Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Ermenistan silahli quvvelerinin ateskes rejimini 86 defe pozub

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini 86 dəfə pozub

08/04/2018

09:40


8 Aprel, 2018  09:32 xeber – Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub.“Report” xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Quşçu Ayrım, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Şirvanlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website