17 Mart, 2018 07:30 xeber – Bakıda yüksək sürətlə hərəkət edən minik avtomobili piyada keçidindən istifadə edən qadına ağır xəsarət yetirib.
“Report”un xəbərinə görə, yol-nəqliyyat hadisəsi Nəsimi rayonunda baş verub.
Cavadxan küçəsində piyada zolağından yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Mikayılova Mənzər Həsən qızını sürətlə hərəkət edən minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Fakt Nəsimi Rayon Polis İdarəsində araşdırılır.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.