Erdogan yaranmis veziyyetden cixis yolu axtarir: Tecili zeng…

[r32]
2018-04-14T17:34 xeber – Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Tereza Mey arasında telefon danışığı olub. Sputnik Azərbaycan “Anadolu” agentliyinə istinadla xəbər verir ki, danışıq zamanı Suriyadakı son hadisələr müzakirə olunub.
Mey Suriya rejiminə qarşı təşkil etdikləri əməliyyat haqqında məlumat verib. Ərdoğan da kimyəvi silahların istifadəsini Türkiyənin birmənalı şəkildə qınadığını bildirib. Ərdoğan Suriya rejimin həyata keçirdiyi zülmün bitməsi və Suriya xalqının möhkəm sülh və əmin-amanlığı üçün yeganə yolun siyasi həll olduğunu bildirib.
Telefon danışığı zamanı Ərdoğan bölgədə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb.
mənbə :
Sputnik