2018-03-18T12:31 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Afrinin mərkəzini nəzarət altına aldığını bəyan edib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, o, bunu 18 mart Şəhidlərin Xatirə Günü və Çanaqqala zəfərinin 103-cü ildönümü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı bildirib.
Ərdoğan Afrin şəhərinin mərkəzinin Türkiyə vaxtı ilə saat 08.30 —dan etibarən tamamilə nəzarət altına alındığını qeyd edib.
Bu gün Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Zeytun budağı” hərəkatı çərçivəsində Azad Suriya Ordusu şəhərin cənub-şərqindən Afrinə girməyə başlayıb.
mənbə :
Sputnik
Sorry, comments for this entry are closed at this time.