Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Dağlıq Qarabağ münaqişesinin nizamlanmasında yeni merhele – TƏHLİL

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında yeni mərhələ - TƏHLİL

22/06/2015

15:40


22.06.2015 / 15:37 xeber –

 Avropa İnsan Haqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə çıxardığı qərar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiyədək çıxarılmış ən mühüm qərarlardan biridir.

 

Qərarın özəlliyi həm də bu sənədin münaqişə ilə bağlı qəbul olunmuş ilk məhkəmə sənədi olmasıdır. Münaqişə tarixində ilk dəfə olaraq dünyanın ən mötəbər məhkəməsiDağlıq Qarabağ münaqişəsinə dair qərar qəbul edib və bu qərarda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı ilk dəfə olaraq beynəlxalq məhkəməsi instansiyası tərəfindən təsdiqlənib.

 

Azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarında yaşamaq və mülkiyyətindən istifadə etmək hüququnu tanıyan Avropa Məhkəməsinin çıxardığı qərar Azərbaycan diplomatiyasının imkanlarını bir neçə dəfə artırmış olur. İndiyədəkBMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnaməni əsas götürən rəsmi Bakı artıq münaqişənin nizamlanmasına dair danışıqlarda Avropa Məhkəməsinin qərarını da hüquqi qüvvəyə sahib sənəd kimi istifadə edə biləcək.

 

Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərar bir neçə baxımdan əhəmiyyətlidir.

 

Birincisi, Avropa İnsan Haqları Məhkəməsi çıxardığı qərarla Ermənistanın işğalçı dövlət olduğunu hüquqi əsaslarla təsbit və təsdiq etmiş olub. Qərar Ermənistanın işğal altında olan ərazilərdə effektiv nəzarət həyata keçirdiyini təsdiqləyib və bununla da İrəvanın on illərdir “Dağlıq Qarabağ Respublikası”nı münaqişə tərəfi kimi təqdim etmək siyasəti rəsmən arxivə atılmış olub. Məhkəmə hesab edir ki, Ermənistanın əksini iddia etməsinə rəğmən işğal zonasında effektiv nəzarəti bu ölkənin Silahlı Qüvvələri həyata keçirir və Azərbaycanla aktiv hərbi münaqişədə qarşı tərəfdən atılan istənilən addım iddia olunduğu kimi “DQR”ə deyil, Ermənistana məxsusdur. Azərbaycanın işğal altında olan ərazilərində insan haqlarının pozulmasına görə məsuliyyəti Ermənistanın daşıması qərarı da məhz həmin ərazilərdə effektiv nəzarətin bu ölkə tərəfindən həyata keçirilməsinin məhkəmə tərəfindən qəbulu ilə bağlıdır. Məhkəmə öz qərarını həm də beynəlxalq hüquqda işğal faktorunun müəyyənləşməsi qaydalarına əsaslandırıb və bu qaydalara əsasən effektiv nəzarət işğalın əsas xüsusiyyəti sayılır. İşğal zonasında hər il Ermənistan Silahlı Qüvvələrinin keçdiyi hərbi təlimlər (özəlliklə ötən il 47 min hərbçinin iştirakı ilə keçirilən və beynəlxalq səviyyədə tənqidə məruz qalan təlimləri qeyd etmək lazımdır), Ermənistan vətəndaşlarının işğal zonasında hərbi xidmət keçməsi, İrəvanın “DQR özünümüdafiə qüvvələri” kimi təqdim etdiyi qanunsuz hərbi birləşmələrin Ermənistan tərəfindən komplektləşdirilməsi kimi faktlar məhkəmə tərəfindən nəzərə alınıb və işğal zonasında effektiv nəzarətin Ermənistan tərəfindən həyata keçirilməsi qənaətinə gəlmək üçün əsas kimi qəbul olunub. Bu, beynəlxalq hüquq normalarına görə, Ermənistanın işğalçı dövlət olduğunun məhkəmə qərarı ilə təsdiqlənməsidir.

 

İkincisi, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Dağlıq Qarabağmünaqişəsinin nizamlanması prosesində Ermənistanın manevr imkanlarını daraldır. Məcburi köçkünlərin öz evlərinə qayıtmasının qeyd-şərtsiz təmin edilməsi artıq məhkəmə qərarı ilə təsbit olunmuş öhdəlikdir və Ermənistan danışıqlarda üzərinə düşən öhdəliyi artıq şərt kimi irəli sürə bilməz.

 

Üçüncüsü, məhkəmə işğal altında olan ərazilərdə insan haqlarının pozulmasına dair bütün məsuliyyəti Ermənistanın üzərinə qoyub. Bu o deməkdir ki, Ermənistan Dağlıq Qarabağ və ətraf yeddi rayonda pozulmuş insan haqlarını bərpa etmək məcburiyyətindədir. Bunun yolu insan haqlarının kütləvi pozulmasına gətirib çıxaran əsas səbəbin – işğal faktının aradan qaldırılmasından keçir. Bu baxımdan Avropa İnsan Haqları Məhkəməsinin qərarı həm də Ermənistan üzərinə qoşunlarını işğal zonasından qeyd-şərtsiz çıxarmaq öhdəliyi qoyur. Münaqişənin nizamlanmasına dair danışıqlarda Ermənistan qoşunlarını ərazidən çıxarmaq üçün bir sıra şərtlər irəli sürürdüsə (bu şərtlərin hamısı Dağlıq Qarabağdakı separatçı rejimin legitimləşdirilməsinə hesablanıb), artıq Avropa Məhkəməsinin qərarından sonra qoşunların çıxarılması Ermənistanın üzərinə düşən bir öhdəlikdir. Bir məsələyə də diqqət yetirmək lazımdır. Ermənistanın işğal etdiyi ərazilərdən qoşunlarını çıxarması tələbi BMT qətnamələrində də öz əksini tapıb, lakin İrəvan o qətnamələrdə işğal edən tərəfin Ermənistan, yaxud “DQR” olduğunun konkret göstərilməsini əsas gətirərək manevr edə bilirdi. Avropa Məhkəməsinin qərarı isə Ermənistanın bu manevr imkanını da əlindən almış olur.

 

Dördüncüsü, Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə çıxardığı qərarla Dağlıq Qarabağ və ətraf yeddi rayondan məcburi köçkün düşmüş azərbaycanlıların öz torpaqlarında yaşamaq, sahib olduğu mülkiyyətdən istifadə etmək hüququnu beynəlxalq səviyyədə tanımış olub. Həm də bu hüquq ilk dəfə siyasi qərarla deyil, dünyanın ən ali məhkəmə orqanı tərəfindən tanınıb.  Bu hüququn tanınması avtomatik olaraq növbəti mərhələdə işğalçı Ermənistanın azərbaycanlı məcburi köçkünlərə təzminat ödəməsi məsələsini gündəmə gətirəcək. Prosedura əsasən, təzminatın miqdarı və ödənilməsi üçün iddiaçı tərəfə və Ermənistan hökumətinə bir il vaxt verilir, bu müddət ərzində tərəflər öz maddi iddialarını və bu iddiaların qəbul və ya rədd edilməsini əsaslandırmalıdır. İstənilən halda Ermənistan bir il ərzində “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə iddiaçılara kompensasiya ödəməli olacaq. Ödəmə prosesi həm də bir presedent yaradacaq ki, bu da 800 minə yaxın məcburi köçkünün Ermənistana qarşı maddi təzminat davası açması ilə nəticələnəcək.  “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar artıq presedent kimi qəbul olunur, bu səbəbdən Avropa Məhkəməsinin digər azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı maddi təzminat iddiaları ilə bağlı fərqli qərar çıxarması qeyri-mümkün sayılır.

 

Beşincisi, “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərar Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində əlavə üstünlük verir. Bu üstünlüyü qazandıran məqam, işğalçı dövlətinDağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti aparmasının məhkəmə tərəfindən rəsmən tanınmasıdır. Avropa Məhkəməsi azərbaycanlıların Ermənistan Silahlı Qüvvələrinin effektiv nəzarət həyata keçirdiyi ərazilərdən kütləvi şəkildə qovulmasını etnik təmizləmə kimi dəyərləndirib. Qeyd edək ki, etnik təmizləmə insanlığa qarşı ağır cinayətlərdən sayılır və Azərbaycan Avropa Məhkəməsinin bu qərarı ilə daha yüksək və mötəbər məhkəmə instansiyalarında Ermənistana qarşı iddia qaldırmaq imkanı əldə edib. Azərbaycan həm də Avropa Şurası və digər siyasi institutlarda Haaqa Məhkəməsinin yurisdiksiyasını qəbul etməyi Ermənistanın qarşısında öhdəlik kimi qoymaq tələbi irəli sürə, yaxud bu tələbi öz xarici siyasi fəaliyyətinin əsas prioritetlərindən birinə çevirə bilər.

 

Göründüyü kimi, Avropa İnsan Haqları Məhkəməsinin qərarı Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında yeni bir mərhələnin əsasını qoymuş olub. Bu, Azərbaycan diplomatiyasının daha çevik fəaliyyətinə, Dağlıq Qarabağmünaqişəsində mövcud status-kvonu dəyişməyə imkan yaradan bir mərhələdir. Bu qərar ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda Ermənistanın mövqeyini dəfələrlə zəiflətmiş olacaq, çünki qərar İrəvanın danışıqlarda istifadə etməyə çalışdığı saxta arqumentlərin əksəriyyətinin üzərindən qalın bir xətt çəkmiş olub.

 

 

Vüqar Məsimoğlu, APA Analitik Mərkəzi

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles