Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Ucuncu dunya muharibesi elameti: Muttefiqler Suriyani bombalamaga basladi

Üçüncü dünya müharibəsi əlaməti: Müttəfiqlər Suriyanı bombalamağa başladı

14/04/2018

10:20



2018-04-14T10:00 xeber –  Amerika Birləşmiş Ştatları Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
Onun sözlərinə əsasən, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. Prezident “Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərinə yüksək dəqiqlikli zərbələr endirildiyini” deyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə isə ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb.
Açıqlamada həmçinin bildirilir ki, Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin əhəmiyyətli hissəsini hədəfə çatmamış məhv edib.  
Nazirlik qeyd edib ki, zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, həmçinin Suriya ərazisindən qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib. 
mənbə :
Sputnik


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website