Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Xalq artisti iller sonra sirleri acdi: “Kisisen, get uzune de…” – MUSAHİBE

Xalq artisti illər sonra sirləri açdı: “Kişisən, get üzünə de...” – MÜSAHİBƏ

16/05/2018

16:34



xeber –

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti, “Şöhrət” ordenli Rafiq Əzimovun Lent.az-a müsahibəsini təqdim edirik.

 

Vədələşdiyimiz vaxtda teatrın xidməti girişinin qarşısında görüşdük. Amma həyətdə oturub söhbət etmək üçün uzun prosedurdan keçməli olduq. Daha doğrusu, Rafiq müəllim keçməli oldu. Gah teatrın mətbuat katibinə zəng elədi, gah truppa müdirinə. Tərslikdən heç biri telefonu açmırdı. Növbətçi də onlardan birilə danışmadan içəri keçməyimizə icazə verə bilməyəcəyini deyirdi. Axırı, mətbuat katibi Cavid insaflı çıxdı. Zəng vurub “dobro” verdi və 10 dəqiqəlik “çək-çevirdən” sonra bizi həyətə buraxdılar.

 

– Nə yaman uzun proses oldu, ay Rafiq müəllim. Heç strateji əhəmiyyətli yerlərdə belə sərt qaydalar yoxdu… (gülürük)       

 

– Həə. Bir dəfə AzTV mənim haqqımda film hazırlayırdı. Məşq prosesini də çəkməyə gəlmişdilər. Həmin gün Azər Paşa Nemətov da məşqi izləməyə düşmüşdü. Biləndə çəkiliş var, hay-küy salıb ki, kim icazə verib? Qalxdım yanına… Özüm də dilxor oldum, çəkilişə gələnlər də. O vaxtdan olublar lap ciddi.

 

– Bu sistemi İsrafil İsrafilov yaratdı. O vaxt çox böyük narazılıqlar oldu, mətbuatda yazıldı. Amma hətta onda durum belə sərt deyildi. Ən azı həyətdə rahat oturub, müsahibə götürmək olurdu.

 

– Bir-iki dəfə “ÇP”-lər olub ona görə. Tapşırıb ki, yanıma hansı müxbir gəldi-getdi,  nəzarət edin ki, birbaşa çıxıb getsin, başqa otaqlara girməsin. Bu da buranın qayda-qanunudur. Bilirsiz, mən qalmaqal adamı deyiləm. Bu yaşımda da mənə yaraşmaz. Düzü düz, əyrini əyri deyirəm. Burda o qədər işlər olur ki, birinin üstünə də beşini qoyub çatdırılar adama.

 

– “Azdrama”dakı bəzi intriqalar, qalmaqallar haqqında mətbuatda yazılar gedib. Amma onların heç birində sizin adınıza rast gəlməmişəm. Yəni həqiqətənmi heç kimlə aranızda problem yaşanmayıb?

 

– Olub, əlbəttə. İndi də teatrda elə aktyor var, onunla danışmıram. Məni qalmaqala sürümək istəyiblər. Deyirlər, qurbağa çox şey bilir, amma danışanda ağzına su dolur. Bir dəfə həmkarlardan biri yanımda kiminsə haqqında danışmağa başladı. Dedim, kişisən, get bu sözü üzünə de. Mənim yanımda onun dalınca danışsan, gərək cavabını verim, susmayım. Mənim bu teatrda işim yaradıcılıq olub. Bura bizim evimizdi. Ailədə olan hər şeyi açıb-ağartmaq olmaz.

 

– Heç olubmu küsülü olduğunuz aktyor, aktrisa rəhmətə gedib, barışmamağınıza peşman olmusuz?

 

– Yox, olmayıb. Mən elə biriyəm ki, çox kin saxlaya bilmirəm. Yanımda gözləmədiyim söz işlədib, küsmüşəm, ürəyim sınıb. Bir az keçəndən sonra birlikdə oturanda demişəm, bəsdi daha, nöqtə qoyaq. O adam indi də deyir ki, məni utandırdın o hərəkətinlə. Teatr kollektiv sənətdi. Burda nə olursa, səhnəyə təsir edir.

 

– Tərəf  müqabilinizlə küsülü ola-ola səhnəyə çıxmısız?

 

– Bəli, dəfələrlə. Amma bunu tamaşaçıya büruzə verməmişəm. Heç bir jestimdə, mimikamda hiss elətdirməmişəm ki, küsülüyük. Çünki onda mən Rafiq Əzimov deyiləm. Tərəf müqabilimin də haqqı var, sabah gedib şikayət edə bilər ki, həyatda danışmır danışmasın, niyə səhnədə belə eləyir. İxtiyarım yoxdu. Həm də etikadan kənardı.

 

– 56 ildir burda çalışırsız, indiyə kimi neçə baş rejissor, direktor dəyişilib. Bu rəhbərlərdən  hansılarının çalışdığı illəri teatrın intibah dövrü, yaxud əksinə, gerilədiyi dövr adlandırmaq olar?

 

– 1960-80-ci illər “Azdrama”nın intibah dövrü sayılır. Həm repertuar siyasəti baxımında – bir-birindən maraqlı yerli və xarici əsərlər qoyulurdu, həm də aktyorlar baxımından. Əsasən də Tofiq Kazımov gəncləri çox sevirdi. Ətrafına elə etibarlı gəncləri yığmışdı ki, onları 2-ci kursdan teatra gətirib, məsul rollar verirdi. Hətta bu, başqa aktyorlar arasında qısqanclıq yaradırdı. Onun gənclərə olan bu inamı çox aktyorları üzə çıxardı – Səməndər Rzayev, Hamlet Xanızadı, Kamal Xudaverdiyev, Fuad Poladov, sonradan Yaşar Nuri, Amaliya Pənahova… Mən də o tamaşalarda irili-xırdalı rollar oynamışam. O dövr olmasaydı, rejissorlar bizə etibar etməsəydi, bu mərhələyə gəlib çata bilməzdik.

 

Dövr də oldu ki, “gənc” deyə-deyə başımızı sığalladılar, gəlib çatdıq 35-40 yaşa. Ürəyimizi yeyirdik ki, illər keçib gedir, eyni səpkili rollar oynayırıq. Bir də onda ayıldıq ki, arzusunda olduğumuz rolları oynamaq üçün vaxt çoxdan keçib. Verilmədi bizə o rollar. Kimlərinsə sevimli aktyor, aktrisalarına verildi. Amma mən heç vaxt şikayət eləmədim. 18 il işləyəndən sonra əməkdar, ondan 20 il sonra xalq artisti oldum. Yubileyimlə bağlı “Şöhrət” ordeninə layiq görüldüm. Bunlar havadan gəlmir. Gərək özünü abırlı aparsan.

 

– Sizə daha çox epizodik aktyor deyirlər. Narahat olmursuz bu ifadədən?  

 

– Mən bundan qıcıqlanmıram. SSRİ xalq artisti İsmayıl Osmanlı kimi aktyor teatrda epizodik rollar oynayıb. Sırf onun rolu üzərində qurulan tamaşa olmayıb. Rolun böyük-kiçiyi olmur, aktyorun böyük-kiçiyi olur. Ola bilsin aktyor beş söz deyir, amma yadda qalır. Kamyunun bir əsərində səhnədə bircə kəlmə də sözüm yox idi. Bütün tamaşa boyu səssizcə hadisəni izləyirdim. Tamaşanın müzakirəsində rəhmətlik Yaşar dedi, mən bir şeyi başa düşmürəm, Rafiq danışmırdı, amma danışırdı, bu, necə olur? Tofiq Kazımov “Qılınc və qələm” tamaşasında Xacə Mərcan rolunu mənə tapşırmışdı. Barmaqla sayılacaq qədər var idi. Bir dəfə məni kabinetinə çağırdı ki, rolunu böyütmüşəm. Bir monoloq əlavə etmişdi. Amma o tamaşada sözsüz yerlərim mənim üçün daha maraqlı idi. Mənim oynadığım epizodik rollar heç də baş rollardan əskik deyil. Elə rollar var ki, görənlər hələ də ondan danışır. Amma mənə epizodik aktyor deyənlərə cavab verirəm ki, siz teatr tarixini vərəqləyəndə diqqətlə baxın, mənim baş rollarım da var.

 

– Bəs heç olubmu sizə baş rol versinlər, amma sonradan fikirlərini dəyişib, onu başqa aktyora həvalə eləsinlər?     

 

– Yox, olmayıb. Ələsgər Şərifov həmişə tamaşalarında mənə xırda rollar verirdi. Bir tamaşasında dublyor idim. Məşq zamanı səhnəyə çıxmışdım. Səsimi eşidib demişdi, bunu kim buraxıb səhnəyə? Onda hətta tamaşadan getmək də istəmişdim. Amma qoymamışdılar. Bir dəfə də Ələsgər Şərifovun Ostrovskinin “Cehizsiz qız” əsərini tamaşaya hazırlaması ilə bağlı elan vuruldu lövhəyə. Elana baxıb, səhifənin lap axırında, epizodik rollar arasında adımı axtarmağa başladım. Və bir də ona gördüm ki, adım baş rola yazılıb. Dedim yəqin səhv gedib, inanmadım. Hamı da təəccübləndi mənim kimi. Amma uğurlu tamaşa oldu. İllər sonra evində olanda mənə sirr açdı ki, demə, bir neçə aktyor gedib ona deyibmiş ki, o rolu Rafiqə yox, mənə ver. O da deyib ki, mən o rolda yalnız Əzimovu görürəm.

 

Bir dəfə də Əşrəf Quliyev “Şeytanın şagirdi” tamaşasını qoyurdu. Baş rolda mən oynayırdım – çətin, psixoloji rol idi. Qardaşımı isə Həsənağa Salayev oynayırdı. Məşqlərin birində səhnədəki yerimə yarım dəqiqə gecikdim. Əşrəf Quliyev o boyda aktyorların yanında abrımı ətəyimə bükdü, ağzına gələni dedi. Həsənağa Salayev də gəldi səhnənin qabağına, dedi, “nə düşmüsən uşağın üstünə. Ayıb deyil? O gün mən heç məşqə gəlməmişdim. Kişiliyin çatırdı mənə nəsə deyərdin”. Əşrəf hirsindən Sumqayıt teatrından bir aktyoru gətirib, mənə dublyor verdi. Bir gün o məşq edirdi, bir gün də mən. Düzdür, pərt olmuşdum. Amma dublyorla aktyorların ifası, səsi tutmurdu. Neçə dəfə də gedib ona gizlincə deyirdilər ki, bu aktyorda alınmır, çıxart onu. Hirsindən çıxarmırdı. Axırda tamaşa təhvil verilən ərəfədə çıxartdılar. Tamaşa təhvil veriləndən sonra Mirzə İbrahimov resenziya yazdı. Məqalədə Həsənağa Salayevdən sonra mənim rolum  haqqında müsbət fikirlər yazmışdı. O vaxt da yazılar teatrda divara vurulurdu. Əşrəf də oxudu o məqaləni, yenə də hikkəsindən dedi, mən öz fikrimdə qalıram (gülür). Mən belə şeylərdən incimirəm. O hadisələr olmasaydı, maraqsız olardı.

 

Amma məni yandıran bir hadisə də olub teatrda. Onda pis olmuşdum həqiqətən də.   

Həsən Əbluc Mixail Sebastiyanın “Adsız ulduz” əsərini tamaşa qoydu. Mənə baş rolu –Marem Mironu verdi. Sevgilim obrazında isə Amaliya Pənahova oynayırdı. Az müddətdə tamaşa hazırlandı. Moskvadan rumınşünas Ozernikova və Teatr Xadimləri İttifaqının rəhbəri Tamara Makarova da gəlib baxdılar, bəyəndilər. Hətta dedilər rumin dramaturgiyası festivalına da gəlib oynayarsız. Üstündən bir müddət keçəndən sonra evə mənə teleqram gəldi. Həmin festivala dəvət olunmuşdum. Gəldim teatra, direktor Əli müəllimin yanına. Dedim məni festivala dəvət edirlər, şərait yaradın gedin. Sən demə teatra da, Teatr Xadimləri İttifaqına da teleqram göndəriblər, amma mənə demirlər. Evimə göndərməsəydilər, heç bu haqda mənə deməyəcəkdilər. Nəsə, göndərdilər, getdim, iştirak elədim. Diplomla Bakıya qayıtdım. Köşkdən “ədəbiyyat və incəsənət” qəzeti alıb oxuya-oxuya teatra gəlirdim. Gördüm tamaşa haqqında məqalə çıxıb. Əvvəl sevindim, elə bildim xoş sözlər yazıblar. Oxuyanda gördüm məni qatıblar Amaliyaya, Amaliyanı mənə. Ağlamaq tutdu məni ki, bu dərəcədə xəbislik olmaz. Eşidiblər getmişəm festivala, sifarişlə belə bir məqalə yazdırıblar. Mərkəzi Komitədən də məni çağırdılar. Hamı bildi ki, qərəzli yazıdır. 

 

– Heç düşünmüsüzmü artıq bəsdi, gedim teatrdan?

 

– Tükəndiyimi hiss eləsəm, özümdə getmək istəyi hiss eləsəm, elə sabah gedərəm. Amma bu yaşda səhnəylə ayaqlaşa bilirimsə, niyə gedim? Hazırda 6 tamaşada oynayıram. Teatrda Ağasadıq Gəraybəylinin 90 illik yubileyini keçirəndə Yaşarla mən onun qoluna girib apardıq maşına mindirdik. Gözləri görmürdü, amma səhnəyə çıxırdı. “Xurşidbanu Natavan”da qoca Knyazı oynayırdı. Mizanları elə dəqiqliklə eləyirdi ki, bir tamaşaçı da bilmirdi, gözləri görmür. Eləcə də Sona Hacıyeva qoca yaşında “Günahsiz müqəssir”də oynayırdı.

 

Bir ara İsrafil İsrafilov bizi teatrdan çıxartmaq istəyirdi – Hacı İsmayılovu, Ramiz Məliki, Rafael Dadaşovu və məni. Evimdə olub, süfrəmdə oturub, çörək kəsmişik. Gör necə adam olasan ki, belə qərar verəsən. Utanıb yerə girmirsən? O vaxt İradə Gözəlova “Qoca kloun axtarılır” tamaşasını hazırlayırdı. Mən, Ramiz Məlik və Rafael Dadaşov oynayırdıq. Özü də o qədər ürəkdən oynayırdıq. Özü demişdi ki, tamaşa Fəcr festivalına gedəcək. Amma götürdü “Yuğ”un tamaşasını göndərdi. O kin onda hardanıydı, bilmirəm. O, burda əməlli-başlı işləsəydi, bu gün də işləyərdi…

 

Aktyor var, öz xoşu ilə teatrdan gedib. Çünki həmişə cavan rollar oynayanlar keçid dövründə çətinlik çəkib. Amma mən cavan vaxtlarımdan yaşlı rolları oynayırdım. Rahatlıqla başqalaşa bilirəm. Təəssüf ki, indi bu teatrda başqalaşma unudulub. Kostyum dəyişməklə deyil. Bütün obraz, xarakter dəyişməlidi. Aktyor tamaşaçı üçün o vaxt maraqlı olur ki, hər tamaşada başqa obrazda tamaşaçı qarşısına çıxır. Bu baxımdan mən özümü uğurlu aktyor sayıram, çünki başqalaşa bilirəm. Necə ki, tarı kökləyirlər, mən də evdən çıxıb teatra gələndə yolboyu özümü kökləyirəm. Özü də ictimai nəqliyyatdan istifadə edirəm. İndiyə kimi maşınım olmayıb. Hərdən yoldaşımla avtobusda gedəndə xəyala dalıram. Bir də görürəm məni dümsükləyir ki, camaat sənə baxır, dodaqların tərpənir.

 

Teatr, səhnə mənim üçün ayrı aləmdi, ayrı dünyadı. Səhnəyə çıxanda bu dünyadan təcrid olub, o dünyaya gedirəm. Rafiq Əzimov yoxa çıxır. Özüm olmuram, dönüb oluram səhnədəki adam. O hisslər, o yaşantılar sözlə ifadə oluna bilməz. Onu yalnız yaşayan bilər. Ona görə də mən özümü o aləmsiz – səhnəsiz, teatrsız təsəvvür eləmirəm. Hətta 81 yaşımda belə…

 

 

 



mənbə :
Lent.az




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.










MARAQLI
Pulsuz Oyunlar
Azadliq.az - Android

Kitab sifarisi
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website