Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Güleş yığmamızın böyük meşqçisi Nureddin Recebov: “Ən azı 4-5 medal qazanmağa iddialıyıq”

Güleş yığmamızın böyük meşqçisi Nureddin Recebov: “Ən azı 4-5 medal qazanmağa iddialıyıq”

11/06/2015

20:16


11.06.2015 / 20:11 xeber –

“Komandamızın heyəti Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev tərəfindən elan edilib. Millimiz Avropa Oyunlarına Elman Muxtarov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət heyətlə qatılacaq”. Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının böyük məşqçisi Nurəddin Rəcəbov deyib.

 

Mütəxəssis komandamızın son durumu və medal gözləntilərimiz haqda ətraflı məlumat verib, yarışa qatılacaq digər yığmaların gücü barədə danışıb. Rəcəbov bildirib ki, Dünya Kubokuna sahib çıxmaqla Azərbaycan tarixində ilkə imza atan yığmamıza Avropa Oyunlarında da ümidlər yüksəkdir: “Komandamız bir qədər öncə tariximizdə ilk dəfə Dünya Kubokuna yiyələndi. Bunlar hamısı hazırlığımızın göstəricisidir. Bundan dərhal sonra qarşıdakı yarışları dərk edərək, təlim-məşq toplanışlarına ara vermədik. Avropa Oyunları ilk dəfə Bakıda keçirilir, sonra bizi Las-Veqasda Olimpiadaya lisenziya xarakterli dünya çempionatı gözləyir. Yəni, bu yarışlar komandamız üçün böyük əhəmiyyət daşıdığından Dünya Kubokundan dərhal sonra məşqlərə başlayıb, səylərimizi birə-beş artırdıq. Azərbaycan dövləti, Azərbaycan Güləş Federasiyası tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində komandamız, güləşçilərimiz hazırda çox yaxşı formadadırlar”.

 

Son Olimpiadalar, dünya və Avropa çempionatlarında medal qazanmağı ənənəyə çevirən klassiklərimiz uğurlu seriyanı qorumağı hədəfləyiblər: “Bəli, artıq bu ənənəyə çevrilib. Harada medal ümidlərimizdən danışılırsa, güləşçilərimizdən söhbət gedir. Bu, bizim məsuliyyətimizi bir qədər də artırır. Çünki xalqımızın güləşçilərimizə etibarı yüksəkdir. Hazırlığımız yüksək səviyyədədir. İl başlayandan bitənə kimi eyni təlim-məşq toplanışları olmur. Məsələn, beynəlxalq turnirə, digər yarışlara və Avropa Oyunlarına tam fərqli hazırlıq keçmişik”.

 

Yığmamızın əsas üzvlərindən olan Rövşən Bayramov, Vitali Rəhimov və Emin Əhmədov Avropa Oyunlarına qatılmayacaqlar. Böyük məşqçi Olimpiada, dünya və Avropa çempionatlarının mükafatçılarının heyətə düşə bilməməsinə aydınlıq gətirib: “Güləşçilərin seçiminə ümumi baxırıq. Azərbaycan çempionatı keçirildi, ardınca beynəlxalq turnirlərə qatıldıq. Bunun üçün komandaya ümumi baxış keçiririk. Bizi qarşıda çox gərgin olacaq dünya çempionatı da gözləyir. Məşqçilər korpusu tərəfindən də belə qərara gəldik ki, təcrübəli idmançılarımızı mundial üçün qoruyaq və Avropa Oyunlarında öz sözlərini deyə biləcək gənc pəhləvanlarımıza şans verək”.

 

Avropa Oyunlarında güləş yarışları eyni zamanda qitə çempionatı statusunu daşıyacaq. N. Rəcəbov bildirib ki, bunun əhəmiyyətini dərk edir və uğurlu çıxışa ümid bəsləyirlər: “Avropa Oyunları tarixi bir hadisədir. Burada çempion olacaq idmançılar adlarını yarışın tarixinə qızıl hərflərlə yazdıracaqlar. Güləşçilərimiz bunun məsuliyyətini dərk edir. Onların hər birinin daha iddialı olduğunu görürük. Güləşçilərimiz üçün hər bir şərait yaradılıb. Hətta onların daha yaxşı mübarizə aparması üçün psixoloqumuz da var. Bu da vacibdir. Çünki bəzən hansısa idmançının psixoloqa ehtiyacı olur və rəhbərlik bunu da nəzərə alıb. Həqiqətən, psixoloqla işlədikdən sonra baxırsan ki, fikirləri dəyişib, hamısı medala iddialıdır”.

 

Çalışdırıcı komandanın iranlı baş məşqçi Cəmşid Xeyrabadinin məşqlərinə də uyğunlaşdığını xüsusi vurğulayıb. Bir vaxtlar təmsilçilərimiz üçün ağır keçən məşqlər artıq adi hazırlığa çevrilib: “Güləşdə yeniyetmə, gənc və böyüklər arasında fərqli məşq dövrü olur. Sonuncuda xüsusilə yüngül hazırlığın olması belə mümkün deyil. Bəli, məşqlərimiz həddindən artıq ağırdır. Bütün çatışmazlıqlar, hətta güləşçinin yeməyindən, itirdiyi və bərpa edəcəyi kalori barədə gündəlik qeydlər aparırıq. Komandamız artıq Xeyrabadinin məşq planına uyğunlaşıb. Ən əsası, dərk ediblər ki, uğurlu nəticələr və ya işıqlı yollar üçün ağır məşqlər vacibdir”.

 

N. Rəcəbov Avropa Oyunlarına tam heyətlə qatılacaq yığmamızdan ən azı 4-5 medal gözlədiklərini deyib: “Avropa Oyunlarında çox yüksək nəticələr gözləyirik. Bir-bir ad açıqlamaq istəməzdim. Lakin onların hamısında mükafat gözləyə bilərik. İnanıram ki, medallarımızın, xüsusilə də “qızıllar”ımızın sayı prezidentimizi, dövlətimizi, xalqımızı sevindirəcək qədər olacaq. Mükafatın sayına gəlincə, fikrimizdə 4-5 medal tutmuşuq. Bunların da əksəriyyətinin çempionluqla qazanılacağına ümid edirik”.

 

Böyük məşqçi güləşdə edilən qayda dəyişikliklərində də söz açıb. O bildirib ki, London Olimpiadasından sonra qaydalara 2 dəfə dəyişiklik edilsə də, artıq pəhləvanlarımız buna tam uyğunlaşıblar: “Vitse-prezidentimiz, rəhbərliyimiz hər gün məşqlərimizi izləyirlər. Qaydalara daha yaxşı uyğunlaşmaq üçün hazırlığa hakimləri də dəvət edirik. Güləşçilərimizə də bu barədə mütəmadi məlumatlar verilir. Məsələn, əvvəl güləşçini itələyərək, döşəkdən çıxarmaq olurdusa, indi buna icazə verilmir. Bu hal güləşə-güləşə baş verməlidir. Əgər idmançıya əl və ya baş dəyərsə, bu zaman fürsətdən istifadə edib, dincəlməyi belə hakimlər tərəfindən qeydə alınır. Yaxud, parter vəziyyətində fit verildisə, idmançı yığıla bilməz, tam açıq olmalıdır və s. Bunlardan öncə də dəyişikliklər olmuşdu. Güləşçinin aktiv və ya passiv döyüşməsinə də ciddi fikir verilir. Əgər əvvəl 3 xəbərdarlıq verilirdisə, hazırda xəbərdarlıqla passiv fərqli şeylərdir. Yəni, idmançı güləşmirsə, ona xəbərdarlıq deyil, passiv verilir və rəqibinin aktivinə 1 xal əlavə edilir. Başdan, əldən və ya trikodan tutmaq isə xəbərdarlıq kimi qeydə alınır. Artıq hamı buna uyğunlaşıb, mənimsəyib. Bu dəyişikliyin bizə problem yaratması mümkün deyil”.

 

N. Rəcəbov Oyunlar öncəsi komandada yükləmələri azaltdıqlarını da deyib. O bildirib ki, bu, həmçinin çəki salma prosesinin bir hissəsidir: “Təlim-məşq toplanışı davam edir, arada 3-4 gün tam deyil, aktiv istirahət veririk. Proqramımızı elə qurmuşuq ki, Oyunlara 10 gün qalmış yükləmələri azaldırıq. Ardınca idmançıda çəki salma prosesi başlayır. Yəni, son həftə məşqlərimiz çox zəif olur. Çəki salma və ya qaldırmaya gəlincə, bu normal haldır. Məsələn, komandamızda Orxan Nuriyevin çəkisi çıxış edəcəyi kateqoriyadan azdır. Amma çəki salma və ya qaldırmanın düzgün qaydaları var. Federasiya tərəfindən artıq diyetoloq da tutulub. O, idmançıların yeməyinə nəzarət edir ki, salınacaq çəki hiss olmasın və problemsiz həyata keçirilsin. Yəni, güləşçi lazım olan kalori bədənində saxlamaqla, artıq çəkini atsın. Nəticədə bütün proseslər düzgün gedərsə, idmançı döyüşü də yüksək səviyyədə keçirər”.  

 

N. Rəcəbov Azərbaycana gələcək yığmalar arasında aşkar favorit görmür. O, yarışa qatılacaq digər dövlətlərlə müqayisədə Ermənistan millisini çox zəif hesab edir: “Hazırda zəif ölkə yoxdur. Bəzi çəki dərəcələrində bu hal yaşana bilər. Lakin Avropa və ya dünya çempionatında zəif gördüyün idmançılar bəzən güclüləri də arxada qoyur. Biz yalnız bir dövlətə zəif rəqib kimi baxırıq. Bu da düşmən dövlətimiz Ermənistandır. Onlar Bakıya 4 idmançı ilə gələcəklər və deyərdim ki, onlara qarşı ciddiyyətimiz daha çoxdur. Həmçinin, psixoloji hazırlığımız yüksək səviyyədədir. Biz lazımı səviyyədə güləşib, ermənilərin burada hansısa yeri tutmasına imkan verməyəcəyik”.

 

Ermənistan güləşçiləri qalib gələcəkləri halda, yerli Milli Olimpiya Komitəsindən 50 min, eyni zamanda, Güləş Federasiyasından da bu məbləğdən az olmayan mükafat alacaq. Böyük məşqçimiz bildirib ki, biz işğalçı ölkə təmsilçilərindən daima güclüyük və onların Bakıya gələcək 4 idmançısını lazımınca analiz ediblər: “Biz tarixən onlardan güclüyük. Yığmamızın qazandığı Dünya Kubokunda da ermənilər hansısa yeri tutmadılar. Təbii ki, hər bir ölkə özü üçün iddialıdır və Azərbaycanın da öz iddiası var. Hazırlıq vaxtı hər çəki üzrə rəqib ola biləcək idmançıların əvvəlki döyüşlərini izləyirik. Kim hansı fəndə üstünlük verir, kimlə necə güləşmək, taktikanı necə qurmaq, texnikanı necə istifadə etmək lazımdırsa, hamısını analiz edirik. Yəni, məşqlərimizdə tək döşəkdə güləşmək deyil, psixoloji, taktiki və texniki hazırlıqları da nəzərə alırıq”.

 

N. Rəcəbovun sözlərinə görə, əvvəlki dövrlə müqayisədə hər bir sahədə inkişaf etdiyimiz kimi ədalətli hakimlərimiz də yetişib. Çalışdırıcı bildirib ki, savadlı, tanınmış hakimlərimiz var və onlar Avropa Oyunlarında ədaləti qoruyacaqlar: “Federasiyamızda Hakimlər Kollegiyası fəaliyyət göstərir və buraya arasında qadınlar da olmaqla regionlardan maraq göstərənlər cəlb edir. Bu da ondan irəli gəlir ki, daha mötəbər yarışda 1-2 deyil, daha çox referi ilə təmsil olunaq”.

 

Yeniyetmələrdən ibarət yığmamızda baş məşqçi işləyən N. Rəcəbov ölkəmizdə ənənəsi olan güləşin inkişaf yollarından da danışıb. O, kifayət qədər ehtiyat qüvvənin olduğuna və yeni nəslin gələcəkdə də ölkəmizin idman şərəfini layiqincə qoruyacağına inam ifadə edib: “Zona birincilikləri ilə seçim imkanımız genişdir. Burada fərqlənənlər kiçikyaşlı qruplara cəlb edilir. Ardınca “ələnə-ələnə” yeniyetmələrə, gənclərə və böyüklərə keçir. Kiçik yaş qruplarında təcrübəli mütəxəssislərimiz çalışır. Əlbəttə, artıq yeniyetmələrdən ibarət qruplar bizim bünövrəmiz sayılır. Qanunauyğun olaraq, həmin yaş qrupunda beynəlxalq yarışlarda 7-8, gənclərdə 5-6, böyüklərdə 4-5, yaxud 3 medal qazanılır və beləcə əsas komanda formalaşır”.

 

Böyük məşqçi Avropa Oyunlarını gənclər üçün bir sınaq da adlandırıb. Onun sözlərinə görə, Bakı-2015-də gənclər gözlənilən kimi uğurlu çıxış etsələr, onların digər təcrübəli idmançılarımızla sınaq döyüşü keçirməsi də istisna edilmir: “Həmçinin, biz güləşçini tək nəticəsinə görə deyil, onun məşqçilər tərəfindən qoyulan qayda-qanuna riayətinə, tərbiyəsinə və davranışına da ciddi nəzarət edirik. Bütün bunlar uyğun gələrsə, ona etimadımız daha yüksək olur. Belə deyək, Avropa Oyunları dünya çempionatı üçün həm də bir sınaqdır”.

 

N. Rəcəbov yunan-Roma yığmamız kimi sərbəst və qadın güləşçilərimizin də şanslarını dəyərləndirib. Onun sözlərinə görə, eyni federasiyanı təmsil etdikləri üçün eyni diqqət və qayğı ilə əhatə olunublar: “Bazalarımız eynidir və həmin yığmalarda da kifayət qədər öz sözünü deyə bilən təcrübəli idmançılar var. Hazırlıqları da yüksəkdir. Hərdən sərbəst və yunan-Roma komandalarımız birləşib, məşqi bir yerdə edirik. Əgər biz 4-5 medal proqnozlaşdırırıqsa, onların da hər birində elədir. Ümumi komanda hesabında da çalışacağıq ki, Güləş Federasiyası kimi liderliyimizi saxlayaq. Mükafatlarımızın, xüsusilə qızıl medallarımızın sayının çox olması ilə xalqımızı sevindirmək istəyirik”.

 

Böyük məşqçi qitədə ilk dəfə keçiriləcək yarışa Azərbaycandan kənarda da böyük diqqətin olduğunu vurğulayıb. O bildirib ki, hansı xarici ölkədə olublarsa, orada əsas söhbət ev sahibliyi edəcəyimiz Avropa Oyunlarıdır: “Hər biri yaxınlaşıb buna marağını gizlətmir. Hətta Azərbaycanın necə ev sahibliyi edəcəyini də təsəvvür edirlər. Yarışa təşkilatçılığımızın Yay Olimpiya Oyunlarından aşağı deyil, yüksək olacağına inam da ifadə edirlər. Hətta sıx əməkdaşlıq etdiyimiz dövlətlər var ki, onlar burada iştiraka və ya izləməyə tələsirlər. Bəzi ölkələrdən necə buraya gəlməklə bağlı müraciətlər də olur. Bütün dünyanın gözü hazırda Bakıdadır və hamısı da bunu canlı izləmək arzusundadır”.

 

N. Rəcəbov veteran idmançıların Oyunların hazırlığında yaxından iştirak etməsinin faydasından da danışıb. Onun sözlərinə görə, federasiyanın vitse-prezidenti Fərid Mansurov məşqə gəldiyi zaman komandaya böyük stimul verir: “Mansurovun zala girməyi belə ruh-yüksəkliyidir. Həmçinin, idmançılarımız baxıb ondan örnək belə götürür, daxilində Olimpiya çempionu olmaq istəyi keçir”. 

 

Çalışdırıcı Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Atletlər kəndində yığmamızla görüşməsini ən böyük ruh yüksəkliyi sayır. Onun sözlərinə görə, ölkə rəhbərinin xeyir-duası hər bir atletə əlavə stimul verib: “Prezidentimiz İlham Əliyev, xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Atletlər kəndində oldular. Avropa Oyunlarına qatılacaq idmançılarımızla böyük bir görüş keçirdilər. Cənab prezidentə komandalara böyük stimul verdiyi üçün təşəkkür edirik. Xeyir-duasını verdi və biz də – məşqçilər, idmançılar məsuliyyətimizi dərk edərək, həqiqətən onu sevindirəcəyik. Prezidentimizin idman qayğısı böyükdür. Bizdə milli mentalitet var, əsas məqsədimiz himnimizi səsləndirib, bayrağımızı yüksəklərə qaldırmaqdır”.

 

N. Rəcəbov azarkeşlərə də səslənib. O bildirib ki, hər bir idmançı tərəfdarlarla daha güclü olur və medal sevincini onlarla birgə yaşamaqdan zövq alır: “Azarkeşlər nə qədər çox olsa, idmançı nə qədər çox tərəfdar görsə, o qədər də böyük məsuliyyət dərk edir. Bununla yanaşı, idmançıya böyük stimul da verir. Tamaşaçılara deyərdim ki, əl-ələ verək, Avropa Oyunlarında bütün idman növləri üzrə yarışlarda maksimum dərəcədə təmsilçilərimizə dəstək olaq. Bununla bütün dünya, Avropa görsün ki, Azərbaycan həqiqətən də idman dövlətidir, dünya səviyyəsində tanınmış idmançılarımız var”.

 

Böyük məşqçi sonda karyerasının Avropa Oyunlara düşməməsindən də təəssüflənib. O bildirib ki, Bakıda keçiriləcək bu yarışın güləşçi olduğu dövrə təsadüf etməsini çox istəyərdi: “Prezident İlham Əliyev, Güləş Federasiyasının prezidenti Fazil Məmmədov güləşçilərin bütün qayğıları ilə maraqlanıb, hər bir şərait yaradıblar. Bütün idmançılar kimi bu cür diqqət və qayğını təbii ki, istəyərdik. Bunu nəinki mən, mənim kimi idmançılar, məşqçilər çox istəyərdik ki, Avropa Oyunları bizim dövrə də təsadüf etsin. Bu səbəbdən indi idmançılar məsuliyyətini dərk edir. Bu, doğurdan da tarix yazmaq deməkdir. İnşallah, özlərini doğrultmalıdırlar və buna da inanıram”.

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles