10 Aprel, 2018 19:32 xeber – İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Antonio Marsial komandası ilə müqavilənin müddətini artırmaqdan imtina edib.”Report”un məlumatına görə, 22 yaşlı fransalı futbolçu İngiltərə təmsilçisində oyunlar zamanı ehtiyatda daha çox qaldığı üçün bu qərarı qəbul edib.Hücumçu ilə Fransanın PSJ, İngiltərənin “Tottenhem” və İspaniyanın “Atletiko”(Madrid) klubları yaxından maraqlanır. Qeyd edək ki, Marsial 2015-ci ildə “Monako”dan transfer olunub. O, cari mövsüm İngiltərə Premyer Liqasında 29 matçda iştirak edib və 9 qola imza atıb.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.