12.06.2015 / 12:20 xeber –
“Bakı-2015” birinci Avropa Oyunlarına start verilib.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, birinci Avropa Oyunlarının ilk günündə su polosu yarışlarının qrup mərhələsi çərçivəsində 6 görüş keçiriləcək.
Qadınların mübarizəsində “A” qrupunda Niderland millisi İsrail, Macarıstan yığması Almaniya, Yunanıstan kollektivi isə Böyük Britaniya komandası ilə qarşılaşacaq.
“B” qrupunda isə İspaniya millisi Serbiya, Rusiya yığması Slovakiya, İtaliya komandası isə fransalı su poloçuları ilə qarşılaşacaqlar.
Su polosu üzrə qadınların yarışında Azərbaycan komandası iştirak etmir.
Mənbə : Lent.az
Şərh yaz.