11 Aprel, 2018 01:12 xeber – Rusiya ABŞ-ın Suriyada güman olunan kimyəvi hücumun araşdırılması üçün yeni mexanizmin yaradılmasına dair BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsinə veto qoyub.“Report” xəbər verir ki, Şuranın 12 üzvü sənədin lehinə, Rusiya (BMT-nin daimi üzvü) və Boliviya əleyhinə səs verib, Çin isə bitərəf qalıb.Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, təklif olunan layihənin araşdırmaların müstəqil aparılması ilə heç bir əlaqəsi yoxdur.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.