Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Azerbaycan prezidenti rusiyali hemkari ile sexsi munasibetlerinin ozelliklerini aciqladi

Azərbaycan prezidenti rusiyalı həmkarı ilə şəxsi münasibətlərinin özəlliklərini açıqladı

06/04/2018

14:20



2018-04-06T14:13 xeber – “Əlbəttə, liderlərlə şəxsi kontaktlar həmişə istənilən dövlətlərarası münasibətlərdə, özü də çoxəsirlik tarixin bağladığı qonşu dövlətlər arasındakı münasibətlərdə vacib rol oynayır. Prezident Vladimir Vladimiroviç Putinlə şəxsi münasibətlərimiz ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin uğurlu inkişafı üçün mühüm amillərdən biridir”.
©
Foto: Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsiİlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycanın prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”nın Rusiya və Azərbaycan liderlərinin şəxsi əlaqələrinin iki ölkənin münasibətlərində nə dərəcədə vacib olduğu barədə sualını cavablandırarkən deyib. “Vladimir Vladimiroviç Putinlə bizim tez-tez baş tutan görüşlərimiz, ikitərəfli və çoxtərəfli formatda əlaqələrimiz ikitərəfli münasibətlərin, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə şərait yaradır” — İlham Əliyev bildirib.
“Bizdə qapalı mövzular yoxdur. Bizim müdaxiləmizi tələb edən hər hansı məsələlər yarandıqda hökmən zəngləşirik, yaxud görüşürük və tabeliyimizdə olanlardan kiminsə yol verdiyi qüsurları tənzimləyirik. Bu vacib amil dövlətlərarası əməkdaşlıqda mühüm rol oynayır. Düşünürəm ki, bir çox cəhətdən bizim qarşılıqlı etimada əsaslanan şəxsi münasibətlərimiz, ölkələrimizin bir-biri üçün önəmli olduğunu başa düşməyimiz sayəsində biz əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olmuşuq. Bunu Rusiya da bəyan edir, Azərbaycan da” — Azərbaycan prezidenti əlavə edib.
İlham Əliyev qeyd edib ki, bir sıra məsələlərdə Putinlə çox sıx qarşılıqlı əlaqə saxlayır: “İqtisadi sahədə aramızda əmtəə dövriyyəsi artır, nəqliyyat, energetika sahələrində birgə layihələr həyata keçiririk. Çox geniş sahələrdən biri də humanitar əməkdaşlıqdır. Azərbaycanda 300-dən çox məktəbdə rus dilində təhsil mövcuddur, Azərbaycanın bütün dövlət ali təhsil müəssisələrində rus dilində fakültə var”.
“Nisbətən yaxın vaxtlarda Bakıda Rusiyanın iki aparıcı ali məktəbinin — Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Akademiyasının filialları açılıb. Bu da bizim humanitar əməkdaşlığımız üçün mühüm amildir” — deyən İlham Əliyevin fikrincə, qonşular və dostlar arasında münasibətlər məhz belə olmalıdır.
mənbə :
Sputnik


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website