13 Aprel, 2018 03:27 xeber – Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.“Report” xəbər verir ki, Gülçülük sovxozu küçəsində 1992-ci il təvəllüdlü Məmmədov Bəhruz İslam oğlu tanışı ilə mübahisə zəminində dava edib.Nəticədə B.Məmmədovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurulub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin əməkdaşları araşdırma aparır.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.