Bakida qadinin telefonunu zorla elinden alan kecmis mehkum tutulub

[r32]

7 Aprel, 2018  13:01 xeber – Bakıda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub.Dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn idarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər. Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib. Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.

mənbə :
Report.az