24.06.2015 / 20:10 xeber –
Bakı-2015 I Avropa Oyunlarında boks yarışları davam edir.
Apasport.az saytının məlumatına görə, əvvəlki mərhələdə finlandiyalı Mira Potkonen üzərində qələbə qazanan təmsilçimiz Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olub. Dünya çempionatının finalçısı yarımfinal yolunda Zinayda Dobrinina ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib. Alekseyevnanı 1/2 finalda rəqibi Olimpiya çempionu, dörd dəfə dünya və beş dəfə Avropa çempionatının qalibi Keti Teylor (İrlandiya) olacaq. Qarşılaşma iyunun 26-da saat 12:45-də olacaq.
Yarımfinala qədər irəliləyərək, ən azı bürünc medalı özü üçün təmin edən Tayfur Əliyev (56 kq) final üçün son döyüşünü rusiyalı Bəxtovar Nazirova qarşı keçirib. Bura qədər iki rəqibini mübarizədən kənarlaşdıran həmyerlimizlə 3 döyüşdən qalib ayrılan Nazirovun görüşü gərgin alınıb. Lakin qarşılaşma daha təcrübəli rusiyalının xeyrinə başa çatıb – 2:1 (28:29; 29:28; 29:28).
mənbə :
lent.az
Şərh yaz.