Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Taninmis alim Mirhasim Talisli Lenkeranda defn edilib

Tanınmış alim Mirhaşım Talışlı Lənkəranda dəfn edilib

06/04/2018

23:00


6 Aprel, 2018  22:57 xeber – Filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü, ədəbiyyatşünas alim Mirhaşım Talışlı bu gün dəfn edilib.”Report” xəbər verir ki, M.Talışlı Lənkəran şəhərinin “Sərdaxıl” qəbirstanlığında torpağa tapşırılıb.Talışlı Hacı Mirhaşım Mirmurtuza oğlu 1926-cı ildə Lənkəran rayonunda anadan olub. M. Talışlı 16 yaşından “Müsafir” imzası ilə yüzlərlə qəzəl, qəsidə, təxmis, təzmin, mürəbbe, mərsiyə, satirik şeir yazıb. Əruz vəzninin mahir bilicisi olub, Azərbaycan ədəbiyyatında ilk dəfə əruz vəznində sonet yazıb. “Dedim ki, sözüm qala” şeirlər kitabı, “125 yaşlı məktəb”, “Lənkəran” kitablarının, XIX əsr Lənkəran ədəbi mühiti haqqında elmi əsərin müəllifidir. 2010-cu ildə “Xatirəmdə yaşayanlar” kitabı çap olunub. Talış xanlarından olan Mir Mustafa xan Talişinskinin nəslindəndir.Qeyd edək ki, tanınmış alim dünən axşam saatlarında Lənkəran şəhərində vəfat edib.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website