yazılarından”, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışdılar. Azərbaycan bu kampaniyalara qarşı dayandı və qarşı tərəfin özünü ifşa edə bildi.  Qərb texnoloqları məcbur olub “ağır-artilleriyanı” səhnəyə çıxarır, iyunun 5-də AŞ, ATƏT və BMT insan hüquqları üzrə komissarları birləşmiş bəyanat yayaraq güclərini birləşdirirlər.  Azərbaycan vətəndaş cəmiyyəti institutları birgə cavab bəyanatı ilə çıxış edərək bu kampaniyanı da iflasa uğradır. Çıxılmaz durumdur, Qərb texnoloqlarının  I Avropa Oyunlarından fürsət kimi  yararlanıb Azərbaycanı güzəştlərə məcbur edəcəkləri planı iflasa uğrayıb, bu sahədə onların heç bir uğuru yoxdur.  İndi son addımlarını atırlar. Amma səhnəyə çıxarmağa gücləri, deməyə sözləri, isbat üçün arqumentləri yoxdur. Məğlubiyyətlərini etiraf etməmək üçün son ehtiyatlarını meydana çıxarırlar, məsələn, künc-bucaqda qalmış Platform London kimi.

Mövzu ilə bağlı araşdırma apararkən, qarşımıza maraqlı bir fakt çıxdı.  Xarici vətəndaş Ema Xyums iyunun 9-da Azərbaycana gələrkən axşam saatlarında  Bakı aeroportunda saxlanılıb və hansısa çatışmazlığa görə geri qaytarılıb. Bu informasiyanın  birtərəfli qaydada şişirdilərək Azərbaycana qarşı kampaniyada istifadə olunmasına qərar verilir.  Bu yöndə ilk informasiya hər hansı bir informasiya agentliyində deyil, gecə yarısı Platform londonun saytında peyda olur.  Həm də Rebeka Vinsentin təqdimatı ilə. Rebeka Vinsent imzası Azərbaycan oxucusuna yaxşı tanışdır: 2012-ci ildə Avrovizion müsabiqəsi Bakıda keçirilərkən, ölkəmizin uğurlarına kölgə salmaq üçün yaradılan Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu adlı QHT koalisiyasının koordinatoru məhz bu xanım idi.  Amma iflas oldu, onun apardığı antiAzərbaycan kampaniya nəticə vermədi, əksinə, Avrovizion Bakıda uğurla keçirildi və  Azərbaycana şərəf gətirdi.  Həm də Azərbaycana etimad göstərilərək, I Avropa Oyunlarının da Bakıda keçirilməsinə qərar verildi.  2015-ci ilin əvvəlində İdman və İnsan Hüquqları Koalisiyası yarandı.  Bu Koalisiya da I Avropa Oyunları zamanı Azərbaycan əleyhinə mübarizə aparmalı idi, yenə də koordinatorlardan biri Rebeka Vinsentdir.  Və yenidən məğlubiyyət:  Azərbaycan vətəndaş cəmiyyəti institutları səfərbər olub bu Koalisiyanın fəaliyyətini də uğursuzluğa düçar etdilər.  İndi Rebeka özünə yeni platforma seçmək məcburiyyətində qalıb: Platform London.  Təcrübə imkan verir deyək ki, Rebeka və himayədarlarının bu aksiyası da iflasa uğrayacaq və özünüifşadan başqa bir nəticə verməyəcək.   Rebekanın antiAzərbaycan ovqatda köklənməsi, onu antiAzərbaycan güclərlə bağlayan səbəblər barədə isə növbəti yazıda məlumat verəcəyik. 

 

APA Analitik Mərkəzi

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website