Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Rasizmin beşiyi ve insanların ova çevrildiyi ölke – TƏHLİL

Rasizmin beşiyi və insanların ova çevrildiyi ölkə - TƏHLİL

27/06/2015

12:22


27.06.2015 / 12:19 xeber –

“Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı, “məhv etmək” və “müdaxilə etmək” sözlərinin dildən düşmədiyi bu torpaqlarda bir gün ağdərili və qara dərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər”.

Amerikanın “qara tarixini” ifşa edən Martin Lüter Kinq 1960-cı illərdə belə arzulayırdı. Ağdərililərin Amerikasında quldarlığa və irqçiliyə qarşı mübarizə aparan bu şəxs 1968-ci ildə məhz qaradərili olduğu üçün qətlə yetirildi. Kinqin gerçəkləşməyən Amerika arzusundan 50 il keçir və bu gün də ABŞ-da rasizm çiçəklənməkdədir.

 

Qırmızıdərililərin nəslinin kəsildiyi, qaradərililərin ova çevrildiyi ölkə

 

Bura Amerikadır. Hegemon güc olmağa iddialı bu ölkə dünyaya “demokratiya mühazirəsi” oxumaqla məşhurdur. Bu polis dövləti üçün bircə hədəf var: şəxsi maraqların təmin edilməsi. Onunla razılaşmayanlara qarşı güc tətbiq olunur, qara yaxma kampaniyası aparılır, təcridetmə siyasəti həyata keçirilir və bütün bunlar insan haqları, demokratiya yarlığı altında reallaşdırılır. ABŞ-ın özündəki vəziyyət isə olduqca acınacaqlıdır. 
 

 

“Demokratiya beşiyində” doğulan rasizm

 

Bu ifadə ABŞ-ın tarixi və bu günü ilə əyani şəkildə assosasiya olunur. Hələ 1787-ci ildə ABŞ-ın ilk konstitusiyası hazırlanarkən, bugünkü rasizmin təməli atıldı. Yüzlərlə qula malik olan 55 ağdərilinin tərtib etdiyi əsas qanun yalnız yuxarı təbəqənin mənafelərini tanıyır, qaradərililərə heç bir hüquq vermirdi. Bununla da “azad insanların torpağında” irqi ayrı-seçkili rəsmiləşdirildi.

1865-ci ildə vətəndaş müharibəsinin Şimal ştatlarının qələbəsi ilə başa çatması nəticəsində qaradərili qullar azad olundu. Lakin bu, rasizmin çiçəklənməsinin qarşısını ala bilmədi. Həmin ildə “Ku Kluks Klan – KKK” təşkilatı yarandı və qaradərililərə qarşı mübarizə ictimai devizə çevrildi.

 

– Sizin təşkilata necə üzv ola bilərəm?

– 6 zəncini və bir pişiyi öldürməlisiniz!

– Pişiyin günahı nədir ki?

– Təbrik edirəm, siz qəbul olundunuz. 

 

 

KKK təşkilatına qəbul qaydasını XlX əsrdə yayılmış bu lətifədən də anlamaq olar. Lakin hər şey bu qədər “asan” deyildi – üzvlüklə bağlı məhdudiyyətlər də çoxuydu. Yalnız WASP-lar (White – Anglo – Saxon –  Protestants) üçün yaşıl işıq yandırılmışdı.

1920-ci illərdə təşkilat Hiram Uesley Evans adlı şəxsin başçılığı altında qaradərililərə qarşı dəhşətli hücuma başladı. Ağ geyimli təşkilat üzvləri qaradərililəri qətlə yetirir, zorlayır, onların ibadət etdiyi kilsələri yandırırdı. Bu dəhşətli cinayətlərə baxmayaraq, təşkilatın üzvlərinə qarşı dövlət tərəfindən heç bir tədbir görülmürdü.
Qaradərililərsə Vaşinqtona müraciət edərək, dövlət tərəfindən bu soyqırımın qarşısının alınacağına ümid edirdi. Lakin Amerika hökuməti kütləvi qətllərə göz yumdu. Buna görə də qaradərili camaat “Afrikaya qayıdış” hərəkatını yaratdı. Hərəkatın lideri Markus Qarvinin fırıldaqçılıqda ittiham olunaraq həbs edilməsi ilə bu cəhdləri iflasa uğratdı.
 

Amerikada qaradərililərin kütləvi ovu 1950-60-cı illərdə yenidən gücləndi. Bu dəfə daha dəhşətli formada. KKK-nin xələfləri qaradərililəri asır, güllələyir, daş-qalaq edir, yandırır, zorlayırdılar. Hamilə qadınlara belə rəhm olunmurdu. “Qaradərililərə ölüm” – onlar üçün əsas prinsip bu idi. Hətta bir dəfəyə 7 min qaradərili qətlə yetirilmişdi.

1964-cı ildə “Vətəndaş hüquqları”, bir il sonra isə “İmmiqrasiya haqqında” qanun qəbul olunmaqla ABŞ-da irqi ayrı-seçkilik qadağan olundu. Lakin bununla rasizmə son verilmədi. Hələ də “Ku Kluks Klan”nin davamçılarının yaşadığı Amerikada irqi ayrı-seçkilik günümüzə qədər gəlib çıxıb və bu gün yenidən 2 əsr öncəki vəziyyət davam edir. Tədqiqatlar bununla bağlı ortaya minlərlə fakt çıxarıb.

 

Faktlar: Məişət həyatından Dövlət Departamentinə qədər uzanan rasizm

 

2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işə götürən rəyçilər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Belə ki, rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili olması ehtimalı 90 faizdən yuxarıdır.

Bu ölkədə irqi ayrı-seçkilik satış mərkəzlərində də özünü göstərir. Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Asiyalı alıcılar üçünsə bu rəqəm 15,5 faizdir.

Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.

Amerikada irqi ayrı-seçkilik marixuana istifadəçilərinin həbs olunmasında da tətbiq olunur. Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının 2013-cü ildə apardığı araşdırmaya görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə daha çoxdur.

Qaradərililər ABŞ cəmiyyətinin cəmi 13 faizini təşkil etsə də, polisin saxladığı şəxslərin 28,4 faizi məhz qaradərili təbəqəyə aiddir. Statistikaya görə, qaradərililərin 3,1 faizi, ağdərililərin isə cəmi 0,5 faizi həbsdədir.

Bundan başqa, amerikalı həkimlər ürək prosedurları barədə qaradərililəri ağdərililər qədər məlumatlandırmır. ABŞ qanunvericiləri də qaradərili seçicilərə cavab verməkdən tez-tez imtina edirlər.

Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə isə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir.

İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir.

Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir. Çətin yeniyetmələrlə iş üzrə ekspert Len Makduqal ABŞ məktəblərində vəziyyətin həbsxanalardakı kimi olduğunu deyib: “Məhbuslar kimi, şagirdləri də bir yerə toplayan əsas məsələ dərinin rəngidir”. L. Makduqal bu vəziyyəti “nə zamansa mütləq partlayacaq saatlı bomba” adlandırıb.

 

 

Göründüyü kimi, dünyaya “demokratiya dərsi” keçən ABŞ insanlara ən təbii hüququ – yaşamaq hüququnu belə tanımır. Lakin Amerika öz əməllərini haqq qazandırmaq üçün tarixi belə saxtalaşdırmaqdan çəkinmir.

Amerikalı professor Havard Zein “Yeni nəsil üçün ABŞ tarixi” kitabında bu barədə yazır: “İbtidai sinifdən yuxarı sinfə qədər heç bir dərslikdə Amerikaya gələnlər tərəfindən yerli əhaliyə qarşı törədilən qətliamlar barədə məlumatlarla rastlaşmırıq. Şagirdlərə belə aşılanır ki, qətliamlar Britaniya taxt-tacına qarşı istiqlal müharibələrindən qabaq baş verib. 1770-ci ildə Britaniya əsgərlərinin 5 amerikalını qətlə yetirdiyini bilən şagirdlər daxili müharibələrdə Koloradoda yüzlərlə qırmızıdərili ailənin qətliamından bixəbərdirlər”.

Qaradərililərlə yanaşı, Amerikanın əsl sahibləri olan qırmızıdərililərə qarşı soyqırım və təqib siyasəti bu gün də davam edir. “Washtingon Times” yazır ki, Nyu-Yorkun 2,5 milyon hektar torpağı saxta sənədlərlə və zorakılıqla yerli əhalinin əlindən alınıb. Qırımızıdərililər bu böyük cinayətlə bağlı məhkəmələrə müraciət etsə də, heç bir tədbir görülməyib.

 

 

 

ABŞ-da itlərin öldürülməsi qardərililərin qətlindən daha çox əks-səda doğurur

 

ABŞ-da irqi ayrı-seçkiliyin dövlət siyasəti olmasını təsdiq edən faktlardan biri də birbaşa Ağ Evə bağlı medianın bu siyasəti təşviq etməsidir. Məsələn, işsiz qaradərililərin sayının işsiz ağdərililərdən iki dəfə çox olduğunu yazan “Washington Post”, bunu qaradərilərin daha çox qeyri-normal, azğın həyat tərzi ilə izah edir. İnsan haqları faktoru üzərindən işğalçılıq siyasəti aparan ABŞ-da qardərililər hətta küçə itləri ilə müqayisə olunur. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqtonun sözləri buna açıq sübutdur: “Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və daha çox diqqət mərkəzində olub”.

 

Bu da Amerika, bu da insan haqlarını təbliğ edən ölkə. Təəssüf ki, bu gün ABŞ-ın dövlət siyasəti səviyyəsinə qalxan rasizm ictimaiyyətə də təsirsiz ötüşməyib. “Associated Press” agentliyinin 2012-ci il 28 oktyabr tarixində keçirdiyi sorğuya əsasən hazırladığı hesabat məsələ ilə bağlı dəhşətli faktları ortaya çıxarır. Hesabata əsasən, ABŞ-da ağdərililərin 51 faizi qaradərililərə nifrətini aşkar bildirib. 2008-ci illə müqayisədə bu göstərici 3 faiz artıb.

 

 

 

Göründüyü kimi, ABŞ-da rasizm getdikcə daha da güclənir. 2012-ci ildə Florida polisinin qaradərili gənc Troan Martini güllələməsi də buna əyani sübutdur. Məhz həmin hadisədən sonra, ABŞ-da irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarına start verildi.

 

Rasizmin dəstəklənməsi, yaxud Obama hakimiyyətə niyə gətirilib?

 

2014-cü il avqustun 9-da Ferqüssonda 18 yaşlı qaradərili gənc ABŞ polisi tərəfindən amansız şəkildə qətlə yetirildi. Buna etiraz olaraq, qaradərili insanlar etiraz aksiyalarına başladılar. Bir neçə ay davam edən aksiyalar dekabrın 2-də polis zorakılığı ilə yatırıldı.

2015-ci aprelin 25-də 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı. Lakin Ferqüsson və Baltimor hadisələri ABŞ-ın XXI əsr tarixinə anti-demokratik ölkə damğasını vura bildi.

“The Independent” qəzeti bu hadisələri “Amerikanın rüsvayçılığı” olaraq təqdim edib. ABŞ prezidenti Barak Obama da ölkəsində rasizmin şiddətləndiyini etiraf etmək məcburiyyətində qalıb. “Mən çox tez-tez ölkəyə “bir dəqiqəlik sükut” üçün müraciət edirəm. Bu yalnız bizim ölkə üçün xarakterikdir. Dünyada başqa elə bir inkişaf etmiş ölkə yoxdur ki, orda əhali insanların odlu silahdan kütləvi şəkildə qətlə yetirilməsi ilə barışsın və bunu normal hesab etsin”, – deyə prezidenti Obama vurğulayıb.

Halbuki, Keniya əsilli Barak Obama 2008-ci ildə ABŞ-ın prezident postuna seçiləndə amerikalılar kimi, dünya da düşünürdü ki, bu ölkədə rasizmə son qoyulacaq. Lakin Ferqüsson, Baltimor və ABŞ demokratiyasının iç üzünü göstərən bu kimi hadisələr məhz onun dövründə baş verdi.

 

 

Obamanın bu posta necə gəlib çatması haqda müxtəlif fikirlər var. Əsas ehtimallardan biri budur ki, məhz qaradərili prezidentin bacarıqsız siyasət yürütdüyünü “sübut etmək” üçün Obama bu posta gətirilib. Çünki Martin Lüter Kinqdən bəri ABŞ-ın qaradərili vətəndaşları bu ölkəyə rəhbərlik etmək iddiasında olub. Obamanın prezidentliyi də qaradərililərin bu iddialarını alt-üst etmək məqsədinə xidmət edir. Zak Qalizianakis adlı teleaparıcının Obamaya “Sonucu qaradərili prezident olmaq necə bir hissdir?” sualı bu ehtimalları artırır. Nəzərə alsaq ki, ABŞ prezidenti rotasiya qaydası ilə Demokratlar və Respublikaçılar arasından növbə ilə seçilir və seçicilərin iradəsini burada o qədər də rol oynamır, Obamanın bu posta gətirilməsi haqda iddialara aydınlıq gəlir. Obamanın qaranlıq keçmişi də şübhələri artırır. Belə ki, Keniya əsilli qaradərili prezident Havay adalarının vətəndaşı kimi qələmə verilib. Lakin indiyə qədər onun doğum şəhadətnaməsi haqda dəqiq fakt açıqlanmayıb. Publisist Endru Braytbartın Obamanın keçmişi barədə dəqiq sənədləri təqdim edəcəyi ilə bağlı açıqlamasından sonra Los-Ancelesdəki restoranda yeməkdən sonra qəfil ölməsi də diqqət çəkir.

 

Obamanın “Heç bir şübhə yoxdur ki, bəzi insanlar məni sevmirlər və qara dərili prezident ideyası onların xoşuna gəlmir” sözlərini çəkinmədən deməsi isə ABŞ-a ilk və sonuncu dəfə qaradərilinin rəhbərlik edəcəyi fikrini gücləndirir. Güman ki, 2016-cı ildə keçiriləcək növbəti prezidenti seçkilərində bu “nadir nümunəyə” son veriləcək. Bu, ABŞ-da prezidentlik postunun da rasizm siyasətinə alət edildiyi deməkdir…

 

 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website