Aktrisa Leyla Abasidze Tbiliside vefat edib

[r32]

9 Aprel, 2018  00:15 xeber – Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib.”Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət Palatasından jurnalistlərə məlumat verilib.Məlumata görə, artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub. 1951-ci ildə Tbilisinin Teatr İnstitutunun aktyorluq fakültəsini bitirən Abaşidze bir sıra komik və dramatik rolları ifa edib. O, oynadığı rollara görə bir sıra mükafatlar qazanıb. Abaşidze 2010-cu ildə Tbilisinin fəxri vətəndaşı adını qazanıb.

mənbə :
Report.az