Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Belediyye sedrini ve erini öldürenler haqda şok anonim mektub

Bələdiyyə sədrini və ərini öldürənlər haqda şok anonim məktub

24/06/2015

19:56


19:49 xeber – Abşeron rayonu Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və əri Vəfadar Əbilhəsənovu azyaşlı uşaqlarının gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirən qanqsterlər barədə mətbuata şok təfərrüatlardan ibarət anonim məktub göndərilib.

ANS PRESS xəbər verir ki, aznews.az-a bu dəhşətli qətlin təfərrüatlarından və qətlin mümkün motivlərindən bəhs edən geniş məktubu göndərən anonim mənbə özünü “ailəyə yaxın adam” kimi təqdim edib.

Lakin istisna deyil ki, məktub istintaqa yaxın mənbələrdən göndərilib. Çünki istintaq bu qətlin araşdırırılmasında və bələdiyyə sədrini əri ilə birlikdə öldürən cinayətkarların arxasında dayanan “qüdrətli əlin” aşkara çıxarılmasında irəliləyiş əldə edə bilmir.

Söhbət bundan əvvəl də dəfələrlə bıçaqlama, döymə və adam oğurlama kimi cinayətlər törədən, qəsəbədə torpaq alverinə nəzarət edən Fədai Hüseynov və dəstəsindən gedir.

Xatırladaq ki, qətli törədən Fədai Hüseynov könüllü olaraq polisə təslim olub. Bir neçə gün sonra isə onun qardaşı Vüqar Hüseynov da polis tərəfindən saxlanılıb.

Anonim mənbə yazıb ki, Sarayda torpaq alğı-satqısı ilə məşğul olan Fədainin bir qardaşı Abşeron rayonu Saray kəndinin nümayəndəsi vəzifəsini icra edib. Digər qardaşı da torpaq alveri ilə məşğul olub. Bu torpaq satanların başında isə Elgiz Fərəcov adlı şəxs dayanırmış (Abşeronun icra başçısı Zakir Fərəcovla qohumluq əlaqələrinin olub-olmadığı dəqiqləşdirilmir).

Ərköyün Elgiz Fərəcovun bir sözünü nə Sumqayıtda, nə də Abşeronda iki eləyən adam olmayıb. Bu nadinc və ərköyün oğlan sözünə baxmayanları Fədai Həsənov və onun qardaşları vasitəsilə cəzalandırırmış.

Mənbə yazır ki, istər Elgiz Fərəcov, istərsə də Fədai Hüseynov dəfələrlə məhkum olunublar. Fədainin törətdiyi cinayətlərin əksəriyyəti bədənə ağır xəsarət yetirmə maddələridir. Onun son cinayət işinin icraatı Sumqayıt Şəhər Polis İdarəsində Adil Qasımov adlı müstəntiqə tapşırılıb. Lakin törətdiyi ağır cinayətə baxmayaraq qanqster həbs olummayıb, çox keçmədən daha bir cinayət törədib.

Fədai aprel ayının 25-də Sarayda “razborşik” dostları və qardaşları Elgiz və digərləri ilə yenidən cinayət törədiblər. Burada da döyülmə faktı olub. Bu cinayət işinin icraatı da Abşeron Rayon Polis İdarəsində aparılıb. Lakin cinayətkarlar yenə həbs edilməyib.

Maraqlıdır ki, hansısa bir görünməyən əl bu “ərköyün uşaqları” həmişə himayə edib. Onlar istədikləri torpaq sahələrini satır, qarşılarına “yox” deyə çıxan olanda isə bıçaqlama, döymə kimi xəsarətlər də yetirə bilirdilər. Bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub, cəza çəkən Fədai Həsənovu cinayət törətməyə sövq edən himayədarları, ona hansısa ruhi-əsəb dispanserindən “dəlilik kağızı” almağa da müvəffəq olmuşdular.

Fədainin həyat yoldaşının atası cinayətkar aləmdə “vor zakon” kimi tanınmış biri olub. Qayınatası rəhmətə gedəndən sonra, onun bu rolunu qardaşı, yəni Fədainin qayınatasının qardaşı həyata keçirib. Yəni hazırda Fədainin həyat yoldaşının əmisi “vor zakon” statusu daşıyan biridir.

Mənbə yazır ki, bələdiyyə sədri kimi, Vəsilə Əbilhəsənova əslində de-yure vəzifələrini icra edirdi, de-fakto isə bu torpaq satışı və bölünməsi məsələləri Fədai, onun qardaşları və Elgiz Fərəcov tərəfindən icra olunurdu.

Məktubda yazılır ki, Fədai Hüseynov (əslən Laçın rayonundandır) V.Əbilhəsənovanın anası Meyxanımın etimadını qazanıb və bununla da ailəyə yaxınlaşıb. Onun bir müddət əvvəl bələdiyyə sədrinin anasına böyük miqdarda pul verdiyi də məktubda yazılır.

Mənbə bildirir ki, bələdiyyə sədri bundan xəbər tutanda Fədainin və dəstəsinin toruna düşdüklərini anlayır. Yaxınlarına deyir ki, bu dəstə anasını ələ almaqla onu tora salıblar və işin axırı yaxşı olmayacaq. Vəsilə balaları üçün çox qorxduğunu da dəfələrlə deyir.

Məktubdan belə başa düşmək olur ki, qanqsterlər bələdiyyə sədrindən ondan əvvəlki sədrin imzası ilə qanunsuz verilən 2 hektar torpağa dair sənədləşdirmə tələb ediblər. V.Əbilhəsənova bu torpağı əvvəlki qanuni sahibinə qaytarmaq istəyirmiş.

Məqalədə deyilir: “Nəhayət, 8 iyun, 2015-ci il… Vəfadar oğlu ilə aşağı mərtəbədə televizora baxırdı. Vəsilə də 8 yaşlı qızı Fidanı yatırmağa qalxır. Gecədən bir az keçmiş Meyxanım xalanın ikinci mərtəbədə yatdığı otaqda pəncərəsi döyülür. Gecə vaxtı pəncərədən Fədainin səsini eşidən qadın, təlaşla pəncərəni açarkən Fədai onun sinəsindən vurub yerə yıxır. 1 metr 90 sm boyu olan Fədainin bir zərbəsinin qarşısında 60 yaşlı qadın neyləyəcəkdi ki?! Aldığı zərbədən Meyxanım arvad yerə yıxılır. Fədai onun üzərindən atlanıb dəhlizə çıxır, Vəsilənin yataq otağına keçib qapını arxadan bağlayır. Otaqda nə baş verdiyini təbii ki, 8 yaşlı qızı Fidan bilir…

Bu zaman yuxarıdan qayınanasının səsini eşidən Vəfadar ikinci mərtəbəyə qalxıb onu yerə yıxılmış görür. Nə baş verdiyini soruşduqda arvad deyir ki, Fədai keçib Vəsilənin otağına, qapını arxadan bağlayıb. Elə bu vaxt Vəfadarın kürəyinə arxadan bir əl dəyir. Dönüb baxanda əlində iri bıçaq tutmuş Fədaini görür. Fədaini vurmaq istəyəndə əlindəki bıçağı onun ürəyinə sancıb və bıçaqla ürəyini oyur. Təbii ki, dəfələrlə adam bıçaqlamaqda usta olan Fədai üçün Vəfadarı da vurmaq toyuq başı kəsmək kimi asan bir iş idi. O, kənarda dayanaraq bu müdhiş hadisəyə baxıb qışqıran nə 11 yaşlı İsmayıla, nə də Vəfadarın Qazaxıstandan yenicə qonaq gəlmiş bacısı Natellya xətər yetirmədən qaçıb gedir.

Qardaşının bir anda öldüyünü görən Natella yuxarı çıxıb, Vəsiləni köməyə çağırmaq istəyir. Vəsilə yazı stolunun qabağındakı stulda oturub, gözləri bərəlmiş halda, əli boğazında ona baxırdı. Natella ağlaya-ağlaya Vəsiləyə demək istəyir ki, Vəfadarı Fədai öldürdü.

Bir də görür ki, Vəsilənin boğazına dolanmış yataq mələfəsi də qanın içərisindədir. Fədai bir az əvvəl Vəsiləni yataqdan qaldırır, 8 yaşlı Fidanın gözü qarşısında, stolda otuzdurur… Burada istintaqın diqqətlə araşdırması gərək olan bir məqam var. Vəsilə yatağından qaldırılaraq stolda otuzdurulur.

Deməli, Vəsiləyə hansısa sənədə imza atdırılıb. Bu – mütləqdir. Yoxsa ki, qatil Vəsiləni elə yatağında da öldürməli idi. Vəsiləyə hansısa sənədə və ya sənədlərə imza atdırılıb?! İmza atdırandan sonra qatil Fədai onun alnının ortasından bir yumruq vurur, sonra isə boynunu arxadan boğazının altına qədər kəsir. Buradan da düşüb Vəfadarı öldürür. Vəsilə isə hələ canında can var ikən uşaq qorxmasın deyə və boğazından axan qanı saxlamaq üçün əlini mələfəyə atıb boğazına sarıya bilir. Bir əli ilə isə boğazını tutmuş halda canını tapşırır. Vəsilənin anası və Natella Sumqayıt Şəhəri Təcili Yardım İdarəsinə zəng vurub kömək istəsələr də onlar ilk yardımdan imtina edib deyirlər ki, belə yardım ərizə üzrə olmalıdır. Ancaq Abşeron rayonunun təcili yardımı kömək edə bilər. Sonra ailənin dostları təcili yardım briqadasına pul təklif edəndən sonra onları çağırışa gəlməyə razı salırlar.

Qanlı qətli həyata keçirən Fədai hadisə yerinə hazırlıqlı, iki ədəd bıçaqla gəlir. O, Vəsilə Əbilhəsənovanı bir bıçaqla, Vəfadarı isə başqa bıçaqla öldürür. Vəfadarı ona görə öldürür ki, o, bu cinayəti yerdə qoymayacaqdı, əgər sağ qalsaydı…

Əgər Vəfadar yoxdursa, əlindəki “dəlilik kağızı” ilə 1 ildən sonra azadlığa çıxacaq. Vəfadardan başqa isə nəslin elə bir adamı yoxdur ki, bu qanın qisasını alsın və ya qatı cinayətdə adı keçən adamların cəzalanmasını istəyə bilsin.

Hadisə yerindən uşaqlaşan Fədai görəsən, əlində hansı sənədləri aparıb və o sənədləri kimə verib? Yaxşı istintaqçı bu suallara aydınlıq gətirə bilər”.

Məqalədə deyilir ki, qətldən 2 həftəyə yaxın vaxt keçir. Bu müddət ərzində, istintaq da elə bil ki, hardansa “başla” əmrini gözləyir: “AR Cinayət Prosessual Məcəlləsinin müvafiq bəndlərinə görə, əslində belə ağır bir cinayət işinin istintaqı Abşeron Rayon Prokurorluğundan alınıb Bakı Şəhər və ya Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə verilməli idi. Çünki qətlə yetirilmiş hər iki vətəndaş dövlət məmurudur. Və bu öldürülən şəxslərin adları ətrafında vəzifəli şəxslərin isimləri hallanır”.

Sayta danışan mənbə bu dəhşətli cinayətlə bağlı daha bir müəmmalı məqama toxunub: “Qızı və kürəkəni gözünün qarşısında öldürülən Meyxanım Həsənova həmin gündən sonra nəvələri İsmayılı və Fidanı görməyib. Əvvəlcə İsmayıl və Fidan Vəfadar Əbilhəsənovun xalası oğlunun evində qalıblar. 7 məclisini verəndən sonra isə, uşaqların əllərindəki telefonlar da onlardan alınıb, əvvəllər Meyxanım Həsənova nəvələri ilə heç olmasa telefonla danışırdı. İndi isə kimsə nəvələrini gizlədib, nənələri ilə görüşməyə qoymurlar.

Səbəb isə çox sadədir. Vəfadarın qohumları belə qərara gəlib ki, uşaqlar nənəsindən alınıb ancaq ata tərəfin qohumlarına verilməlidir. Nəvələrini görmək tələbini qaldıranda isə Vəfadarın qardaşı İlqar Əbilhəsənov bir neçə dəfə qadının üzərinə hücum çəkərək onu öldürəcəyi ilə hədələyib. 60 yaşlı qadın bu hədələrdən sonra qızı Vəsilə və Vəfadarla birlikdə aldıqları evdən çıxıb ki, dəfələrlə ağır cinayətlər törədib məhkumluğu olan İlqar Əbilhəsənov onu öldürməsin. Çünki ailədə hər kəs bu gün Vəfadarın kiçik biznes obyektlərinə, bir neçə yerdə olan evinə sahiblənmək istəyirlər.

Vəfadar əvvəllər Sumqayıt şəhərində işləyib, “B&G” sığorta şirkətinin filial rəhbəri vəzifəsində çalışıb. Mərhumun son iş yeri isə “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin aparat rəhbəri işləyirdi. Narkotikə və cinayətə meylli olan qardaşı İlqarı Azərbaycandan və öz yanından uzaqlaşdırmaq üçün Antalyada ona ev və dükan alıb ki, orada başını qatsın. Təki ailəsinə və özünə narahatçılıq yaratmasın.

İndi Qazaxıstandan təzə gələn Natella Əbilhəsənova qardaşı İlqarla əlbir olaraq belə qərara gəliblər ki, Vəfadarın bütün mülklərinə və sərvətinə sahib çıxsınlar.

Meyxanım Həsənova iddia edir ki, nəvələrini ta bələkdən özü böyüdüb, öz ailəsinə böyüklük etməyən İlqar qardaşı uşaqlarına sahiblik edə bilməz, Vəfadarın atasının yaşı 70-dən ötüb. Bacısı Natella isə Qazaxıstan vətəndaşıdır. Heç yerdə işləmir. Belə olan surətdə Əbilhəsənovlar ailəsi, uşaqları Vəfadarın Mübariz adlı xalası oğlunun himayəsinə vermək istəyirlər. 20 günə yaxındır ki, nənənin nəvələrinin harada, hansı şəraitdə saxlanılmasından xəbəri yoxdur. Bir neçə dəfə cinayət işinin istintaqını aparan müstəntiqə bu haqda şikayət etsə də müstəntiq onun şikayətini qulaqardına vurub. Qadın Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə şikayət edərək nəvələrinin tapılmasında ona kömək etmələrini xahiş edib”.

İyunun 19-da Əbilhəsənovların oğlu İsmayılın 11 yaşı tamam oldu. İsmayılı heç kim təbrik etmədi. Çünki uşaqlar hələ də elə bilirlər ki, ata-anaları aldıqları ağır yaralardan xəstəxanada müalicə olunur.

mənbə :
anspress




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website