Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

Qerb texnoloqlarının reqemlerle isbatlanan yalanları

Qərb texnoloqlarının rəqəmlərlə isbatlanan yalanları

22/06/2015

10:30


22.06.2015 / 10:27 xeber –

 

Antiazərbaycan kampaniyasını icra edənlər səsləndirdikləri fikirlərin rəqəmsal arxivlərdə qorunduğunu və müqayisə edilə biləcəyini nəzərdən qaçırıblar.

 

"Dördguşəli” Emma Hyus
 

Böyük Britaniya KİV-lərinin, xüsusən, “The Guardian”-ın Bakıda keçirilən I Avropa Oyunlarına qeyri-obyektiv yanaşması barədə Azərbaycan mediasının yaydığı materiallara səfir İrfan Siddiq qəribə mövqedən yanaşıb (https://www.meydan.tv/az/site/politics/6490/%C4%B0rfan-Siddiq-Britaniyal%C4%B1-jurnalistl%C9%99rin-Avropa-Oyunlar%C4%B1na-burax%C4%B1lmamas%C4%B1-biab%C4%B1r%C3%A7%C4%B1-hald%C4%B1r.htm). Ölkəsindəki media quruluşlarının Azərbaycana qarşı qərəzli yanaşmasını dolayısı ilə etiraf edən səfir deyib ki, Böyük Britaniya jurnalistlərinin akkreditasiya problemi ilə üzləşmələri Bakıya qarşı tənqidi mövqedən çıxış etmələrini stimullaşdırıb. Amma cənab səfir unudub ki, müdafiə etdiyi KİV-lər “akkreditasiya probleminin” qabardılmasından yayınmağa çalışırlar. Çünki bu mövzunu problemə çevirmək istədikləri anda layiqli cavab aldılar, problemin ciddi olmadığını, qondarma xarakter daşıdığını özləri də isbatladılar.

Məlum oldu ki, ümumilikdə Böyük Britaniya jurnalistlərinə deyil, yalnız “The Guardian”ın bir əməkdaşına – Oven Gipsona akkreditasiya verilməsindən imtina edilib ki, bunun da real səbəbləri var. Səfirin nəzərdə tutduğu digər “jurnalistlər” isə Emma Hyusdur. Cənab Siddiq nəzərə almayıb ki, Bakı aeroportunda saxlanılaraq geriyə – Londona qaytarılan Hyus əvvəlcə özünü “Red-Pepper” (Qırmızı bibər) jurnalının əməkdaşı kimi təqdim etsə də, (http://haqqin.az/news/46744 ), sonradan bu versiyanı gündəmdən çıxarıb. Səbəb sadədir: əgər Emma Hyus Bakıya jurnalist kimi gəlirdisə, öncədən akkreditasiya olunmalı idi. Amma o, akkreditasiya üçün müraciət olunduğunu təsdiqləyən heç bir sənəd təqdim etmədiyindən, viza ala bilməməsini fərqli məqamlarla əlaqələndirdi. Paralel olaraq, Hyusun sifarişini yerinə yetirdiyi təşkilatlar tələskənliyə yol verməklə, onun “sərhədi gizli keçmək” planlarını ifşa etdilər. Belə ki, Hyus hələ Bakı aeroportunda “Red-Pepper”in əməkdaşı olduğunu iddia edərək jurnalist qismində viza istəyəndə, “The Guardian” qəzetində bu insident barədə tələm-tələsik yazı hazırlandı, “insan hüquqları fəalının” Bakıya buraxılmadığı barədə məlumat yayıldı (http://www.theguardian.com/world/2015/jun/09/azerbaijan-holds-activist-who-attacked-european-games-as-bps-games).

Paralel olaraq Platform London adlı ekoloji təşkilat da həmin anda öz saytında bənzər elanı yerləşdirdi və Hyusu özünün əməkdaşı adlandırdı. Bununla da “Hyus, reallıqda kimdir?” sualının ortaya çıxmasına səbəb oldular. Platform London və “The Guardian” düşünmədən Hyusun yalanını ifşa etdilər. Bir saatın içində (yuxarıdakı linklərə daxil olub saat qurşaqları fərqini hesablamaqla bunu görmək olar) Hyusun 3 missiyası üzə çıxdı: “Red-Pepper” jurnalının müxbiri, Freelance jurnalist, Platform Londonun təmsilçisi-hüquq müdafiəçisi.

Onun 4-cü statusunu isə “Amnesty İnternational” təşkilatı açıqladı. Məlum oldu ki, “Amnesty İnternational” digər “hüquq müdafiə təşkilatları ilə birgə I Avropa Oyunlarının açılış mərasimində etiraz aksiyası keçirməyi planlaşdırıbmış” (https://www.amnesty.org/en/latest/news/2015/06/amnesty-international-barred-from-baku-ahead-of-european-games/ ). Emma Hyus və digər “könüllüləri” də bu müştərək aksiyanı icra etmək üçün ayrı-ayrılıqda Bakıya göndəriblər. Yəni, Hyus özünü “Red- Pepper” adlı sarı mətbuatın nümayəndəsi kimi təqdim etsə də, əslində “Platform London” adlı Britaniya mənşəli qeyri-hökumət təşkilatının və “Amnesty international”-ın fəal nümayəndəsi qismində Bakıda aksiya keçirmək üçün gəldiyini gizlədə bilmədi. Sifariş əsasında daim ölkəmiz əleyhinə yazıları, çıxışları ilə tanınan Hyus Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsiz yanaşmasını, ermənipərəst mövqeyini dəfələrlə nümayiş etdirib.

“Qaşınmayan yerdən qan çıxarmaq” üzrə “beynəlxalq səviyyəli mütəxəssis”ə çevrilmiş bu xanım I Avropa Oyunları ərəfəsində isə xüsusi missiya ilə Bakıya gəlib. O, bu missiyanı yerinə yetirmək, yəni, Azərbaycanı guya ifşa edəcək “faktlar” toplamaq üçün “jurnalist” adı ilə viza almaq istəyib. Təbii ki, bu zaman özü və əsl fəaliyyəti barədə ətraflı məlumat verməyib. Ona görə də Bakı aeroportunda saxlanılıb və geriyə – Londona göndərilib. Güman etmək olar ki, o, Beynəlxalq Olimpiya Komitəsinin “KİV nümayəndəsi özü haqqında yanlış məlumat verərsə, akkreditasiyasına və ya viza almasına etiraz edilə bilər” prinsipindən xəbərdar olub. Lakin ssenariyə əsasən, özü haqqında yalan məlumat verməklə, Azərbaycana girişinə bilərəkdən əngəl yaradıb, beləliklə, Qərb mediası üçün növbəti “tənqid mövzusu” əmələ gətirib. Bakı aeroportunda saxlanılan zaman Hyus dərhal internet üzərindən mobil telefon nömrəsini elan etdi və jurnalistləri “köməyə” çağırdı. Üstəlik, Tvitter üzərindən də #FreeEmma həştəgiylə təbliğat başladıldı. Yalan və böhtan üzərində qurulan bu qarayaxma ilə paralel olaraq, “Amnesty İnternational”ın Azərbaycana buraxılmaması haqqında” xəbər dolandırılmağa başladı. Lakin heç bir yerdə məlumat verilmədi ki, bir neçə ay əvvəl bu təşkilatın nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Onlar hətta rəsmi Bakının mövqeyi ilə tanış olmaq üçün dövlət qurumlarında görüşlərə dəvət edilsələr də, “Amnesty İnternational” bundan imtina edib.

Göründüyü kimi, Azərbaycana xüsusi missiya ilə gəlmiş Hyus “Red Pepper”, “Platform London”, “The Guardian”, “Amnesty İnternational”, ümumilikdə ABŞ-dan idarə olunan amerikan-ingilis-erməni işbirliyi üçün “dördguşəli rol” oynayıb, amma qısa bir müddətdə ifşa olunduğu üçün onların planları alt-üst edilib. Görünür, cənab İrfan Siddiq gərgin işlədiyindən, proseslərin incəliklərindən, Hyusun “saxta jurnalistliyindən” xəbər tuta bilməyib və öncədən hazırlanmış ssenarinin mətnini oxuyub.

Mövzu üzərində araşdırmalar göstərir ki, antiazərbaycan kampaniyasının texnoloqları bənzər taktikadan gen-bol istifadə ediblər. Yəni “dördguşəli” fəaliyyət təkcə Emma Hyusa məxsus deyil. Bütün beynəlxalq təşkilatlar birləşib “Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz edirlər” fikrini formalaşdırmaq üçün onlarla təşkilatın bəyanatları səsləndirilsə də, kampaniyaya qoşulan təşkilat və bəyanat səsləndirən şəxslərin əslində, eyni simalar olduğunu görmək çətin deyil. Necə deyərlər, bütün daşların altından eyni ilanın quyruğu çıxır: Emma Hyus, Rebekka Vinset, Keti Pears və daha bir-iki nəfər. Bu şəxslərin hər biri eyni zamanda, bir neçə beynəlxalq təşkilatın, media qurumunun həmtəsisçiləridir. Hyus haqqında yuxarıda bilgi verdik. Prosesin tam açılması üçün Rebeka Vinsentə də ötəri nəzər salaq: Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun, İdman və İnsan Haqları koalisiyasının, Artikl 19-un, Platform Londonun və onlarla digər təşkilat və koalisiyaların hər birinin koordinatoru Rebeka Vinsentdir. Belə çıxır ki, antiazərbaycan kampaniyası deyərkən, fikirlər konkretləşməli, ABŞ yetişdirməsi olan 4-5 şəxsin adına yaradılmış 10-a yaxın beynəlxalq QHT və “yüksək tirajlı” KİV-lər göz önünə gəlməlidir. Antiazərbaycan tezisləri, sifarişli yazılar, əvvəlcədən hazırlanan bəyanatlar, dezinformasiyalar məhz bu 3-4 şəxsə ötürülüb ictimailəşdirilməklə, mahiyyət etibarilə onlarla QHT-nin, KİV-in vahid mövqeyi təəssüratını yarada, “çoxsaylı beynəlxalq təşkilatların”, “çoxsaylı medianın” ölkəmizə qarşı olması fikrini formalaşdıra bilir. Buradan da görünür ki, əslində Qərbin Azərbaycana qarşı təşkil etdiyi kampaniya heç bir insan resursuna malik deyil və böyük adlar altında pərdələnmiş sabun köpüyüdür. Hətta onu da demək olar ki, bu, müxtəlif vaxtlarda müxtəlif ölkələrə qarşı istifadə olunmuş qarayaxma kampaniyası sxemidir. Amma nə qədər koordinasiya edilmiş fəaliyyət olsa da, bu kampaniya qüsurlardan da kənar deyil. Bəzən tələskənlik, bəzən səriştəsiszlik, bəzən də haqsızlığın yüksək dozası kampaniyanın ifşasına yol açır. Icraçılar bir məqamı da nəzərdən qaçırırlar ki, səsləndirdikləri fikirlər rəqəmsal arxivlərdə qalır və müqayisə ediləndə həqiqətlər üzə çıxır.

 

“Semiçka puluna” bənzəyən milyardlar
 

Fikrin isbatı üçün I Avropa Oyunlarına sərf edilən vəsait barədə səslənən iddialara diqqət yetirək. Yeri gəlmişkən qeyd edək ki, I Avropa Oyunları ərəfəsində aparılan antiazərbaycan kampaniyası zamanı məhz bu məsələ üzərində ciddi dayanıldı, ölkənin beynəlxalq nüfuzuna, idman oyunlarının əhəmiyyətinə xələl gətirmək üçün maliyyə sərfiyyatında “israfçılıq və yeyinti amilləri” qabardıldı. İstifadə olunan faktların yanlışlığına baxaq: I Avropa Oyunlarına sərf edilən vəsait barədə müxtəlif KİV-də dolaşıq rəqəmlər göstərildi – 2, 6, 8 və nəhayət 10 milyard. Amma bu rəqəmləri dövriyyəyə buraxanlar, özlərini təkzib edən detalları unutdular. Məsələn, “The Guardian” 11 iyun tarixli sayında yazıb ki, Oyunlara 10 milyardlarla pul xərclənib: (http://www.theguardian.com/sport/2015/jun/11/azerbaijan-bans-guardian-european-games-baku-2015). Halbuki, bu qəzet 7 gün öncə – 3 iyun tarixli sayında sərf edilən vəsaitin həcmini 6,5 milyard həcmində göstərmişdi (http://www.theguardian.com/commentisfree/2015/jun/03/azerbaijan-european-games-human-rights ).

Böyük Britaniyanın eyni kampaniyada yer alan başqa bir təşkilatı, məşhur “Senzura İndeksi” təşkilatı (London) iyunun 9-da öz saytında yerləşdirdiyi məlumatda Oyunlara sərf edilmiş vəsaitin miqdarını 5,4 milyard funt, yəni 9 milyard dollar (https://www.indexoncensorship.org/2015/06/baku-2015-the-foreign-manpower-behind-azerbaijans-games/ ) göstərib. Fransanın ouestfrance.fr saytı isə 14 iyun tarixində rəsmi mənbələrə istinadla Azərbaycanın oyunlara 900 milyon dollar xərclədiyini yazır. Və dərhal da müxalif mənbələrin Oyunlara 8 milyard dollar xərcləndiyini iddia etdiyini vurğulayır (http://www.ouest-france.fr/jeux-europeens-malgre-les-depenses-linteret-sportif-peine-simposer-3481503 ) .

Göründüyü kimi, eyni KİV və ya eyni kampaniya tərkibində çıxış edən mətbu orqanlar bir ayın içində 4 dəfə fərqli-fərqli rəqəmlər səsləndirdiyinin fərqində belə deyillər. Amma antiazərbaycan kampaniyasının icraçıları, heç olmasa KİV etikası xatirinə də olsa, Azərbaycan hökuməti tərəfindən açıqlanan rəsmi rəqəmlərə diqqət yetirsəydilər, bu qədər dolaşığa düşməz, milyardlarla “semiçka pulu” kimi davranmaz, oxucu etimadını itirməzdilər. Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə, Azərbaycan I Avropa Oyunlarına 1 milyard 34 milyon dollar xərc çəkib.

Antiazərbaycan kampaniyasını icra edənlərin açıqladıqları rəqəmlərdəki dolaşıqlığı, təqdimatlarındakı subyektivliyi, hadisələrə qərəzli yanaşmalarını nəzərə alanda, bəlkə də belə təəssürat yaranır ki, ifşa edildiyi üçün, onları ciddiyə almamaq da olardı. Amma proseslərin gedişi göstərir ki, Azərbaycana qarşı aparılan kampaniya ötəri xarakterli deyil, uzun perspektivə hesablanıb, sadəcə özlərinin də etiraf etdikləri kimi, I Avropa Oyunları diqqəti cəlb etmək üçün, onlara şans yaradıb. Bəs rəqəmləri şişirdənlərin məqsədi nədir?

 

“Həbsdə olan jurnalistlər”: 7, 8, 12 nəfər
 

Qərb texnoloqlarının Azərbaycana qarşı qarayaxma kampaniyasında tez-tez hallandırdıqları “faktlardan” biri də ölkəmizdə guya “söz və mətbuat azadlığı prinsipinin pozulmasıdır”. “Həbsdə olan jurnalistlər” mövzusu bu sahədə onların istinad etdikləri əsas faktordur. I Avropa Oyunlarını izləmək üçün gələn xarici jurnalistlərə tövsiyə etdilər ki, Bakıda olduqları müddətdə vasitə tapıb aksiya keçirsinlər, “həbsdə olan jurnalistlərin azadlığını tələb etsinlər”. Amma bu məqsədlə hazırladıqları “yol xəritəsi”ni gizli saxlaya bilmədilər. İFEX-in Bakıya gələn jurnalistlər üçün hazırladığı proqram medianın əlinə düşdü və ictimailəşdirildi. Azərbaycan tərəfi ölkədə söz azadlığı ilə bağlı problemin olmadığını, həbsdə olanların jurnalist fəaliyyətinə görə deyil, konkret cinayət əməllərinə görə istintaqa cəlb edildiklərini bildirib (1_). Əgər beynəlxalq QHT-lərdə istək olsaydı, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Emin Eyyubovun imzası ilə Avropa Şurasının Onlayn Platformasında (http://www.coe.int/ru/web/media-freedom ) yerləşdirilmiş və həbsdə olan şəxslərlə bağlı real mövqeni əks etdirən informasiyalara istinad edərdilər. Amma antiazərbaycan kampaniyasına qoşulan QHT və KİV-lərin açıqlamalarında bu mənbəyə istinad nəzərə çarpmır, hər biri aldığı sifarişə uyğun rəqəm və arqumentləri ictimailləşdirir. Təqdim etdikləri rəqəmlər isə təzadlıdır: Həbsdə olanların siyahısı 7, 8 və 12 rəqəmləri ilə ifadə olunur. Məsələn, Avropa Jurnalistlər Federasiyası –AFJ- öz siyahısında Azərbaycanda həbsdə olan jurnalistlərin siyahısında 7 nəfərin adını çəkir (Məlumat üçün bildirək ki, AFJ –yə hal-hazırda rotasiya qaydasında rəhbərliyi həyata keçirən Mogans paralel olaraq Danimarkanın Beynəlxalq Mediaya Dəstək –İnternational Media Support təşkilatının vitse-prezidentidir. İMS-nin antazərbaycan mövqeyi barədə mediada kifayət qədər məlumatlar yayıldığından, bu məsələnin üzərində dayanmırıq). Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi həbsdə olanların sayını 8 rəqəmi ilə ifadə edir (https://cpj.org/blog/2015/06/baku-2015-press-freedom-azerbaijan-and-the-europea.php ). Sərhədsiz Reportyorlar isə bu rəqəmi heç bir əsas olmadan 12-yə qaldırır (http://en.rsf.org/azerbaijan-did-you-know-that-independent-11-06-2015,47999.html ). İFEX də Sərhədsiz Reportyorların tərtib etdiyi siyahıya istinad edib (http://www.ifex.org/azerbaijan/2015/06/10/euro_games_2015/ ) .

Təsvir edilən rəqəmlər təzadlı olmaqla onu hazırlayanların səriştəsizliyini və qərəzini açıq büruzə verməklə yanaşı, oynanan oyunların hansı mərhələyə qədər inkişaf etdirilə biləcəyinə də işarə verir. Hiss olunur ki, həbsdə olanların sayının süni şəkildə 10-dan yuxarı rəqəmlə ifadə edilməsinə cəhd göstərilir. Bu da təsadüfi deyil. Əgər say 10-u keçirsə, Azərbaycanın adı jurnalistlərin ən çox həbsdə olduğu ilk 5 ölkənin siyahısına düşəcək: Çin, İran…və Azərbaycan.

Odur ki, nəyin hesabına olursa-olsun, süni, ya real – əlavə 5 nəfər tapılıb siyahıya əlavə edilməlidir. Necə ki, vaxtilə RATİ sədri Emin Hüseynov İranın “Səhər” telekanalının Azərbaycanda akkreditasiyadan keçməmiş nümayəndəsinin sürücüsünü də siyahıya salıb həbs olunmuş jurnalistlərin sayını 8-ə qaldırmışdı.

 

Odur ki, axtarış davam edir…

 

Mənbə : Lent.az




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles