14 Aprel, 2018 11:12 xeber – İtaliyanın məşhur “Spellbound Contemporary Ballet” balet truppası ilk dəfə Bakıda çıxış edəcək.”Report” İtaliyanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, aprelin 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında onların “Spellbound ilə bir axşam” adlı proqramı təqdim olunacaq.Qeyd edək ki, İtaliyanın bu balet truppası 1994-cü ildə dövrümüzün ən məşhur italyan xoreoqraflarından olan Mauro Astolfi tərəfindən yaradılıb. “Spellbound Contemporary Ballet” klassik balet və müasir rəqs arasında olan üslubuyla tanınır.”Spellbound” müntəzəm olaraq böyük milli və beynəlxalq festivallarda, o cümlədən Venesiya biennalesində iştirak edir.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.