Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

AŞPA-nın iyun sessiyasında işğala ve işğalçıya destek verdiler

AŞPA-nın iyun sessiyasında işğala və işğalçıya dəstək verdilər

25/06/2015

14:46


25.06.2015 / 14:42 xeber –

AŞPA-nın yay sessiyası zamanı, 23 iyun 2015-ci il tarixində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr çox gərgin keçdi. Gözlənildiyi kimi, əsas müzakirələr məruzənin qətnamə layihəsinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri ilə bağlı bəndi ətrafında baş verdi. Bu problemlə bağlı “mövqelər müharibəsi” kimi qiymətləndirilə biləcək müzakirələr AŞPA-da təmsil olunan anti-Azərbaycan qüvvələrinin və siyasi qurum kimi AŞPA-nın iç üzünü açmış oldu.  Assambleya məruzənin 1-ci maddəsində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” ifadəsini həmişə istifadə etdikləri “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə dəyişdi. Bütün Avropa və güc mərkəzləri bu dəyişiklikliyi etmək üçün bütün resursları səfərbər etmiş və bütün güclərini Azərbaycanın və həmməruzəçilərin haqlı tələblərinə qarşı qoymuşdular. Bu gözlənilən idi. Belə ki, hüququn aliliyi, demokratiya  carçısı Assambleya bir üzv dövlətin digərinin ərazisini 23 ildir işğal altında saxladığını, Azərbaycan xalqının bu cür ağır faicəsindən məlumatlı olduğunu ifadə etməklə öz fəaliyyətsizliyini ifşa etməklə bərabər, Azərbaycan torpaqlarının işğal altında saxlanılması fakıtına göz yumduğunu etiraf etmiş olurdu.

Qeyd edim ki, məruzə layihəsi cari ilin may ayında Monitorinq Komitəsinin iclasında təqdim edilərkən mənim kəskin çıxışımdan sonra məruzə layihəsinin 1-ci bəndində Azərbaycan ərazilərinin işğalı faktının “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsi kimi əks etdirilməsinə nail olduq. Mən çıxışımda eyni zamanda, Azərbaycan torpaqlarının 23 ildən artıq müddət ərzində Ermənistanın işğalı altında olmasına baxmayaraq, Avropa Şurasının yalnız “tam məlumatlı” olmasını bəyan etməklə kifayətlənməsinə öz dərin təəssüfümüzü bildirdim.

Lakin erməni lobbisi və anti-Azərbaycan qüvvələri Ermənistanın işğalçı kimi tanınmasını qəbul edə bilmirdilər və ona görə də bu məruzə Avropa Şuarısının saytında yerləşdirildiyi 21 may tarixdən etibarən bütün erməni lobbisi və anti-Azərbaycan qüvvələr bu məsələ ilə məşğul olmağa, Azərbaycana qarşı müxtəlif istiqamətlərdə hücumlar təşkil etməyə başladılar. Nəticə isə sessiya zamanı açıq-aydın üzə çıxdı, AŞPA üzvlərindən demək olar ki, heç kəs erməni işğalını dilə gətirmədi. Hətta anti-Azərbaycan qüvvələri, xüsusən də prezident Ann Brassör və Baş Katib Savitski həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskiyə təzyiq etməkdən belə çəkinmədilər.

Onu da qeyd edim ki, Monitorinq Komitəsinin 28 may tarixli  iclasında məruzənin qətnamə layihəsinin 1-ci bəndində “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu” ifadəsinin saxlanılmasına nail olduqdan dərhal sonra aparıcı güc mərkəzləri özlərinin anti-Azərbaycan kampaniyasını daha da aktivləşdirdi. Onlar müxtəlif beynəlxalq hökumətlərarası təşkilatlarda və qeyri-hökumət təşkilatlarındakı satellitlərinə sinxron şəkildə müxtəlif istiqamətlərdə Azərbaycana qarşı kampaniyaları gücləndirmək barədə göstəriş verdilər. Güc mərkəzlərindən gələn göstərişlə anti-Azərbaycan qüvvələri və çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Şərqi və Qərbi Avropa, Qafqaz və Balkanlarda 13 ölkədə 18 insan hüquqları evində 90 insan hüquqları təşkilatını özündə birləşdirən İnsan Hüquqları Evi Şəbəkəsi Azərbaycana qarşı sistemli hücuma keçməyə başladılar. Onlar açıq-aydın demokratik institutların fəaliyyəti ilə bağlı məruzədə işğalla bağlı maddənin olmasının əleyhinə çıxış edirdilər. Onlar çıxışlarında hüquququn aliliyinə zidd, məhkəmənin, suveren ölkənin işinə qarışır, insan hüquqları ilə bağlı bir-birini təkrar edən maddələrin əlavə olunmasını təklif edirdilər. Bu isə onların Azərbaycana təzyiq etmək üçün təşkil olunduqlarını bəlli edirdi. Bu qərəzlilik qətnaməyə eyni mahiyyətli və təkrarlanan qərəzli düzəliş və təkliflərin irəli sürülməsində açıq-aydın görünürdü.

Anti-Azərbaycan qüvvələrin strategiyasının ikinci əsas istiqaməti kimi Azərbaycanda keçiriləcək 2015-ci il parlament seçkiləri hədəf seçilmişdi. Bunun üçün onlar məruzəyə belə bir bənd əlavə etməyə çalışırdılar: “DTİHB ilə tam əməkdaşlıq edilsin. Assambleya bu əməkdaşlığı nəzərə alaraq, qarşıdakı seçkilər üçün müşahidə missiyası ilə bağlı qərar qəbul edəcək.”

Anti-Azərbaycan qüvvələrin bu əlavəsinin əsas mahiyyəti Azərbaycanda 2015-ci ildə keçiriləcək parlament seçkilərinin müşahidəsi üçün ATƏT/DTİHB dəvət edilməyəcəyi təqdirdə AŞPA müşahidə missiyasını oktyabr ayında geri çağırmasına nail omaq idi. Maraqlıdır ki, çıxışlarda hətta biri-birinə zidd olan təkliflər səsləndirildi. Bunlardan biri DTİHB-nin seçkilərə dəvət edilməyəcəyi təqdirdə AŞPA müşahidə missiyasının geri çağrılmasını nəzərdə tuturdusa, digəri bunun əksini – AŞPA müşahidə missiyasının tərkibinin iki dəfə artırılmasını nəzərdə tuturdu.

Əslində, DTİHB-lə bağlı bu təklif nə qədər ziddiyyətli olsa da, o qədər də gülünc görünürdü. Belə ki, Azərbaycan hökuməti bu və ya digər təşkilatlar qarşısında seçkiləri müşahidə üçün dəvət etmək öhdəliyi götürməyib, Azərbaycan hökuməti seçkilərə dəvəti özü könüllü şəkildə həyata keçirir və bu dəvət Azərbaycan hakimiyyətinin xoş məramı ilə qaynaqlanır. Odur ki, anti-Azərbaycan qüvvələrin bu cəhdi alınmadı. AŞ-nın Azərbaycan qarşısındakı öhdəliyinə görə, o, seçkiləri müşahidə etməlidir. Bu səbəbdən onların ölkəmizi bu formada hədələmə cəhdləri əbəsdir.

Lakin bu təklifi irəli sürənlərin əsas məqsədi məruzənin 1-ci bəndini dəyişmək, Azərbaycanın Dağlıq Qarabağ və digər 7 rayonunun işğal edilməsi faktını gizlətmək idi. Onlar bu maddəni zəiflətmək üçün 4 düzəliş vermişdilər. Müxtəlif formada biri-birini təkrarlayan  düzəlişləri irəli sürməkdə niyyət onlardan biri keçmədiyi halda digəri ilə məqsədə nail olmaq idi.

Hətta iş o yerə çatmışdı ki, Ukraynanı fəlakətə uğradan bəzi Avropa siyasətçilərinin, güc dövlətlərinin Ukrayna hakimiyyətinə güclü təsiri nəticəsində Ukraynalı deputatlar Azərbaycan torpaqlarının işğalını Ukraynanın işğalına oxşatmamaqla bağlı qətnamə layihəsi təqdim etmişdilər.

Lakin AŞPA üzvləri öz ölkələrindən xüsusi göstəriş almalarına baxmayaraq, bu düzəlişlərdən 3-nü rədd etdilər və sonuncu 1 düzəliş 10 səslə qəbul edildi. Maraqlıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) yenicə, 16 iyun 2015-ci il tarixində Çıraqov və digərlərinin işi ilə bağlı qəbul etdiyi qərar belə nəzərə alınmadı. Belə ki,  Məhkəmə öz qərarında Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə faktiki nəzarət etməsi faktını vurğulayır, Dağlıq Qarabağda və ətraf rayonlarda baş verən insan hüquqları pozuntularına görə beynəlxalq-hüquqi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirir. Azərbaycanın Dağlıq Qarabağla yanaşı 7 ətraf rayonunun  işğal edildiyini dəfələrlə vurğulasam da, onlar bunu eşitmək istəmirdilər.

AŞPA prezidenti Ann Brassör öz məkrli məqsədlərinə nail olmaq məqsədilə müxtəlif bəhanələrlə həmin bəndi bir neçə dəfə səsə qoydu. Hətta səsvermədən sonra kuluarlarda deputatlar qəbul edilən düzəlişin 10 səs çoxluğu ilə qəbul edilməsinə dair şübhələrini gizlətmirdilər.

Qeyd etməliyəm ki, AŞPA-nın prosedur qaydalarına əsasən, həmməruzəçilər müzakirələr zamanı düzəlişlərlə bağlı öz fikirlərini bildirə bilərlər. Misal üçün, bir neçə il əvvəl Ştrasserin məlum məruzəsi müzakirə edilərkən o, düzəlişlərlə bağlı öz fikrini bildirirdi. Lakin AŞ prezidenti Ann Brassör bu müzakirələr zamanı AŞPA-nın prosedur qaydalarını kobud şəkildə pozaraq, məruzənin birinci bəndinə düzəlişlərin müzakirəsi bitənədək məruzəçilərə söz vermədi.

Məruzəçilər buna etiraz etdikdə, Ann Brassör onlara sizin belə bir hüququnuz yoxdur cavabı verdi və Baş Katib Savitski də bunu təsdiqlədi. Yalnız AŞPA-nın İspaniyalı üzvü cənab Aqustin Kondi buna qarşı çıxış edərək prosedur qaydalarının tələbləri ilə bağlı geniş izahat verdikdən sonra Ann Brassör həmməruzəçilərə söz verdi. Amma artıq gec idi, Savitskinin erməniləri müdafiə missiyası artıq başa çatmışdı.  

Azərbaycan xalqına bəyan edirəm ki, Avropa Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonunun işğal edildiyini hesab etmir və onların bu barədə mövqeyi dünyanı və Azərbaycan ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. 23 ildir erməni tapdağı altında olan torpaqlarımızı azad etmək üçün Avropaya və beynəlxalq qurumlara etibar etmək və ya onlardan kömək gözləmək sadəlövlükdür.

Nəhayət, qeyd etmək istərdim ki, Ermənistan tərəfi uzun müddət idi ki, AŞPA Siyasi Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş rayonlarında gərginliyin artması” üzrə məruzəçisi Robert Volterlə əməkdaşlıqdan imtina edirdi və onun mandatı çərçivəsində Ermənistana səfər etməyə imkan vermirdi. Bununla belə,  AŞ rəhbərliyi və Ermənistan hakimiyyətinin işğalı gizlətmək cəhdlərinə baxmayaraq, onlar 23 iyunda cənab Robert Volterin məruzəçi kimi öz mandatı çərçivəsində Ermənistana dəvət edilməsinə məcbur oldular. Sessiya zamanı AŞPA Sosial Komitəsində işğal altında olan Sərsəng su anbarı ilə bağlı məruzəçi Milica Markoviçin Azərbaycana və Ermənistana növbəti səfəri ilə bağlı qərar veriləcəyi də gözlənilir. Hər iki məruzə bu ilin sonunadək təqdim olunacaqdır.

Sonda bir daha vurğulamaq istərdim ki, AŞPA-da müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqlərin arxasında ərazilərimizin Ermənistan tərəfindən işğalını gizlətməkdən və işğal faktının unudulmasına nail olmaqdan ibarətdir. Lakin biz belə məkrli qüvvələrə qarşı mübarizəmizi sona qədər qətiyyətlə davam etdirməliyik.

Elxan Süleymanov, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website