Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Tokay Memmedov: “Ömer Eldarovu kömekçi götürdüm, mükafat alanda adını birinci yazdırdı” – MÜSAHİBƏ

Tokay Memmedov: “Ömer Eldarovu kömekçi götürdüm, mükafat alanda adını birinci yazdırdı” – MÜSAHİBƏ

19/06/2015

13:16


19.06.2015 / 13:14 xeber –

 

 

Görkəmli heykəltəraş Koroğlu heykəlini tənqid edənlərə cavab verib

 

Xalq rəssamı, heykəltəraş Tokay Məmmədovun APA-ya müsahibəsi 

 

…Xəttin o başından yorğun, xırıltılı səsi eşidilir: gəl evdə görüşək, bir-birimizdən xoşumuz gəlsə, söhbət edərik. Mobil telefonunun nömrəsini istəyirəm, çox çətinliklə, harasa baxıb yadına salır. Sonra huşundan-başından şikayətlənir, sonra evin yerini nişan verir: Niyazi yaşayan binada qalıram, maestronun evinin aşağısındakı mənim mənzilimdir. Pilləkənlə yuxarı qalxanda narahat-nigaran elə hey soruşur ki, səni nə maraqlandırır, nədən danışmaq istəyirsən? Və əməlli-başlı imtahan: mənim haqqımda nə bilirsən?

 

Mənzilə çatanda təngnəfəs olur, Niyazidən söz salır. Deyir ki, rəhmətliyin bir böyrəyi yox idi, xahiş etmişdi, binanın yan tərəfindən mənə lift çəkin, etmədilər. Bunu elə-belə, sözgəlişi deyir.

 

Rahat, geniş mənzilində diqqətimi ən çox çəkən kitabxanası olur. Bir də

başının üstündən asdığı həyat yoldaşının şəkli. Kitabxanasında Romen Rollanın, Balzakın, Fenimor Kuperin, Tolstoyun, Çexovun bütün cildləri var.

 

Tokay Məmmədov Azərbaycan heykəltəraşlığının sonuncu mogikanlarından biridir. Hər halda mən Füzuliyə, Nəsimiyə, Üzeyir bəyə heykəl qoyan bu sənətkarın mogikan olduğuna şəkk etmirəm. Ömrünün doqquzuncu onilliyini yaşayan “heykəl sənətkar” bu dünyada olmayanda, bu şəhərin küçələrində görünməyəndə onun ömrünü indi dərs dediyi tələbələri, Füzuli, Üzeyir bəy, bir də böyük Nəsimi yaşayacaq. Və yaşadacaq…

 

Bir də doğma şəhərində, əziz Bakısında onun xatirəsinin də daşlaşacağına, heykəlləşəcəyinə elə Üzeyir bəyin abidəsi kimi inanıram…

 

Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatı Tokay Məmmədov APA-ya danışır

 

 

– Tokay müəllim, iyulun 18-də doğum gününüzü qeyd edəcəksiniz. Doxsana bir şey qalmayıb…

 

– Dünən yadıma düşüb ki, ad günümə az qalıb. Tamam unutmuşdum. Mən axı tək yaşayıram…

 

– İllər necə keçib?

 

– İllərdən danışsam, gərək “Min bir gecə” olsun. (Gülür). Onu nə sən davam edə bilərsən, nə də mən. Çətin məsələdir. Elə şeyləri görə-görə gəlmişəm ki…

 

– Ananız Zivər xanım Azərbaycanın ilk qadın heykəltəraşı olub. Gəlin, bir az ananız haqqında danışaq…

 

– Ana babam dövlətli adam idi. “Torqovı”dakı ən böyük bina babamın olub. Sonra hökumət alıb əlindən. Tək o evi yox, bütün var-dövlətini. Yazıqlar o dərəcədə yoxsullaşıblar ki, hətta çörəkdən korluq çəkiblər, aclıqla imtahan olunublar. Məsələ belə olub ki, Şamaxı zəlzələsindən sonra iki qardaş gəliblər Bakıya. Qardaşın biri ticarət işləri ilə məşğul olub, o biri, yəni mənim ana babam mədəniyyətə həvəs göstərib. Teatra, sərgilərə gedirmiş. Anamı da elə tərbiyə eləmişdi ki, mədəniyyəti çox sevirdi, rus-alman dillərini bilirdi. Bundan başqa, skripka məktəbinə getmişdi, gözəl skripka çalmağı var idi. Anam Üzeyir bəyin özünün dirijorluq etdiyi orkestrdə ilk skripka ifaçısı olub. Skripkanı ona Üzeyir bəy özü hədiyyə etmişdi. Həmin skripka indi Üzeyir bəyin ev muzeyində saxlanılır. Nərimanov Bakıda və Tiflisdə rəssamlıq məktəbi açanda anam rəssamlıq təhsili alıb. Nəriman Nərimanov Moskvaya rəhbər vəzifəyə aparılandan sonra anam Moskvada oxuyub. Gör, nə qəribə işdir: eyni zamanda Gürcüstanda və Azərbaycanda rəssamlıq məktəbi açılmışdı, amma gürcülər onun adını akademiya qoydular, bizimkilər texnikum. Belə şey olar? Nə qədər dala qalmışıq! Anam ərə gedib, biz doğulandan sonra başı qarışıb, işdən uzaqlaşıb. Bir tərəfdən də aclıq illəri idi, yaşamaq da çətinləşmişdi. 30-cu illərdən sonra heykəltəraşlıq sahəsində işləməyə başladı. Pyotr Sabsay vardı, SSRİ xalq rəssamı idi, o, Kirovun heykəlini düzəldəndə anam ona kömək edirdi. O vaxt on beş yaşım vardı, gedib baxırdım, öyrənirdim. Atam Moskvada texnika təhsili aldığına görə biz hamımız Moskvada qalırdıq. O illərdə anam həm də Kremldə tərcümə işləri ilə məşğul idi. Koliginin tapşırığı ilə Moskvanın düz mərkəzində bizə ev vermişdilər, orda yaşayırdıq. Evi iki yerə bölmüşdülər – bir tərəfində biz, o biri tərəfində Mayakovski yaşayırdı. Amma Mayakovski bizdən əvvəl ora köçmüşdü.

 

– Siz Mayakovskini xatırlayırsınız?

 

– Bacımın lap yaxşı yadında qalıb. Mən kiçik idim, dumanlı xatırlayıram. Moskvadan Bakıya köçəndə lap balaca, şəraitsiz mənzilə köçdük. Anam həmişə atama deyirdi ki, sən niyə əvvəldən maraqlanmırdın ki, gedib harada yaşayacağıq. Atam tramvay parkında çalışırdı, sonra Neft Akademiyasında işə düzəldi. 1918-ci ildə atamı möhkəm qorxutmuşdular, ona görə çox ehtiyatlı adam idi. Amma müəllim kimi əvəzini tapa bilməzsən. Elə yaxşı müəllim olduğuna görə, atama Lenin ordeni vermişdilər. Mənim uşaqlığım əvvəl Bakıda sonra Moskvada keçib. Bakıda rəssamlıq məktəbini oxumuşdum.

 

– Əzizim Əzimzadə adına məktəbdə…

 

– O vaxt Əzimzadə sağ idi, hələ adını o məktəbə verməmişdilər. Hə, sözüm onda yox. Leninqrada gedib oxuyandan sonra 51-ci ildə Bakıya qayıtdım. Hələ Leninqradda oxuyanda məni partiyaya qəbul etmişdilər. Rəssamların qurultayında cavanlar seçildilər, intəhası yaşamağa yerləri yox idi. Məni böyükləri seçmişdilər, onlar üçün bir iş görməli idim. O vaxt ev verilməsi çətin məsələ idi. Növbəyə dayansaydım, iki-üç ilə ev verərdilər, amma fikirləşdim ki, gənc rəssamlara kömək etmək lazımdır. Rəssamların evini mən tikdirmişəm. 25 mənzili camaata payladım. 50 iş yeri də öz yerində. Mənim tikdirdiyim binanın yanında binalar var, sonralar o mənzilləri təmir etdirdilər, amma mənim tikdirdiyim binaya əl vurmadılar. Çünki keyfiyyətli iş görmüşdüm. Özüm də orda yaşayırdım. Qara ilə dost idim…

 

– Qara Qarayevlə?

 

– Hə. Gəldi ki, Tokay, gəl evi dəyişdirək. Oğlum köçsün sənin evinə, sən köç bura. Oğlu özü də belə istəyirdi. Yoldaşım konservatoriyada işləyirdi, bura yaxın idi. Ona görə razılaşdım, işə-rahat gedib-gəlirdilər.

 

– Divardan asdığınız yoldaşınızın şəklidir yəqin ki…

 

– Yoldaşımdır. Dörd il əvvəl rəhmətə getdi. Üç-dörd gün qabaq ildönümü idi. Birinci dəfə  istiyə, bir də hündürlüyə görə gedə bilmədim, qorxdum. Tanışlığımız da qəribə olub. Mən Leninqradda oxuyurdum, Aida Moskva Konservatoriyasında. Aidanın bacısı Əzimzadə adına məktəbdə də, Leninqradda da mənimlə bir yerdə oxumuşdu. Demişdi, Moskvaya yolun düşəndə Aidanı tap, tanış ol. Getdim yataqxanaya, görüşdük, tanış olduq. Yadımdakı ki, həmin gün kasıbçılıqdan lobya qutabı yedik.

 

– Tokay müəllim, yaradıcılığınızdan danışaq. Məşədi Əzizbəyovun heykəlini işləmisiniz, 1976-cı ildə Bakıda ucaldılıb…

 

– Məşədi Əzizbəyovun heykəli hansıdır? Yadıma gəlmir…

 

– Sizə o heykələ görə SSRİ Dövlət Mükafatı verilib…

 

– Hə, hə, yadıma düşdü. Qocalıq belədir də, ay oğul. Amma o heykəl sonranın işidir. Bizim vaxtımızda heykəltəraşların bəziləri pul üçün işləyirdilər, amma məni maraqlandıran əsas sənət idi. Birinci portretim taxtadan olub. Nizami Gəncəvinin portretini işləmişdim.

 

– Bilirəm ki, Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə siz istifadə etmisiniz…

 

– Elədir! Məndən qabaq ağacdan portreti heç kim işləməmişdi. Həmin əsər indi Nizami Muzeyində saxlanılır. Rafael Hüseynova dedim ki, ay Rafael, üstündən əlli il keçib, onun fotosu da məndə qalmayıb. Dedi, hə, hə, edərik, sonra yaddan çıxardı. (Gülür). Sonra evdə baxdım ki, şəkli varımdır. İlk işlərimdən biri dəFüzulinin heykəli olub. Onda cavan idik, işləmək üçün pul lazım idi. Ömər Eldarov da mənimlə Leninqradda oxumuşdu. Füzulinin heykəli üçün elan olunan müsabiqədə layihəmiz birinci yerə çıxdı. Ömərə dedim, gəl mənimlə işlə, kömək elə. Şəhərləri gəzdik, axtarış apardıq, daşları tapdıq. Mənim dostum Ömər yaxşı adam çıxmadı. Ev tikdirirdim, başım qarışıq idi. Moskvadan dedilər, heykələ görə mükafat verilib, gəlin aparın. Ömərə dedim, get, onu gətir. Gətirəndə gördüm ki, öz familiyasını birinci yazdırıb. Dedim, sən haradan birinci familiya oldun? Əgər əlifba siyahısı ilə götürülsə, yenə sənin adın birinci gəlmir. Səni gətirdim ki, kömək elə, gör gedib nə iş tutubsan. Nə isə, çox dərinə getmədim. Bizim rəssamlarda, artistlərdə paxıllıq olur. Amma beləsi olmamışdı.

 

– Bir dəfə oxumuşdum ki, heykəlin yerinə qara daş qoyulub, üzərinə də yazılıb ki, bura Məhəmməd Füzulinin heykəli qoyulacaq. Abidənin ucaldılmasını səbirsizliklə gözləyənlər hətta həmin daşın qabağına gül-çiçək qoyurmuşlar…

 

– O qara daş həqiqətən ora qoyulmuşdu. Amma gül-çiçək məsələsini deyə bilmərəm. İnsanlar Füzuli sevgisinə görə daşın üstünə gül dəstələri qoya bilərdilər. Kukla Teatrı ilə üzbəüz park var, ora Koroğlunun heykəlini qoymaq istəyirdilər. O vaxt da daş qoymuşdular ki, bura Koroğlunun heykəli qoyulacaq. Sonra o məsələ alınmadı. Elə dedilər, bura yaxşı deyil, ayrı yer tapmaq lazımdır. Belə-belə, o məsələ həll olunmadı. Füzulinin heykəlinə görə bizə Lenin mükafatı vermək istəyirdilər. O mükafat üçün üç mərhələdən keçmək lazım idi, heykəl keyfiyyətinə görə hər üç mərhələdən keçmişdi. Amma alınmadı. Nə isə, o məsələni də çox ciddiyə almadım. Sonra Konservatoriyanın qabağındakı Üzeyir bəyin heykəlini hazırladım. Bir az keçdi, bizim evin yanındakı heykəli hazırladım.

 

– Nəsiminin heykəli…

 

– Hə, Nəsiminin. Məşədi Əzizbəyovun heykəlini hazırlamaq ərəfəsində Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunmuşdu. Əzizbəyovun 100 illiyi münasibəti ilə Heydər Əliyev məni çağırdı ki, Tokay, vaxtımız az qalıb, Məşədi Əzizbəyov üçün heykəl hazırlamalıyıq. Vaxt həqiqətən az idi, dedim, Heydər müəllim, iş çox böyükdür, çətin olacaq. Dedi, sənə inanıram, sən bacararsan ona görə ki, Leninqradda yaşayıbsan, oranı yaxşı tanıyırsan. Birinci iki metrlik variantı işlədim, göndərdim Leninqrada. Ustalar zəng etdilər ki, heykəl qırıq-qırıq gəlib çatıb. Əllər, barmaqlar, gözlər… hamısı qırıb-qırıb olub dağılmışdı. Ustaya dedim, nəyi bacarsan mən gələnə qədər elə, nə alınmasa, özüm gəlib hazırlayacağam.

 

– Heydər Əliyevə heç nə demədiniz?

 

– İstəmədim deyəm. Qanqaralıq olmağını istəmirdim. Həm də bizə iş tapşırmışdı, gərək vaxtında təhvil verəydik. Bir tərəfdən də bilmirdim axı dəqiq kim edib, niyə edib. Həmin heykələ görə tək mənə dövlət mükafatı verdilər. Yaddaşım məni aldatmırsa, eyni gündə bir yaxşı gürcü filmi var, adı görüm, nə idi…

 

– “Əsgər atası”?

 

– Yox, “Əsgər atası” deyildi. Yaxşı, gülməli kino idi. Bir “lyotçik”…

 

– “Mimino”nu deyirsiniz…

 

– Hə, eyni gündə həmin kinonun yaradıcı heyətinə də mükafat verdilər. Demişdilər, Moskvaya gələndə yoldaşınızla gəlin. Aidanı götürüb getdim. Yaxşı tədbir oldu. Sonra iş gəldi çıxdı XI Qızıl Ordu abidəsinin məsələsinin üstünə. Heydər Əliyev yenə mənə çağırdı ki, Brejnev Bakıya gəlməlidir, istəyirəm, bu abidəni də sən hazırlayasan. Leninqradda işlədim, abidənin hündürlüyü 27 metr idi. Hazır olanda Heydər Əliyev dedi ki, Tokay, əhsən sənə, əladır.

 

– Sonuncu işiniz Koroğlu olub?

 

– Beş il bundan əvvəl prezident İlham Əliyevə dörd variantda Koroğlu heykəlini göstərdim ki, hansını istəyirsiniz, hazırlayım. Baxdı, əlini indiki heykəlin kiçik variantının üstünə qoydu ki, bu yaxşıdır. Açılışında özü çıxış etdi, dedi, bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaradıb, bu gözəl hadisə münasibəti ilə sizin hamınızı ürəkdən təbrik edirəm.

 

– Koroğlunun heykəli tənqid olunurdu. Mətbuatda yazılanları oxuyurdunuz?

 

– Oxumurdum, amma mənə deyirdilər. Nə istəyirlər, yazsınlar.

 

– Yazırdılar ki, Koroğlu ilə atın ölçüsü düz gəlmir…

 

– Bilsəm ki, bu sözləri professional adam deyir, mübahisəyə girişərəm. Hər kəsin öz fikri var. Şəhərdə beş heykəl varsa, onlar da mənim işlərimdir. Baxır, Koroğlunun heykəlinə sən hansı bucaqdan, hansı tərəfdən baxırsan. Heykəlin düz altından baxanda, əlbəttə, atın ayaqları böyük görünəcək. Yaxud, onun qılıncı və s. Kiyevdə bir peşəkar mühəndislə görüşmüşdüm, deyirdi, dünyada nə qədər atlı heykəl varsa, hamısını araşdırmışam, ən yaxşısı sənin işindir. O adam danışırdı ki, elə bir heykəl yoxdur, atın dörd ayağı havada olsun. Heykəli baxır haradan, hansı bucaqdan görürsən. Bir də heykələ baxanda bilməlisən ki, onun açarı atdır, yoxsa qəhrəman özü. Bu, vacib məsələdir. Uzaqdan baxanda görünür ki, hər şey yerli-yerindədir. 

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website