Ermenistanda yol qezalarinin sayi iki defe artib

[r32]

7 Aprel, 2018  03:28 xeber – Ötən ilin müvafiq dövrü ilə müqayisədə Ermənistanda yol qəzalarının sayı iki dəfə artıb.”Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.Məlumatda bildirilir ki, ilin ilk 2 ayı ərzində ölkədə 184 yol-nəqliyyat hadisəsi baş verib. Onlardan 43-ü ölümlə nəticələnib. Ötən ilin analoji dövründə bu rəqəm 84 hadisə olub. Onlardan 19-u ölümlə nəticələnib. Ölkənin yol polisi profilaktika məqsədilə fevralın 8-dən mobil spidometrlərin tətbiqinə başlayıb.

mənbə :
Report.az