Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Arif Rəhimzadə müstəqilliyimizə qarşı çıxmasına bəhanə tapıb – Özünü hamıdan ağıllı sayır!?

Arif Rəhimzadə müstəqilliyimizə qarşı çıxmasına bəhanə tapıb – Özünü hamıdan ağıllı sayır!?

08/05/2018

14:39




Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mayın 1-də keçirilən iclasda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) ilə bağlı yubiley medalının təsis edilməsi məsələsi müzakirə olunarkən “istiqlalıçı deputatlar” barədə danışıb.

“Tez-tez mətbuatda “istiqlalçı deputatlar”dan yazılır. O vaxt parlamentdə 350 deputat var idi. Onlar hamısı müstəqilliyə səs veriblər. Sadəcə istiqlalçı kimi adları çəkilən 43 nəfər SSRİ-nin qorunub saxlanılması barədə referendumun əleyhinə çıxıblar. Kimlərsə o vaxt özünü “Demblok”, “Komblok”a bölmüşdülər. Axı, kimin pasportunda ya da diplomunda bu sözlər yazılmışdı?. Bütün hallarda bu məsələlərə son qoymaq lazımdır. Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib. Burada insanları ayırmaq olmaz. Bəyəm, kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, o siyahı açıqlasın”-deyə, S. Novruzov bildirib.

Deputat Fərəc Quliyev isə S.Novruzovun mövqeyinə etiraz edib. O qeyd edib ki, yalnız “İstiqlalçı deputatlar” SSRİ-nin saxlanmasına etiraz edib, Azərbaycanın dövlət müstəqilliyinə səs veriblər”.

Modern.az saytı 1991-ci ildə parlamentin üzvü olmuş köhnə-təzə deputatların mövqeyini oxucuların diqqətinə çatdırır.
1991-ci ildə SSRİ-nin saxlanmasına tərəfdar omuş deputat, hazırda Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, 1991-ci ilin oktyabrın 18-də əldə etdiyimiz müstəqillik formal müstəqillik idi: “Müstəqilliyin daxilində müstəqilliyə xas olan elementlər yox idi. Misal üçün deyim. Büdcəni qəbul etmək məsələsi kənarda qalmışdı. Azərbaycanın büdcəsi yox idi. Həmin vaxt büdcə qəbul edilmədi. Təsəvvür edin. Dövlət bilmir ki, onun büdcəsi var və o hansı işlərlə məşğul olmalıdır. Hara nə xərclənməlidir. İndi isə bizim büdcəmiz 20 milyard manata çatır. Azərbaycanın büdcəsi sovet dövründə bir çox respublikalardan fərqli olaraq dotasiyalı olmayıb. Büdcəmizi tamamlamaqdan ötrü nəinki kənardan vəsait almamışıq, əksinə, ümumittifaq büdcəsinə vəsait vermişik. Ancaq 1991-ci ildə müstəqilliyimizi əldə edəndə, büdcə formalaşdıra bilmədik. Büdcəni formalaşdıra bilməməyimiz, obyektiv imkanın olmaması ilə bağlı deyildi. Sadəcə, hakimiyyətə gələn insanların bəziləri romantik idi. Onların içində şəxsi maraqlarını güdən insanlar az deyildi. Ən əsası, aralarında professional adam yox idi. Ona görə də büdcəni formalaşdıra bilmədik. Büdcə yoxdursa, dövlət il ərzində nə ilə məşğul olacaq?! Heç kəs heç nə deyə bilməzdi. Sonrakı illərdə Azərbaycan müstəqilliyi real məsələlərlə təmin etdi. 1995-ci ildə Azərbaycanın büdcəsi qəbul edildi. Ordu yaradıldı. Müstəqilliyimizin bərpasının ilk illərində ən faciəli məsələ o idi ki, Azərbaycanda vətəndaş müharibəsi başlayırdı. Onun qarşısı alındı. Qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. Hərc-mərclik baş alıb gedirdi. Siz bu formada küçəyə çıxa bilməzdiniz. Gəlib boynunda, qulağında olan zinət əşyalarını qoparırdılar. Deyirdilər ki, bu, müdafiə məqsədləri üçün edilir”.

Deputat müstəqilliyi istəməmisnin səbəblərini belə izah edib: “Əvvəla, Azərbaycanı idarə edə bilən və xalqın etibar edəcəyi bir rəhbər yox idi. Elə bir şəraitdə müstəqillik əldə etmək çox çətin məsələ idi. Hesab edirdim ki, hansısa qrupun onu parlament səviyyəsində həll etməsi düzgün deyil. Referendum keçirilməli idi. Xalqın səsverməsi nəticəsində o məsələ öyrənilməli idi. Məhz, bu səbəbə görə Müstəqillik Aktına imza atmadım”.

“İstiqlalçı deputat” Vahid Əhmədov bildirib ki, 1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda xalq hərakatının başlaması müstəqilliyə gətirib çıxardı.
“Azərbaycan müstəqillik əldə etmək üçün çox ağır yol keçib. 1991-ci il martın 17-də keçmiş SSRİ-nin saxlanılması ilə bağlı refendum keçirildi. O zaman Azərbaycan Ali Sovetindən 361 deputatdan yalnız 43-ü sovet quruluşunun buraxılmasına səs verdi. Onlardan da biri mərhum prezident Heydər Əliyev idi”.

V.Əhmədov bildirib ki, sonradan ölkə rəhbərliyi tərəfindən sovet quruluşunun buraxılmasına səs verən 43 deputata çoxlu təzyiqlər olub:“Nəhayət Ali Sovetin deputatları 1991-ci il oktyabrın 18-də Müstəqillik Aktına imza atdılar. Bununla da Azərbaycan müstəqilliyinə qovuşdu. Müstəqillik Aktının qəbulunda da deputatların hamısı iştirak etməyib. İclasda iştirak edənlərdən bəziləri Azərbaycanın müstəqilliyinə səs vermədilər. Onlar Kommunist Partiyasına bağlı insanlar idi. Müstəqillik Aktından sonra üçrəngli bayrağımız Azərbaycanın dövlət müsəssisələrində, təşkilatlarında və s. yerlərdə ucaldıldı. Azərbaycan artıq 27 ildir ki, müstəqil dövlət kimi fəaliyyət göstərir. Bəzi iradlar var ki, Azərbaycan müstəqillik dövründə nələr əldə edib? Mən də deyirəm ki, Azərbaycan bu illər ərzində çox şey əldə edib. Bütün beynəlxalq tədbirlərdə bayrağımız yüksəlir, Azərbaycan nüfuzlu idman yarışlarına evsahibliyi edir, müstəqil siyasəti, güclü ordusu var. Bizim ən ciddi problemimiz müstəqillik dövründə yaranmış Qarabağ problemidir. Bu problemin də həlli yalnız gücdən keçir”.

Göründüyü kimi, müstəiliyimizin əleyhinə səs verən Arif Rəhimzadə bu gün də o vaxtkı mövqeyinə, hərəkətinə görə peşiman olmadığını nümayiş etdirir, hətta bunu uca səslə dilə gətuirməkdən də çəkinmir. Bununla istiqlalımız urunda canından keçənlərin, şəhidlərin ruhuna hörmətsizlik edən bu şəxs nə yazıq ki, müstəqil Azərbaycanın ştatlı deputatdır. Həmin vaxt istiqlal uğrunda mübarizə aparanların bir çoxu sonradan həyatını ehtiyac içində keçirsə də, dövlətimizi bərpa etməyimizə qarşı çıxan yoldaş Rəhimzadə müstəqillikdən ən çox yararlanan, deputat kimi yüksək əmək haqqı,imtiyazlar əldə edənlərdən biridir. Övladlarını da yüksək vəzifələrə yerləşdirib.

Ancaq görünən odur ki,bütün bunlar belə onun düşüncəsini, Moskvaya bağlılığını dəyişməyib. Dəyişsəydi, bu gün o vaxtkı, yumşaq desək, SƏHV mövqeyinə görə Azərbaycan xalqından üzr istəyər, vaxtında güclü Azərbaycan dövlətinin qurulması uğrunda mübarizəyə qoşulmadığı üçün peşiman olduğunu söyləyərdi. Söyləmir, hətta susmur da!

Əvəzində çıxıb Müstəqillik Aktına imza atmamasına, əleyhinə çıxmasına bəhənə axtarır. Öz qəbahətli mövqeyini primitivcəsinə “Azərbaycanın büdcəsi yox idi” deyə əsaslandırmağa çalışır. Sankı Müstəqillik Aktını imzalayanlar Rusiyanın müstəmlələsindən qurtulmağa səs verməzdən öncə, oturub büdcə formalaşdırmalıymış?! Rəzalətdir!

Həmin Müstəqillik Aktını imzalayanlardan biri də mərhum prezidentimiz Heydər Əliyevdir. Məgər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilllik əldə etdikdən sonra təbii olaraq, müəyyən problemlərlə qarşılaşacağını, iqtisadi-siyasi çətinliklərə məruz qalacağını görmürdü? Əlbəttə, görürdü. Ancaq o və Müstəqillik Aktına imza atanlar Azərbaycanın müstəqilliyini bərpa etməyin hər şeydən üstün olduğunu qəbul edir, bunun üçün həyatlarını riskə atmaqdan belə çəkinmirdilər.

İndi Arif Rəhimzadə sual vermək lazımdır ki, o vaxt Heydər Əliyev düz mövqe tutub,yoxsa sən! Sən özünü o vaxt Müstəqillik Aktına imza atanlardan, o cümlədə mərhum prezidentimizdən ağıllı, uzaqgörən sayırsan?

Qeyd edək ki, o zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.

Qəribə də olsa, müstəqilliyinin əleyhinə səs verənlərin bir çoxu müstəqillik illərində yüksək vəzifə tutub, deputat olub. Bəziləri bu gün də vəzifədədir və deputatdır. Müstəqil dövlət olmağımızın əlyhinə səs verənlər arasında müstəqilik illərində tutduğu vəzifə hesabına milyonçuya çevrilən, oliqarx olan, nəvəsinə milyonluq maşın kolleksiyası yaradanlar da var.

Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik. :

1. Arif Rəhimzadə – deputat

2. Yaşar Əliyev – Azərbaycanın Çindəki sabiq səfiri

3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini

4. Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti

5. Samur Novruzov – sabiq deputat, vəfat edib

6. Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri

7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü

8. Gülnarə Qurbanova – sabiq deputat

9. Mixail Zabelin – deputat

10. Sultan Məmmədov – sabiq deputat, biznes fəaliyyətilə məşğuldur

11. Zeynəb Xanlarova – Xalq artisti, deputat

12. Madər Musayev – deputat

13. Yaşar Rzayev – sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı

14. Gennadi Timoşenko – sabiq deputat

15. Həsən Həsənov – keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir

16. Əli Həsənov – Baş nazirin müavini

17. Şair Həsənov – Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir

18. İrşad Əliyev – sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı

19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri

20. Aslan Süleymanov – sabiq deputat

21. Arif Ağayev – Yasamal və Samuxun keçmiş icra başçısı

22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı

23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı

24. Tapdıq Kamalov – sabiq deputat

25. Rüfət Əsədov – Nazirlər Kabinetində sabiq şöbə müdiri

26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı

27. Arif Mövsümov – Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib

28. Cahangir Hüseynov – sabiq deputat

29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir

30. Telman Orucov – Sabiq deputat

31. Çingiz Sadıqov – sabiq deputat, vəfat edib




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.










MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android

Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website