Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

İstanbulda tanker bogaz sahilinde yerlesen XVİİİ esre aid saraya cirpilib – FOTO

İstanbulda tanker boğaz sahilində yerləşən XVIII əsrə aid saraya çırpılıb - FOTO

07/04/2018

21:00


7 Aprel, 2018  20:44 xeber – Malta bayrağı altında üzən “Vitaspirit” adlı tanker İstanbulun Bosfor boğazı sahilində yerləşən köhnə saray binasına çırpılıb.“Report” xəbər verir ki, bu barədə “CNN Turk”ə istinadən “Reuters” məlumat yayıb.Qəza İstanbulun şimal hissəsində yerləşən Sultan Mehmet Fatih körpüsü yaxınlığında baş verib.İlkin məlumatlara görə, hadisəyə tankerin sükan avadanlığının ilişməsi səbəb olub. Qəza yerinə sahil mühafizəsinin gəmiləri gələrək tankeri binadan uzaqlaşdırıblar. Hadisə nəticəsində xəsarət alan olmasa da, tarixi əhəmiyyətə malik XVIII əsrə aid saraya böyük ziyan dəyib. Binanın divar və tavanının yarısı uçub.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website