Rusiya paytaxtinda tehlukeli anlar: 100 nefer texliye edilib, olen ve yaralilar var

[r32]
2018-04-04T16:11 xeber – Xəbər verdiyimiz kimi, Moskvanın şərqində yerləşən uşaqlar üçün “Persey” ticarət mərkəzində yanğın baş verib. Xilasedicilər mərkəzdən 100-dək ziyarətçini evakuasiya ediblər. Zərərçəkənlər var.
©
Sputnik / Kirill KallinikovBu dəfə Moskva şokda – VİDEO
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya paytaxtının fövqəladə hallar xidmətindəki mənbə məlumat verib. “Yanğın mürəkkəbliyinə görə 2-ci dərəcəli (güclənən) qiymətləndirilir. Zərərçəkənlər var, ziyarətçilər xilasedici nərdivan vasitəsilə təxliyə edilir” — deyə fövqəladə hallar xidmətinin əməkdaşı bildirib.
Fövqəladə Hallar Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəhbəri İlya Denisovun verdiyi məlumata görə isə, hadisə nəticəsində mərkəzin bir əməkdaşı ölüb. Yanğınsöndürmə xidmətinin üç xilasedicisi isə xəsarət alıb. Yanğın 80 kvadrat metr ərzini əhatə edib. Yanğının qarşısı tamamilə alınıb.
Sözügedən dördmərtəbəli ticarət mərkəzi Moskvanın şərqindəki Malaya Semenovskaya küçəsi 28 ünvanında yerləşir və 2009-cu ildən fəaliyyət göstərir. Onun ümumi sahəsi 6 min kvadratmetr təşkil edir.
Kompleksdə uşaq geyimləri, ayaqqabıları, oyuncaqları, arabaları, mebel və qidaları satılır. Mərtəbələrin birində attraksionların olduğu əyləncə zonası quraşdırılıb. Hazırda yanğının baş vermə səbəbləri aydınlaşdırılır.
Bu insident Kemerovoda baş verən məşum yanğından sonra aparılan kütləvi yoxlamalar əsnasında baş verib.
Xatırladaq ki, bu il martın 25-də Kemerovodakı dördmərtəbəli ticarət mərkəzində yanğın baş verib. Yanğında 41-i uşaq olmaqla 64 nəfər faciəvi surətdə həlak olub, 13 nəfər dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.
mənbə :
Sputnik