Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

MM deputatlarından Avropa Parlamentine sert cavab – BƏYANAT

MM deputatlarından Avropa Parlamentine sert cavab – BƏYANAT

11/06/2015

02:56


11.06.2015 / 02:50 xeber –

Milli Məclisinin bir qrup deputatı Avropa Parlamentində keçirilmiş dinləmələr ilə bağlı bəyanat verib.

Lent.az-ın məlumatına görə, bəyanatda deyilir:

 

“Biz, Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçek başda olmaqla bəzi siyasi qruplar tərəfindən ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniyanın davamı kimi qiymətləndiririk. Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur.

 

Əsrlər boyu idman müxtəlif mədəniyyətləri və sivilizasiyaları təmsil edən insanları daha da yaxınlaşdıran bir amil rolunu oynamışdır. İdmanın siyasətlə qarışdırılması, yaxud siyasi proseslərdə bir alət kimi istifadə edilməsi yolverilməzdir. BMT Baş Məclisinin 2014-cü il oktyabrın 31-də qəbul etdiyi “İdman təhsilin, sağlamlığın, inkişafın və sülhün dəstəklənməsi vasitəsi kimi” A/Res/69/6 saylı Qətnamədə də idmanın, idman oyunlarının və Olimpiya hərəkatının təşkili üçün məsuliyyət daşıyan qurumların müstəqil olması zərurəti təsbit edilmişdir. Bu müstəqilliyə hökumətlər, beynəlxalq siyasi qurumlar və ayrı-ayrı siyasət adamları tərəfindən hörmət bəslənilməsi vacibdir.

 

İdmanın siyasətdən ayrı bir sahə kimi mövcudluğuna müxtəlif siyasi mülahizələr ilə xələl gətirilməməsinə və idman yarışlarının bundan sonra da ölkələr və xalqlar arasında birləşdirici körpü rolunu davam etdirməsinə xüsusi diqqət yetirilməlidir. Narahatlıq doğuran hal budur ki, Azərbaycana qarşı növbəti qərəzli hücum üçün nəcib ideallara xidmət edən Avropa Oyunları kimi hadisədən istifadə etməyə cəhd göstərilmişdir.

 

Müasir dövrdə insan və vətəndaş hüquqlarının aliliyi dünyanın əksər ölkələri tərəfindən qəbul edilmişdir. Azərbaycan da bu ölkələrin sırasına daxildir. Ölkəmizdə insan hüquqlarının və əsas azadlıqların təmin olunması üçün xeyli iş görülmüşdür və bu iş indi də davam etməkdədir. Azərbaycan Konstitusiyasının üçdə bir hissəsi insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Ölkədə tam müstəqil məhkəmə-ədliyyə sistemi formalaşdırılmışdır. Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına daxil olduğu üçün milli məhkəmələrin qərarlarından razı qalmayan hər bir ölkə vətəndaşının Avropa Məhkəməsinə üz tutmaq hüququ təsbit olunmuşdur. Bunlarla yanaşı, üzv olduğu beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq çərçivəsində Azərbaycan insan hüquqları sahəsində mütərəqqi islahatları həyata keçirməkdə davam edir. Azərbaycanda insan hüquq və azadlıqlarına tam hörmətə əsaslanan demokratik sistem formalaşdırılmışdır və bu sistemin daha möhkəm təməllər üzərində inkişaf etdirilməsi ilə bağlı siyasi iradə vardır.

 

Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbs olunması ilə bağlı Avropa Parlamentində səsləndirilən fikirlərə gəlincə, bütün bunların həqiqətdən nə qədər uzaq olduğu ölkəmizi yaxından tanıyan hər kəs üçün aydındır. Çoxu Azərbaycana səfər etməmiş, Azərbaycan haqqında məlumatı az olan deputatların kənardan onlara təqdim olunan birtərəfli informasiyaya əsaslanaraq bütöv bir ölkə barəsində mühakimələr yürütməsi, xalqın tam dəstəyinə arxalanan bir dövlətə öyüd verməyə çalışması parlament diplomatiyası prinsiplərinə və etikasına da qətiyyən uyğun gəlmir.

 

Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır.

 

Təəssüf hissi ilə qeyd etməliyik ki, həm Avropa Parlamenti, həm də onların hüquq müdafiəçisi adlandırdığı ayrı-ayrı şəxslər 20 ildən çoxdur Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün tapdalanmış insan ləyaqəti barəsində susmağa üstünlük vermişlər. İkili standartların ifadəsi olan bu qərəzli mövqe tamamilə yolverilməzdir.

 

Əslində cənab M.Şults, xanım U.Lunaçek və Azərbaycana qarşı qərəzli mövqedə dayanan digər parlament üzvləri Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin yedəyində gedirlər. Bəzən iş o yerə çatır ki, xanım U.Lunaçek və Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanı gözdən salmaq niyyəti ilə parlamentin iclasına ölkəmizdə cinayət əməlləri törətmiş şəxslərin şəkilləri olan maykalarla gəlmək kimi çirkin fitnəkarlıq hərəkətlərinə də əl atırlar.

 

Ölkəmizi öz gözləri ilə görən, buradakı vəziyyətə bələd olan hər bir şəxs, o cümlədən parlament üzvləri Azərbaycanın həqiqətən açıq və azad cəmiyyət olduğunu təsdiq edirlər. Əlbəttə, biz ölkədə müəyyən qanun pozuntularının olduğunu inkar etmirik. Lakin belə hallar dünyanın istənilən ölkəsində baş verməkdədir. Əsas məsələ ondan ibarətdir ki, ölkədə mövcud olan siyasi iradə qanun pozuntularının tamamilə aradan qaldırılmasına və qanunun aliliyi prinsipinin daha da möhkəmləndirilməsinə istiqamətlənmişdir.

 

Azərbaycan müstəqillik dövründə misilsiz inkişaf yolu keçmişdir. Həm xalqın rifah halı yüksək səviyyəyə qalxmış, həm də ölkəmiz tamamilə müasirləşmişdir. Azərbaycan gündən-günə daha da inkişaf edir və möhkəmlənir. Bunu gözü götürməyən bəzi “siyasətçilər” isə hər bir xırda məsələni əsas gətirərək Azərbaycanı gözdən salmaq cəhdlərindən əl çəkmirlər. Təəssüf ki, bunun üçün onlar Avropa Oyunlarını ən yüksək standartlara uyğun şəkildə keçirmək istəyindən də istifadə etməyi özlərinə rəva görmüşlər.

 

Azərbaycan Avropa Parlamenti ilə münasibətlərin hüquq bərabərliyi əsasında hərtərəfli inkişafında maraqlıdır. Lakin ölkəmizə qarşı yönəlmiş bu cür qərəzli kampaniyalar ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə xələl gətirməklə yanaşı, Avropa Parlamentinin nüfuzuna da zərbə vurur. İnanırıq ki, belə kampaniyalar həm ölkəmizin, həm də bütövlükdə Avropanın idman həyatında mühüm hadisəyə çevriləcək birinci Avropa Oyunlarının yüksək səviyyədə keçməsinə maneə törədə bilməyəcəkdir. Əminik ki, idmançılar və idman həvəskarları bu oyunlardan həzz alacaq, birinci və növbəti Avropa Oyunları Avropa xalqlarının daha çox qaynayıb-qarışmasına, bir-birini daha yaxından tanımasına və ortaq ümumbəşəri dəyərlər ətrafında daha sıx birləşməsinə öz töhfəsini verəcəkdir".

 

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.

 

Bahar MURADOVA,

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri.

 

Valeh ƏLƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində (PƏK) Azərbaycan nümayəndə heyətinin rəhbəri, PƏK-in həmsədri.

 

Siyavuş NOVRUZOV,

Azərbaycan Respublikası Milli Məclisinin intizam komissiyasının sədri, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Yeni Azərbaycan Partiyası icra katibinin müavini.

 

Asim MOLLAZADƏ,

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyası siyasi komitəsinin həmsədri, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri.

 

Fazil MUSTAFA,

Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları komitəsinin üzvü, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının sədri.

 

İlyas İSMAYILOV,

Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları komitəsinin üzvü, Ədalət Partiyasının sədri.

 

İqbal AĞAZADƏ,

Azərbaycan Respublikası Milli Məclisinin insan hüquqları komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Azərbaycan Ümid Partiyasının sədri.

 

Sabir RÜSTƏMXANLI,

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının sədri.

 

Sabir HACIYEV,

Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Vətəndaş Birliyi Partiyasının sədri.

 

Xanhüseyn KAZIMLI,

Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət komitəsinin üzvü, Azərbaycan Sosial Rifah Partiyasının sədri.

 

Qüdrət HƏSƏNQULİYEV,

Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri.

 

Fəzail AĞAMALI,

Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Ana Vətən Partiyasının sədri.

 

Fərəc QULİYEV,

Azərbaycan Respublikası Milli Məclisinin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri.

 

Səməd SEYİDOV,

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri.

 

Sahibə QAFAROVA,

Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin üzvü, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-da bərabərlik və qeyri-diskriminasiya komitəsinin qadınlara qarşı zorakılıqla mübarizə məsələləri üzrə baş məruzəçisi və AŞPA-nın zorakılıqdan azad qadınlar şəbəkəsinin siyasi əlaqələndiricisi.

 

Fuad MURADOV,

Azərbaycan Respublikası Milli Məclisinin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasının enerji komitəsinin həmsədri, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsində (PƏK) Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini.

 

Sevinc FƏTƏLİYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin uşaq məsələləri üzrə baş məruzəçisi, AŞPA-da uşaqlara qarşı zorakılıq məsələləri üzrə Azərbaycan parlamentinin əlaqələndiricisi, AŞPA-nın Avropa sosial xartiyası üzrə alt-komitəsi sədrinin müavini.

 

Gülçöhrə MƏMMƏDOVA,

Azərbaycan Respublikası Milli Məclisinin elm və təhsil komitəsinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

 

Məlahət İBRAHİMQIZI,

Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin üzvü, NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

 

Jalə ƏLİYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü.

 

Sevinc HÜSEYNOVA,

Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.

 

Sədaqət VƏLİYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin üzvü, TürkPA-da Azərbaycan nümayəndə heyətinin üzvü.

 

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles