12.06.2015 / 01:01 xeber –
Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Xəzər rayonunda “Hyundai” və “Zil” markalı iki yük avtomobili toqquşub. Nəticədə deformasiyaya uğramış “Hyundai” markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Dədəlov Müşfiq Əlizadə oğlu aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Dərhal FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. M.Dədəlovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Mənbə : Lent.az
Şərh yaz.