Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Aİ olkelerinin XİN rehberleri 'Skripal isi'ni muzakire edecekler

Aİ ölkələrinin XİN rəhbərləri 'Skripal işi'ni müzakirə edəcəklər

07/04/2018

01:00


7 Aprel, 2018  00:46 xeber – Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripalın və qızı Yuliya Skripalın zəhərlənməsi məsələsini Lüksemburqda, aprelin 16-da müzakirə edəcəklər.”Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Aİ-nin saytında yayılmış məlumatda bildirilir.Sənəddə qeyd olunur ki, XİN rəhbərləri Rusiya barəsində fikir mübadiləsi aparacaqlar. Nazirlər Solsberidə baş vermiş hücum ətrafında hadisələrin son inkişafını, xüsusən Rusiya diplomatlarının qurumun üzvü olan və üzvü olmayan bəzi ölkələrdən çıxarılması da daxil olmaqla, Aİ-nin 22-23 mart sammitini müzakirə edəcəklər. Bundan əlavə, qeyd edilir ki, Avropa dövlətlərinin XİN başçıları həmçinin qurumun Rusiya ilə bağlı 2016-cı ilin martında qəbul edilmiş prinsiplərinin reallaşmasını da nəzərdən keçirəcəklər. Qeyd edək ki, Solsberidə baş vermiş zəhərlənmə ilə əlaqədar martın 26-da ABŞ, Kanada və Aİ ölkələri Rusiya diplomatlarını ərazilərindən çıxardıqlarını bildiriblər. Rusiya da öz növbəsində cavab tədbirləri görüb. 

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website