29.06.2015 / 11:05 xeber –
Bakı Apelyasiya Məhkəməsində qətl törətməkdə ittiham olunan 1970-ci il təvəllüdlü Zeynal Sadıqovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Zeynal Sadıqovun apelyasiya şikayətinin qismən təmin edilib və onun cəzası 9 ilə endirilib.
Qeyd edək ki, Zeynal Sadıqov 2013-cü ilin sentyabrın 6-da Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1968-ci il təvəllüdlü Nazilə Əmrahovanı qəsəbə ərazisində yerləşən qəbiristanlıqda bıçaqlayaraq öldürüb. Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nazilə Əmrahovanı tanışı, 1970-ci il təvəllüdlü Zeynal Sadıqov tutulub. Zeynal Sadıqov ilkin ifadəsində Nazilə Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zeynal Sadıqov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zeynal Sadıqov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Onu da qeyd edək ki, Zeynal Sadıqov əvvəllər Dövlət Yol Polisində çalışıb.
mənbə :
lent.az
Şərh yaz.