Qacqinlar prezidentin paltarlarini geyinecekler

[r32]
2018-04-12T16:37 xeber – Fransada miqrantlara prezidentin köhnə kostyumlarını veriblər. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, keçmiş prezindet Jak Şirakın qızı miqrantlara kömək məqsədilə atasının köhnə geyimlərini verib.
Klod Şirakın bu hərəkəti haqqında fotoqraf Yan Artyus Bertran danışıb. Onun sözlərinə görə, qışda miqrantlara kömək edən Mari Jo ona zəng edib. Qadın bildirib ki, onda qaçqınlar üçün heç bir qış geyimi yoxdur.
Bu zaman Artyus Bertran Şirak Fonduna yazıb. Ona Klodun özü cavab verib və bildirib ki, bu işlə məşğul olacaq. Bir neçə gündən sonra rahibə Mario Joya Şirakın avtomobili yaxınlaşıb. Onlar keçmiş prezidentin paltarlarını gətiriblər.
“Mən hesab edirəm ki, qaçqınların keçmiş prezidentin geyimlərini geyməsi sevindirici haldır” — deyə fotoqraf bildirib.
Xatırladaq ki, Jak Şirak 1995-2007-ci illərdə Fransanın prezidenti olub. 2011-ci ildə onu büdcə fondunun oğurlanması və səlahiyyətlərindən sui istifadə maddələri ilə ittiham edib, şərti olaraq iki il müddətində azadlıqdan məhrum ediblər. 
mənbə :
Sputnik