Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Kamil Celilov: "İlhameden sonra onu oxumaq düzgün deyil" – MÜSAHİBƏ

Kamil Cəlilov: "İlhamədən sonra onu oxumaq düzgün deyil" - MÜSAHİBƏ

29/06/2015

12:32


29.06.2015 / 12:17 xeber –

 Xalq artisti Kamil Cəlilovun APA-ya müsahibəsi

 

– Kamil müəllim, sizdən hansısa jurnalist soruşub ki, neçənci ildə anadan olmusunuz, necə oldu bu sənətə gəldiniz?

 

– Olub, elə şeylər, çox olub. Elə birinci sualı verəndə deyirəm, həə, çatdıq. (Gülür). Yəni hamı standart suallar verir. Rafael Hüseynov radionun “Axşam görüşləri”ndə mənim haqqımda veriliş hazırlayıb. Elə şeyləri tapıb çıxarıb ki, adam mat qalır. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Tofiq Quliyevin mənim haqqımda dediyi sözləri axtarıb tapıb. Belə şeylərdə Rafael zirək adamdır.

 

– Mən Bəhram Mansurovun sizin haqqınızda dediklərinə qulaq asmışam. Deyir, bizi Nəriman Əliyev tanış edib…

 

– Nəriman Əliyev mənim dayım oğludur. Bəhram Mənsurov dəfələrlə onların qonağı olub, bir yerdə çalıb-oxuyublar. Nərimanın yaxşı səsi vardı. Zəngulələri çox gözəl olurdu. Sonra səsi xırıldadı, ona görə az oxudu. Amma müəllim kimi əvəzi yox idi. Məndən beş-altı yaş böyük olardı. Əsgərlikdən təzə qayıtmışdı, bir dəfə həyətlərinə girəndə eşitdim ki, muğam səsi gəlir. Bir az da qabağa getdim, Rastın “Əraq-pəcgah” şöbəsini elə gözəl oxuyurdu, elə bildim radiodur. Dedim, ay Nəriman, dayıoğlu, sən oxuyansan? Dedi, hə, nə olub ki? O vaxt mən Asəf Zeynallı adına texnikumun ikinci kursunda oxuyurdum. Dedim, sənin əməlli-başlı səsin var, gedək mənimlə, səni Asəf Zeynallı adına texnikuma aparım, Seyid Şuşinskidən dərs al. O vaxt Qulu Əsgərov, Əlibaba Məmmədov, İslam Rzayev, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova Seyid Şuşinskinin tələbələri idi. Sənə danışıram 1953-54-cü illərdən. İnternetdə şəkillərim var, baxıram ki, frakda şəkillər çəkdirmişəm. Dedim, qoy internetdə yadigar qalsın. Birini qoyub, o birini danışım. Bir dəfə Niyazinin evinə getdim, gördüm, qəzetləri kəsib nə isə düzəldir, yapışdırır. Soruşdum ki, maestro, nə edirsiniz? Dedi, Cəlilov, qəzetlərdəki şəkilləri, yazıları kəsib albom düzəldirəm, bunu məndən başqa heç kim etməyəcək. Mən əvvəldən şəkil yığanam. Hələ lap cavan olanda Şövkət xanımla, Rübabə Muradova ilə şəkillər çəkdirmişəm. Onlar mənim sənətimə çox yüksək qiymət verirdilər.

 

– Sizi ən çox kim qiymətləndirirdi?

 

– Hamısı. İnan! Rübabə xanım xəstə yatırdı, mən “Zəmin-xarə”ni çalanda ağlayırdı. Bilirsən, zorla musiqiçi, rəssam, bəstəkar olmaq olmaz. İndi bir balaca səsi olanlar tez qaçır televiziyaya ki, mən də oxuyanam. Allah mənə bu istedadı verməsəydi, Kamil Cəlilov ola bilməzdim. Bura gələndə maşına oturdum, görürəm, hamı tanıyır, hörmət eləyir, deyirlər, siz gözəl sənətkarsınız. Belə şeylər adama ləzzət edir. Gülarə Əliyeva ilə bir yerdə işləyirdik, gördüm, bir nəfər gəldi ki, oxumaq istəyirəm. Gülarə xanım dedi, ay Kamil, gəl buna qulaq asaq. “Dan ulduzu”nu Gülarə xanımla biz ikimiz təşkil etmişik. Əvvəl Gülarə xanımın fikri olub, sonra ikimiz yaratdıq. Yaxşı da ifalarımız olurdu, neçə dəfə xarici ölkələrdə qastrollar səfərlərində olmuşuq. Gülarə xanım o qədər gözəl insan idi, heç kimin xətrinə dəymək istəməzdi. Ona görə fortepianoda müşayiət elədi, həmin adam oxudu. Musiqi başa çatandan sonra mənim üzümə baxdı, gördü, üz-gözümü turşutmuşam, başa düşdü ki, xoşuma gəlməyib. Həmin adama dedik, bir az üzərində işlə, bir də yoxlayarıq. Gülarə xanıma dedim, zorla oxumaq olmaz. Cavab verdi ki, Kamil, düz deyirsən. Bunu qoyum başqasını danışım. Muğamları təzə-təzə ifa edən vaxtlarım idi, bir gün xalq rəssamı Mikayıl Abdullayevlə təsadüfən şəhərdə görüşdük. Hal-əhval tutandan sonra dedi, Kamil, muğamlarını dinləyirəm, çox xoşuma gəlir, sən qaboyun ustasısan, qaboyun rəssamısan, mən bəzi rəsmlərimi sənə qulaq asa-asa çəkmişəm. Musiqiyə həvəsim lap uşaq yaşlarından olub. Atam nağara düzəltmişdi, bir müddət nağara, sonra qarmon çaldım.

 

– Səhv etmirəmsə, Əhsən Dadaşovun ansamblında nağara çalmısınız…

 

– Yox, Əhməd Bakıxanovun ansamblında. Nağara da çalmışam, qoşanağara da. Qoşanağara çalmağım Əhməd Bakıxanovun çox xoşuna gəlirdi. Əlavə zənglər tapıb qoşmuşdum, lazım olanda cingiltili səslər çıxarırdım. Əhməd müəllim təəccüb eləyirdi ki, bu səsləri haradan tapırsan? Üç il onlarla bir yerdə çalışdım. Bir dəfə xəstələndim, xanəndə demişdi, Kamilsiz oxumayacağam. Bir gün Əhməd müəllim dedi, eşitmişəm, qaboy çalırsan, mənim qaboyun səsindən xoşum gəlir. Dedim, yavaş-yavaş çalıram. Sən demə, Əhməd Bakıxanov qaboyda muğam çalan adamı çoxdan arzulayırmış. Dedi, istədiyimi tapmışam, sənin ifanda bizim ansamblla “Bayatı kürd” yazdırmaq istəyirəm. Studiyada ansamblın müşayiəti ilə “Bayatı-kürd”ü yazdıranda birinci dəfə mikrofon görürdüm deyə, həyəcanlandım. İkinci dəfə bir də başdan başladım. Necə həvəsə gəlmişdimsə, dedim, Əhməd müəllim, bəlkə bir də yazaq? Dedi, keç bu tərəfə, sən qaboyda birinci şilləni vurdun artıq. (Gülür). İfam çox xoşuna gəlmişdi. Radioda səsləndirəndən sonra bütün aləmə səs yayıldı, kim görürdüsə, tərifləyirdi ki, nə gözəl çalmısan. Məndən sonra qaboy çalmaq istəyənlərin sayı çoxaldı.

 

– Deyirlər, Kamil Cəlilov sənəti gənclərə öyrətmir. Doğrudan belədir? 

 

– Yalandır. Habil Əliyev gözəl kaman ustasıdır, amma bir nəfər tələbəsi olmayıb. Bu saat uşaqlar var ki, kamançada gözəl ifa edirlər. Düzdür, Habilin yanından keçə bilmirlər, amma özlərinə görə yaxşıdır. Nə Rəmişin, nə Aftandilin tələbəsi yoxdur. Tələbə yetişdirmək istəyirdim, intəhası yaxşı alət tapa bilmədim. Bəziləri elə bilir, paxıllıq, qısqanclıq edirəm. Belə şey olmayıb. Müəllim mənə bəzi şeyləri öyrədəndən sonra yerdə qalan hər şeyi özüm öyrənmişəm, yeniliklər etmişəm. Gərək adamın istedadı, yaradıcılığı olsun ki, sənətdə qabağa gedə bilsin. O yaradıcı istedad yoxdursa, adama heç kim kömək edə bilməz. Bir nəfər vardı, qaboy çalırdı, mən də ona muğam öyrətdim. Sonra getdi əsgərliyə, aləti satdı, sonrası bilmirəm, necə oldu. Qaboy nə klarnetdir, nə tütəkdir, nə də zurnadır ki, hər uşaq çala bilsin. Bu alətin öhdəsindən gəlmək çətin məsələdir. Bir adam gəlmişdi ki, oğluma “Segah” öyrət. Dedim, “Segah”ı öyrənmək üçün 20 il vaxt lazımdır. Bu, tütək deyil ki, əlinə alıb, ifa edəsən. “Azərbaycan təranələri” mənə yuxuda gəlib, sonra durub gecə ilə onu maqnitofona hissə-hissə yazmışam. Heydər Əliyev deyirdi, Cəlilov, “Azərbaycan təranələri”ni dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını – bir sözlə, mənzərəsini görürəm. Bir dəfə mənə danışdılar ki, Heydər Əliyev Ağsu aşırımından keçirmiş, radioda elan ediblər ki, Kamil Cəlilov “Azərbaycan təranələri”ni çalır. Heydər Əliyev maşınları saxlatdırıb ki, yerinə düşdü, bu mənzərədə Kamilə qulaq asmasaq, olmaz. Sonra Gülarə xanımdan mənim ifalarımın səsyazmasını istəmişdi. Hara gedirdisə, qulaq asırmış. Heydər Əliyev elə bir insan idi, yaxşı şey heç vaxt onun nəzərindən qaçmazdı.

 

– Siz olmayanda qaboyun aqibəti necə olacaq? Davamçı yoxdursa, sizdən sonra onu muzeyə qoyacaqlar, vəssalam?

 

– Mən qaboyu bu yerə qədər gətirmişəm. Nə qədər dərs deyirəmsə, çətindir, yoxsa nə məsələdir, bilmirəm, hamısı yarımçıq qoyub gedir. Bəlkə alətə görədir, nə bilim. Ümumiyyətlə, bu işə zəhmət lazımdır. Demə, özünü tərifləyir. Gərək min qat zəhmət çəkəsən ki, Kamil Cəlilov olasan. Mənim istedadım Allahın mərhəmətindən, yaratmaq həvəsim xalqımın məhəbbətindəndir. Mən qaboyu xalqa tanıtdım, qaboy da məni xalqa tanıtdı və sevdirdi. Amma elə bilmə ki, bu yol asan olub. İstedadıma görə mənə o qədər əzab veriblər, o qədər paxıllığımı çəkiblər ki…

 

– Şöhrətiniz işinizə yarayır? Yəni kiməsə işiniz düşəndə, xahiş etmək lazım olanda eşidirlər?

 

– Eşidirlər, niyə eşitmirlər. Mən xeyirxah adamam. Biri gəlir, təqaüdümü gecikdirirlər, adımdan, nüfuzumdan istifadə edib, onun işini düzəldirəm. Birinin pasportu itir, maşına oturdub aparıram, təzə pasport alıram. Nəyi bacarıramsa, çalışıram xeyirxahlıq edim.

Bir də görürsən, bir məclisdə oturmuşam, kimsə diqqətlə mənə baxır. Gəlib soruşur ki, siz kimsiniz? Zarafatla deyirəm, adamam da, neynirsiniz, oturmuşam burda. Sonra tanıyırlar, məclisə səs düşür. Məni dindirdin, danışacağam, dindirmədin, elə sakit oturacağam yerimdə.

 

– Kamil müəllim, əvvəllər də sənət adamları arasında bu qədər intriqa olurdu?

 

– İstedadsız adamlar həmişə paxıl, xain olurlar. Sənət adamları arasında söz-söhbət həmişə olub. Eşitdiyimə görə Qara Qarayevlə Fikrət Əmirov yola getməyiblər. Bəlkə onların dünyadan tez köçməsinin səbəbi də bu olub. Amma bir tərəfdən də belə şeylər yaxşıdır. Rəqabət hissini yaradır, inkişafa aparır. Bəlkə Niyazi görüb ki, Fikrət Əmirov “Şur” simfonik muğamını yazdı, o da “Rast” kimi əzəmətli əsər yaratdı. Bir dəfə Şövkət xanımgildə məni çəkirdilər, rejissora dedi, Sara Qədimova məndən inciyib, ona deyin, mən heç kimin paxıllığını çəkmirəm.  

 

– Dolanışıq necədir?

 

– Prezident təqaüdü alıram. Lap cavanlıqda nadir hallarda toylara gedərdim, 30 ildir ümumiyyətlə, getmirəm. Sənəti toya satan adam deyiləm. Cavan vaxtı evdə məşq edirdim, qapı döyüldü, yoldaşım dedi, səni istəyirlər. Qapıya çıxmadım, tapşırdım desin ki, çıxa bilmirəm. Həmin adamın da bir oğlu varmış, rayondan gəlib ki, Kamil Cəlilov oğlumun toyunda iştirak eləsin. Elə havada, məqamda idim, çıxsaydım, məşqim yarımçıq qalacaqdı, sonradan melodiya yadıma düşməyəcəkdi. Həmin adam telefon nömrəsini qoymuşdu, demişdi, nə qədər pul istəsə, verəcəyəm. İki gün sonra yenə zəng vurdu, dedim, narahat olma, pul lazım deyil, gələcəyəm. Məşq elə şeydir ki, evdə qonaq olsa da, onu tək qoyub, o biri otağa keçirəm, başlayıram məşqimi etməyə. Eləsi var, inciyib çıxır gedir, eləsi var, başa düşdür. Bəziləri elə bilir, qaboy tütəkdir, əlimə götürdüm, çalacağam. Qaboyda o qədər qəliz sirlər var, onu ancaq Allahın qüdrəti ilə tapmaq olar.

 

– Matəm günlərində sizin musiqilər ifa olunur. İstərdim bundan danışaq. Necə oldu ki, məhz sizin ifanızı seçdilər?

 

– “Zəmin-xarə”ni, “Segahı” mən çoxdan ifa etmişəm. Musiqi redaksiyasında redaktorlar məsləhətləşiblər ki, Kamilin ifası ağrılı, yanıqlıdır, o musiqilər olsa, yaxşı olar. Ona görə 20 Yanvarda, Xocalı günlərində radiolarda, telekanallarda, Şəhidlər Xiyabanında mənim musiqilərim səslənir. “Zəmin-xarə”mə qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb. 20 Yanvar günlərində mənə o qədər zənglər olurdu ki… İnsanlar öz razılığını bildirirdilər. Deyirdilər, qaboy şəhid analarının ürəyinə su səpir. Şəhidlərin harayını, şikayətini qaboy vasitəsi ilə bütün dünyaya çatdırmışam.

 

– Flora Kərimova, Zeynəb Xanlarova və İlhamə Quliyeva… bu müğənnilərdən hansına qulaq asmaq sizin üçün daha xoşdur?

 

– Zeynəbə daha çox qulaq asıram. Zeynəb sənətkardır. O, bundan sonra da Zeynəb kimi qalacaq. Flora da yaxşı sənətkardır. Bunu həmişə demişəm. İlhamə xanımın səsi əvvəl-əvvəl Şövkətə bənzəyirdi, sonra yolunu tapdı. İlhamə Fikrət Əmirovun “Neynəmişəm”, “Göygöl” mahnılarını elə gözəl oxuyub ki, ondan sonra ikinci adam oxuya bilməz.

 

– Brilliant Dadaşova da oxuyub…

 

– İlhamə Quliyevadan sonra onu oxumaq düzgün deyil. İlhamə “Göygöl”ü o qədər gözəl oxuyub, mən təsirlənib qaboyda ifa etmişəm.

 

– Yoldaşınız iki il əvvəl dünyasını dəyişib?

 

– Bəli, beyninə qan sızmışdı, xilas etmək olmadı.

 

– Bu yaşda çətin olar…

 

– Çətindir, amma qızlarım mənə yaxşı baxır. Üç qızım var. Musiqiçimiz yoxdur. Bəziləri elə bilir bəstəkarın oğlu gərək bəstəkar, şairin oğlu şair olsun. Mənə dedilər, nəvələrdən biri musiqiçi olsun, dedim, yox, Allah tərəfindən verilməyibsə, zorla şair, bəstəkar, müğənni olmaz.  

 

-Səhhətiniz necədir?

 

– Şükür Allaha, şikayətim yoxdur. Həccə getmişəm, namaz qılıram. Mən şükran insanam. İnsanın öz sağlamlığını qorumağı da bir istedaddır.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles