04:59 xeber – Birinci Avropa Oyunlarının boks yarışlarında Azərbaycanı ilk medalla təmin edən təmsilçimiz keçirdiyi döyüşlərdən danışıb.
ANS PRESS-in məlumatına görə, boks yarışlarında Azərbaycanı ilk medalla təmin edən təmsilçimiz Tayfur Əliyev keçən dəfəki rumıniyalı Nikolae Andreiana ilə döyüşündən xoşu gəlmədiyini deyib.
“Səhvlərim çox olmuşdu. Lakin sonra həmin döyüşü izləmək imkanım oldu. Səhvlərim üzərində çalışdım və bugünkü rəqibim danimarkalı Frederik Jensenlə döyüşdə təkrarlamadım. Nəticədə mən bu gün qalib gəldim. Növbəti döyüşə daha yaxşı hazırlaşacağam”, – deyə Tayfur Əliyev AzərTAc-a müsahibəsində bildirib.
Qitə birinciliyinin gümüş mükafatçısı finala vəsiqə qazanacağına da ümid edir: “Özümə inanıram. Çətin olsa da, bu yarışda çempion adı qazana bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm”.
mənbə :
anspress
Şərh yaz.